Rəşad Dağlı — Vikipediya

Rəşad Əmirov
Rəşad Vaqif oğlu Əmirov
Ümumi məlumatlar
Doğum tarixi 21 aprel 1984(1984-04-21) (38 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Nailə Süleymanzadə
Uşaqları Yusif Əmirov
Bətül Əmirova
Musiqiçi məlumatları
Fəaliyyəti meyxanaçı
Fəaliyyət illəri 2001–2022
Janr Meyxana

Rəşad Dağlı (Rəşad Vaqif oğlu Əmirov; 21 aprel 1984, Oktyabr rayonu) — azərbaycanlı meyxanaçı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Erkən illəri[redaktə | mənbəni redaktə et]

Rəşad Dağlı 1984-cü il aprelin 21-də Azərbaycanın Bakı şəhərinin Yasamal rayonunda anadan olub.

Populyarlıq qazanması[redaktə | mənbəni redaktə et]

Ustadı Nizami Rəmzi olub. O, 2001-ci və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De gəlsin" meyxana yarışmasında iştirak edib.[1]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

2010-cu ildə Nailə Süleymanzadə ilə ailə qurub.[2] Onun bu cütlükdən Yusif adlı oğlu və Bətül adlı qızı var.[2] 2019-cu ilin avqust ayında Nailə Süleymanzadə Xətai Rayon Məhkəməsinə verdiyi ərizədə Rəşad Dağlıdan ailədaxili münaqişələrdən bezdiyi üçün boşanmaq istədiyini bildirərək, bununla bağlı məhkəməyə müraciət edib.[2]

2015-ci ildə ANS TV-də yayımlanan "Maşın Şou" realiti verilişində iştirak edib.[3]

2016-cı ilin iyun ayında Rəşad Dağlı Bakı-Qaza yolunun Hacıqabul şəhəri ərazisində baş verən yol qəzasında xəsarət alıb.[4] Onun idarə etdiyi, Pərviz Bülbüləyə məxsus olan [5]"Toyota Prado" markalı 10 KC 011 dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb.[4] Qəzada Rəşad Dağlının qolu sınıb, Pərviz Bülbülə isə ayaq nahiyəsindən zədələnib.[4]

Həbsi[redaktə | mənbəni redaktə et]

9 noyabr 2022-ci il tarixində Bakının Qaradağ rayonunda tanışı, meyxanaçı Ələkbər Yasamallının qohumu olan İskəndər adlı şəxslə mübahisə nəticəsində həmən şəxsi biri ürək nahiyəsində olmaqla 14 dəfə bıçaqlayaraq qətlə yetirmişdir. İskəndərin öldüyünü gördükdən sonra meyitini avtomobildən ataraq hadisə yerindən uzaqlaşıb. Rəşad Dağlı hadisədən dərhal sonra polis bölməsinə özü gələrək təslim olmuş, hadisəni etiraf etmişdir. [6] Rəşad Dağlı hadisəni özünü müdafiə zəminində yerinə yerinə yetirdiyini, hadisənin səbəbi kimi İ.Mehtiyevin onu şantaj etdiyini göstərib. Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.[7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Meyxana kralını hönkür-hönkür ağladan nə idi?
  2. 1 2 3 "Rəşad Dağlı boşanır - Yenilənib". qafqazinfo.az. qafqazinfo.az. 2019-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2020.
  3. "Рашад Даглы исключил Малика из «Машын» шоу - ВИДЕО". oxu.az. oxu.az. 2015-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2020.
  4. 1 2 3 "Rəşad Dağlı ağır qəzaya düşdü – Yaralıdır". www.azerbaycan24.com. www.azerbaycan24.com. İstifadə tarixi: 3 aprel 2020.
  5. ""Rəşadın qəzaya düşdüyü avtomobil mənimdir" - Pərviz Bülbülə". 2022-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-11.
  6. "- Rəşad Dağlı qətl törədib". 2022-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-09.
  7. "Rəşad Dağlının qətl törətməsinin SƏBƏBİ və hadisənin təfərrüatı məlum olub". 2022-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-11.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]