Rövşən Məmmədov (jurnalist) — Vikipediya

Rövşən Məmmədov
bayraq
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri
bayraq2
Vəzifədədir
15 yanvar 2019-cu ildən
ƏvvəlkiArif Alışanov
Şəxsi məlumatlar
Doğum tarixi 15 iyun 1979(1979-06-15) (44 yaş)
Doğum yeri
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti jurnalist
Elmi fəaliyyəti
Elmi dərəcəsi filologiya elmləri doktoru

Təltifləri "Tərəqqi" medalı "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Rövşən Raqif oğlu Məmmədov (15 iyun 1979, Ağstafa) — jurnalist, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri.[1]

Həyat və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Rövşən Məmmədov 1979-cu ildə Ağstafada anadan olub.[2] 1996–2000-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.[1]

Rövşən Məmmədov AzTV-dən əvvəl, "Lider TV" və İctimai TV-də çalışıb. O, Bakı Slavyan Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Universiteti və Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müəllim olaraq da fəaliyyət göstərib, Bir neçə dərsliyin müəllifidir.[3]

Uzun illər Lider Televiziyasında çalışan R. Məmmədov fəaliyyətinə idman müxbiri kimi başlayıb. Daha sonra reportyor və idman şərhçisi kimi çalışıb. 2010-cu ildə həmin TV-nin İdman redaksiyasının rəhbəri olub.[1]

Rövşən Məmmədov 2015-ci ildə Lider TV ilə yollarını ayırıb və fəaliyyətini siyasi sferada davam etdirib. O, AzTV-də "Günün nəbzi", "Əsas Məsələ" və "Həftə" verilişlərini aparıb. Daha sonra isə Azərbaycan TV və Radio Verilişləri QSC-nin "İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası"nın direktoru vəzifəsinə təyin olunub. 15 yanvar 2019-cu ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra etməyə başlamışdır.[1]

Təhsili[redaktə | mənbəni redaktə et]

  • 1985–1996-cı illər — 24 saylı orta məktəb, Sumqayıt ş.,
  • 1996–2000-ci illər — Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi. (bakalavr)
  • 2000–2002-ci illər — Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi (Beynəlxalq jurnalistika kafedrası) (magistratura)
  • 2003–2006-cı illər — Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi (Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası) (aspirantura)
  • 2009–2016-cı illər — Bakı Slavyan Universiteti, (Filologiya və jurnalistika kafedrası) (doktorantura)

Elmi dərəcə[redaktə | mənbəni redaktə et]

  • Filologiya elmləri doktoru (ED№ 01812), 2017-ci il

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Kitab[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan diasporu və milli mətbuat, Bakı, Qartal, 2004
  • Avropada Azərbaycan diasporu, Bakı, Mütərcim, 2013
  • Lider jurnalist, Bakı, Elm, 2013

Elmi məqalələr[redaktə | mənbəni redaktə et]

Azərbaycanda[redaktə | mənbəni redaktə et]

  1. Almaniyada Azərbaycan diaspor mətbuatı ("Ana dili", "Azərbaycanın səsi", "Savalan", "Qaynarca" və "Ocaq"), "Dil və Ədəbiyyat" Beynəlxalq Elmi-Nəzəri Jurnalı, ISSN 2218-7588, № 2 (78), 2011, s.343–346
  2. Avropada mühacirət mətbu orqanları: onların proqramı, mövzusu, məqsəd və vəzifələri, "Humanitar Elmlərin Öyrənilməsinin aktual problemləri", ISSN 2221-8432, № 2, 2012, s. 310–314
  3. Avropada Azərbaycan diasporunun yaranma tarixi, "Dil və Ədəbiyyat" Beynəlxalq Elmi-Nəzəri Jurnalı, ISSN 2218-7588, № 5 (76), 2010, s.330–332
  4. Avropada Azərbaycan diasporunun yaranmasını zəruri edən ictimai-siyasi mühit və tarixi hadisələr, diasporun formalaşma mərhələləri, "Dil və Ədəbiyyat" Beynəlxalq Elmi-Nəzəri Jurnalı, ISSN 2218-7588, № 1 (77), 2011, s.286–289
  5. Azərbaycan diasporunun Almaniyada ideoloji fəaliyyəti: problemlər və perspektivlər, "Journal of Qafqaz University", ISSN 1302-6763, № 31, 2011, s. 124–132
  6. Azərbaycan-Türkiyə dostluğunun diasporumuzun formalaşması baxımından əhəmiyyəti, Gəncə Dövlət Universitetinin "Elmi Xəbərləri", № 1, 2011, s. 66–70
  7. Belçika və İspaniyada dərc olunan diaspor mətbu orqanlarımız, onların fəaliyyət strategiyası və milli dəyərlərin formalaşmasında rolu, "Filologiya məsələləri", ISSN 2224-9257, № 7, 2012, s.381–385
  8. Diaspor mətbu orqanlarının milli ideologiyanın formalaşması və inkişafında rolu, ("Vətən çağırır", "АЗЕРРОС Азербайджанцы России", "Голос Азербайджана", Азербайджан", "Азербайджанский конгресс") "Dil və Ədəbiyyat" Beynəlxalq Elmi-Nəzəri Jurnalı, ISSN 2219-5513, № 3 (83), 2012, s.305–307
  9. Diasporla əlaqələr, dövlət-diaspor münasibətləri, Naxçıvan Milli Elmlər Akademiyasının "Elmi Xəbərləri", ISSN 2218-4783, cild 8, № 1, 2012, s.68–73
  10. İdeologiya məsələləri, milli ideologiyanın formalaşmasında diaspor mətbuatının rolu, "Filologiya məsələləri", ISSN 0704-6006, № 3, 2011, s.248–253
  11. Qlobal informasiyalı cəmiyyətdə Azərbaycan diaspor mətbuatı, "Qarapapaqlar", ISSN 1987-6769, № 3(67), mart 2013, s. 14–19 (Gürcüstan)
  12. Milli ideologiyanın başlıca komponentləri, azərbaycançılıq ideologiyasının yaranma tarixi, Azərbaycan Dillər Universitetinin "Elmi Xəbərləri", № 1, 2013, s. 180–184
  13. Müasir dövr Azərbaycan Respublikasının diaspor quruculuğu istiqamətində fəaliyyəti və rəhbər tutduğu əsas prinsiplər, "Filologiya məsələləri", ISSN 0704-6006, № 2, 2011, s.324–330
  14. Müasir dövr diaspor mətbu orqanlarını narahat edən problemlər və həmin problemlərin həlli yolları, "Journal of Qafqaz University", ISSN 1302-6763, № 34, 2012, s.58–64
  15. Müasir dövr Böyük Britaniyada Azərbaycan diasporu, "Filologiya məsələləri", ISSN 0704-6006, № 7, 2011, s.342–348
  16. Müasir dövr Avropa ölkələrində dərc olunan diaspor mətbu orqanlarımızda dil problemi, "Filologiya məsələləri", ISSN 2224-9257, № 3, 2012, s.205–211
  17. Müasir dövr Fransada Azərbaycan diasporu, Sumqayıt Dövlət Unversitetinin "Elmi Xəbərlər" bölməsi, ISSN 1680-1245, cild 8, № 1, 2012, s.63–66
  18. Müasir dövr Avropada diaspor mətbu orqanları ("Xəbər euro news", "Dədə Qorqud", "Dünya azərbaycanlıları" dərgiləri), Sumqayıt Dövlət Unversitetinin "Elmi Xəbərlər" bölməsi, ISSN 1680-1245, cild 8, № 4, 2012, s.33–37
  19. Müstəqillik illərində Türkiyə, Böyük Britaniya və Fransada Azərbaycan diasporunun mətbu orqanları(1991–2010), "Journal of Qafqaz University", ISSN 1302-6763, № 33, 2012, s.107–114
  20. Müstəqillik illərində Almaniyada dərc olunan diaspor mətbu orqanlarımız, onların fəaliyyət strategiyası və yayım coğrafiyası, "Humanitar Elmlərin Öyrənilməsinin aktual problemləri", ISSN 2221-8432, № 2, 2011, s. 86–93

Ölkə xaricində[redaktə | mənbəni redaktə et]

  1. Changes and continuty in the concept of Diaspora: Theoretical debates and perspectives in the post – Soviet academia and media. American Journal of International Law, Current impact factor 1.05. IMPACT FACTOR RANKINGS. Pg. 117 (ABŞ)
  2. Problem of Nagorny Karabakh and Azerbaijan Diaspora, "Перспективы науки", ISSN 2077-6810, № 3(42), ТАМБОВ 2013, стр. 66–69 (Rusiya)
  3. Роль и значение съезда азербайджанцев мира в диаспоральном строительстве, Научный и общественно – политический журнал "Этносициум" и межнациональная культура, ISSN 2072-3091, № 4(58), МОСКВА 2013, стр. 176–180 (Rusiya)
  4. География распространения печатных органов Азербайджанской диаспоры, отличающихся активной деятельностью в Европе, "ФIЛОЛОГIЧHI HAУKИ", ISSN 2075-1486, № 13, Полтава 2013, стр. 40–45 (Ukrayna)

Beynəlxalq elmi konfranslar[redaktə | mənbəni redaktə et]

  1. "Heydər Əliyev və Azərbaycan diasporu", Azərbaycanşünaslığın aktual problemləri, Ümumilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş II Beynəlxalq elmi konfrans, II hissə, Bakı – Gəncə, 4–7 may 2011, s. 139–146
  2. "Azərbaycan diasporunun formalaşmasında mühacirət və diaspor mətbu orqanlarımızın əhəmiyyəti", Azərbaycanşünaslığın aktual problemləri, Ümumilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş III Beynəlxalq elmi konfrans, Bakı, 2–5 may 2012, s. 460–463
  3. "Diasporlararası beynəlxalq əlaqələrin qurulmasında KİV-in rolu və əhəmiyyəti", II Bakı Beynəlxalq Humanitar Forumu,4–5 oktyabr 2012
  4. "Роль печатных органов диаспоры в пропаганде истории и национально – духовных ценности Азербайджана", II International Scientific Conference "Language and Culture", Kutaisi – 2013, стр. 273–277 (Gürcüstan)

İş fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Jurnalistika üzrə[redaktə | mənbəni redaktə et]

  • 2000–2015 Lider TV və Radio Azərbaycan MMC
  • İdman və vətənpərvərlik redaksiyasının rəhbəri,
  • "Lider" Tədris Mərkəzinin rəhbəri
  • İdman xəbərlərinin aparıcısı
  • "Seçim" tok şousunun aparıcısı

2015-h.h. Azərbaycan Televiziya və Radio Verilişləri QSC

Pedaqogika üzrə

Universitetlərdə tədris etdiyi fənlərin siyahısı[redaktə | mənbəni redaktə et]

  • Radio və Televiziya jurnalistikasının əsasları;
  • İnformasiya təhlükəsizliyi
  • Diaspor jurnalistikası (seçmə fənn);
  • Jurnalist etikası;
  • Jurnalistin nitq mədəniyyəti;
  • Radio və Televiziya aparıcılığının xüsusiyyətləri (seçmə fənn);
  • İdman jurnalistikası (seçmə fənn);

Ailəsi[redaktə | mənbəni redaktə et]

Evlidir. İki oğlu var.

Mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 "Rövşən Raqifoğlu". 2019-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.
  2. "APA – Rövşən Məmmədov AzTV-yə sədr təyin olunub". 2021-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-06.
  3. "AZTV-nin yeni rəhbəri". 2019-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.
  4. "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]