Rəfi ibn Leys — Vikipediya

Rəfi ibn Leys
Doğum tarixi VIII əsr
Vəfat tarixi IX əsr

Rəfi ibn Leys (VIII əsrIX əsr) — 806–810-cu illərdə Orta Asiyada Abbasilərə qarşı olan üsyanın başçısı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Rəfi ibn Leys Əməvilər dövlətinin Xorasan valisinin törəməsi idi. Böyük mülkədar idi və Soqdianada yaşayırdı. O, Abbasilərə qarşı üsyan başlatdı və bu qiyam 4 il sürdü. Orta Asiyanın böyük şəhərlərini, Səmərqəndi, Buxaranı, Şaşı və digər yaşayış məskənlərini əhatə etdi.

Xəlifə Harun ər-Rəşid (786–808) Rəfi ibn Leysin Xorasandakı üsyanını yatırmaq üçün hazırladığı səfərdə Qəzvin xalqı ilə də görüşərək onların deyləmilərlə olan mübarizələrindən qaynaqlı dilə gətirdikləri sıxıntılar qarşısında şəhər üzərindəki vergi miqdarında endirim etdi.[1]

806–810-cu illərdə baş vermiş Rəfi ibn Leysin üsyanının yatırılmasında göstərdiyi köməyə görə, Samanın övladları və nəvələri 819-cu ildə Məvarünnəhrin ən mühüm vilayətlərini idarə etmək hüququ almışdılar.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ənvər Çingizoğlu, Qəzvin tarixi, Bakı, "Mütərcim", 2015, 234 səh.