Rüstəm Qasımcanov — Vikipediya

Rüstəm Qasımcanov
özb. Rustam Qosimjonov
Rüstəm Qasımcanov 2006-cı il Turin Olimpiadasında
Rüstəm Qasımcanov 2006-cı il Turin Olimpiadasında
Ölkə Özbəkistan Özbəkistan
Doğum tarixi (44 yaş)
Doğum yeri Daşkənd, Özbəkistan Sovet Sosialist Respublikası,SSRİ
Titulu Qrossmeyster
Son reytinqi
  • 2.687 (yanvar 2024)[1]
FİDE nömrəsi 14200244
Dünya çempionluğu 2004-05 (FİDE)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rüstəm Qasımcanov (özb. Rustam Qosimjonov; d.  5 dekabr 1979)—Özbəkistanlı şahmat qrosmeysteri. 2004-cü ildə FİDE Dünya Şahmat Çempionatının qalibi olub.[2] O, Daşkənddə keçmiş Özbəkistan Sovet Sosialist Respublikasıda anadan olub.

Erkən karyera[redaktə | mənbəni redaktə et]

Onun ən yaxşı nəticələri sırasına 1998-ci ildə Asiya çempionatında birinci, 1999-cu ildə Yeniyetmələr Arasında dünya Şahmat Çempionatında ikinci, 2001-ci ildə Essendə birinci, 2002-ci ildə Pamplonada birinci, 2003-cü ildə Flissingen şahmat turnirində birinci, 2005-ci ildə Punedə Liviu-Diter Nisipyanu ilə birgə birincilik, 2000-ci ildə şahmat olimpiadasnda bürünc medal və 2002-ci ildə FİDE Dünya Şahmat kubokunda finalda Vişvanatan Anandda məğlub olaraq ikinci yeri tutması daxildir

O iki dəfə - 1999 və 2002-ci illərdə nüfuzlu Veyk-an-Zee turnirində çıxış edib.

2004-cü il FİDE Dünya Şahmat Çempionluğu[redaktə | mənbəni redaktə et]

Rüstəm Qasımcanov 2004-cü ildə FİDE Dünya Şahmat Çempionatında ondan gözlənilməyən bir müvəffəqiyyətə imza ataraq Alexandro Ramirez, Ehsan Qaem Maqhami, Vasili İvançuk, Zoltn Almsi, Aleksandr Qrişçuk, Veselin Topalova qalib gələrək, finalda Maykl Adamsla qarşılaşmışdır.

Çempionatın final oyunlarında hər iki şahmatçı iki oyunda qələbə qazandığı üçün, onlar arasında tay-brekin keçirilməsi zəruri bilinib. Qasımcanov qara fiqurlarla keçirdiyi ilk oyunda çətin vəziyyətdə olarkən qələbə qazanıb. İkinci oyuna əsaslanaraq o, FİDE-nin yeni çempionu oldu.

Digər dünya çempionatının nəticələri[redaktə | mənbəni redaktə et]

Rüstəm Qasımcanov

Rüstəm Qasımcanov 2004-cü ildə əldə etdiyi müvəffəqiyyətin ardından 2005 FIDE Dünya Şahmat Çempionatına dəvət almışdır, ancaq bu yarışda uğur qazana bilməmişdir.

O, 2007-ci il FİDE-nin Şahmat üzrə Dünya Çempionatında iştirak üçün İddiaçıların Turnirində on altı yerdən birini qazanıb. İlk turda rəqibi Boris Gelfand idi. Matçda 6 oyun heç-heçə başa çatıb. Sonra Gelfand sürətli tay-breykdə qələbə qazanıb və Qasımcanov turniri tərk edib.

Çempionatdan sonrakı karyera[redaktə | mənbəni redaktə et]

Aprel 2007-ci ildə FİDE-nin siyahısında Qasımcanov 2683 Elo reytinqinə malik idi. Bu retinqlə o, Özbəkistanda birinci dünya üzrə isə 27-ci idi. Onun ən yüksək retinqi 2709 olub (2013-cü il yanvar)

2005-ci ildə o, Linares Beynəlxalq Şahmat Turnirində 4 xal toplayaraq sonuncu olub. Şahmatçı növbəti il Korsikada keçirilən ustaların turnirində qalib gəlmişdir.[3]

Rüstəm Qasımcanov 2010-cu il Asiya oyunlarında kişilərin fərdi sürətli oyununda qızıl medal qazanmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. FİDE FIDE Standard Ratings as of 31 january 2024. 2024.
  2. Rustam Kasimdzhanov wins FIDE title Arxivləşdirilib 2008-01-11 at the Wayback Machine from Chessbase News.
  3. "Rustam Kasimdzhanov wins Corsica Masters". ChessBase.com. 2006-11-09. 2012-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 December 2011.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]