Rəşid Qazıbəyov — Vikipediya

Rəşid Qazıbəyov
Rəşid Səməd oğlu Qazıbəyov
Naxçıvan MR Həmkarlar İttifaqının sədri
1978 – 1989
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri
1977 – 1978
Naxçıvan MR Nazirlər Soveti sədrinin müavini
1971 – 1977
“Şərq qapısı “qəzetinin baş redaktoru
1965 – 1970
SonrakıVahid Bağırov
Şəxsi məlumatlar
Doğum tarixi 1926
Doğum yeri
Vəfat tarixi 24 dekabr 1989(1989-12-24)
Vəfat yeri
Fəaliyyəti pedaqoq

Rəşid Səməd oğlu Qazıbəyov (1926, Şahtaxtı, Naxçıvan MSSR24 dekabr 1989, Naxçıvan)

Haqqında[redaktə | mənbəni redaktə et]

Krosnadar Hərbi Məktəbinə daxil olmuş, təhsilini başa vurmadan könüllü olaraq cəbhəyə getmişdir. Müharibədə göstərdiyi əsgəri şücaətlərə görə “Böyük Vətən müharibəsi” ordeninin bütün 3 dərəcəsinə, “Qızıl Ulduz” ordeninə, habelə saysız hesabsız medallara layiq görülmüşdür. R. Qazıbəyov Sovet İ.K.P MK-nın Moskva Ali Partiya Məktəbini bitirib Naxçıvana qayıdandan, sonra (1964), daha məsul vəzifələrə irəli çəkilmişdir, “Şərq qapısı “qəzetinin baş redaktoru (1965-70), Naxçıvan Vilayət Partiya Komitəsinin katibi (1970-71), Naxçıvan MR Nazirlər Soveti sədrinin müavini (1971), Naxçıvan MR Mədəniyyət naziri (1977), Naxçıvan MR Həmkarlar İttifaqının sədri (1978-89) vəzifələrində çalışmışdır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2017-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-06.