Rəşid Məcidov — Vikipediya

Rəşid Məcidov
Şəxsi məlumatlar
Doğum tarixi 22 iyun 1908(1908-06-22)
Doğum yeri
Vəfat tarixi 2 iyul 1970(1970-07-02) (62 yaşında)
Vəfat yeri
Dəfn yeri
Hərbi fəaliyyəti
Döyüşlər
Təltifləri "Qırmızı ulduz" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni

Rəşid Əsəd oğlu Məcidov (22 iyun 1908, Bakı2 iyul 1970, Bakı) — Azərbaycan və Sovet hərbi xadimi, polkovnik, 1945-ci il mayın 2-də Berlinin alınması zamanı, Brandenburq qapısı üzərində Sovet bayrağını dalğalandırmışdır.[1][2]

Həyatı[redaktə | mənbəni redaktə et]

1908-ci ildə Bakı şəhərində anadan olub.[3] Bakı Sənaye və İqtisadiyyat Texnikimunda təhsil almışdır. 8 nömrəli yetimxanada tərbiyəçi və qabaqcıl pioner idi.[3] Zaqafqaziya SFSR illərində Komsomol regional komitəsinin katibi seçildi.[3] 1933-cü ilin noyabrından — Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinin birinci katibi olub.[3] Daha sonra Moskvada Ali Partiya Məktəbində təhsilini davam etdirib.[3] Sonra Qaradağ Rayon Partiyası Komitəsinin birinci katibi, Oktyabr rayon təşkilat komitəsinin birinci katibi və Yayımlama Komitəsinin sədri olub.[3] Böyük Vətən müharibəsi dövründə o, 416-cı atıcı diviziyasının siyasi şöbəsinin rəhbəri idi.[3] Diviziyanın tərkibində Mozdokdan Berlinə qədər yol keçib.[3] 1945-ci il mayın 2-də Berlinin alınması zamanı, Berlinin Brandenburq qapısı üzərində Sovet bayrağını dalğalandırmışdır.[3]

Müharibədən sonra Gürcüstan SSR-də Vazianidə artilleriya alayı heyətinin başçısı təyin olunub.[3] O, daha sonra Azərbaycan Milli Diviziyasının siyasi şöbəsinin rəhbəri idi.[3] Bakının Oktyabr rayon komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin inzibati qurumları şöbəsinin müdiri vəzifəsində çalışmışdır.[3] Azərbaycan SSR Ali Sovetinin III çağırışında deputat seçilib.[3]

Leykemiyadan əziyyət çəkən Rəşid Məcidov, 1970-ci ildə vəfat etmişdir.[4] 1970-ci ildə Bakıda yerləşən Fəxri Xiyabanda dəfn edilib.[5]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Rəşid Məcidov Mariya İvanova ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi.[4] 3 oğlu var. Onlardan ikisi Qarabağ müharibəsində iştirak edib. Böyük oğlu Vladislav xüsusi təyinatlılar qərargahının rəisi, Mikayıl isə Ağdamdakı hərbi sahə xəstəxanasında neyrocərrah idi.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bokov, F.A. "Весна Победы". Archived from the original on 28 November 2021. İstifadə tarixi: 9 may 2017.
  2. Этот день мы приближали, как могли ... Часть 1. Minsk. 2016. səh. 330. (#accessdate_missing_url)
  3. 3,00 3,01 3,02 3,03 3,04 3,05 3,06 3,07 3,08 3,09 3,10 3,11 3,12 "1945 год. Как азербайджанцы брали Берлин". news.day.az. news.day.az. 11 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
  4. 4,0 4,1 АБАСКУЛИЕВА, Элеонора. "Отечества достойный сын" (PDF). www.azerizv.az. www.azerizv.az. 30 mart 2008. 13 July 2019 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.
  5. "FƏXRI XİYABANDA DƏFN EDİLƏNLƏR". 6 November 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 may 2018.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]