Rövşən Mehdiyev — Vikipediya

Rövşən Mehdiyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Suma, Ağdam rayonu, Azərbaycan
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Ağdam rayonu, Azərbaycan
Dəfn yeri Ağdam Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Mehdi Mehdiyev
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2018—2020
Rütbəsi Əsgər
Vəzifəsi atıcı
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Ağdam döyüşləri
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2020

Rövşən Mehdi oğlu Mehdiyev (21 fevral 2000; Suma, Ağdam rayonu, Azərbaycan25 oktyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Rövşən Mehdiyev 21 fevral 2000-ci ildə Ağdam rayonunun Suma kəndində Mehdi Mehdiyevin ailəsində anadan olmuşdur.[1] Əvvəlcə, Bərdə rayonunda yerləşən Türk-Qızılay çadır şəhərciyində, sonra Ağdam rayonunun Təzəkənd qəsəbəsində məskunlaşmışdır. 2006-2017-ci illərdə Ağdam rayon 106 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Rövşən Mehdiyev 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Rövşən Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rövşən Mehdiyev 25 oktyabr 2020-ci ildə Ağdam rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Ağdam Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Mehdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 18.12.2020. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 18.12.2020. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.