Rövşən İbrahimov — Vikipediya

Rövşən İbrahimov
Rövşən Hüseyn oğlu İbrahimov
bayraq
Naftalan şəhər İcra Hakimiyyətinin başçısı
bayraq2
18 may 2018 – 24 fevral 2019
Şəxsi məlumatlar
Doğum tarixi 20 avqust 1967(1967-08-20)
Doğum yeri
Vəfat tarixi 25 fevral 2019(2019-02-25) (51 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Atası Hüseyn İbrahimov

Təltifləri "Tərəqqi" medalı

Rövşən Hüseyn oğlu İbrahimov (20 avqust 1967, Siyəzən rayonu25 fevral 2019, Bakı) — Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı (18 may 2018 – 24 fevral 2019).

Həyatı[redaktə | mənbəni redaktə et]

Rövşən Hüseyn oğlu İbrahimov 20 avqust 1967-ci ildə Siyəzən rayonunda anadan olub.

1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakultəsini bitirərək "İnşaat mühəndisliyi" ixtisasına yiyələnmişdir.

1986–1988-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

Əmək fəaliyyətinə 1991-ci ildən "AZNEFT" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" trestindəiş icraçısı olaraq başlamışdır.

ARDNŞ-də müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışmışdır.

Fevral 2011-ci ildən 18 may 2018-ci il tarixinədək ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamentinin rəisi vəzifəsində işləmişdir.

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən "TƏRƏQQİ" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 may 2018-ci il tarixili Sərəncamı ilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.[1]

Yeni Azərbaycan Partiyasının üzvü idi.

25 fevral 2019-cu ildə Bakı şəhərində yaşadığı evdə vəfat etmişdir.[2]

Ailəli idi, 2 övladı var.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il sərəncamı ilə Azərbaycan neftçilərinin peşə bayramı və "Əsrin müqaviləsi"nin 20 illiyi münasibətilə ölkənin neft sənayesinin inkişafında xidmətinə görə Rövşən İbrahimov "Tərəqqi" medalı ilə tətif edilmişdir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naftalana yeni icra başçısı təyin edilib
  2. Azərbaycanda icra başçısı vəfat etdi — 52 yaşında Arxivləşdirilib 2019-08-31 at the Wayback Machine. qafqazinfo.az, 25.02.2019  (az.)
  3. "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-20.