Qurban Məmmədov — Vikipediya

Qurban Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 2 aprel 1959(1959-04-02) (64 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti vəkil, siyasətçi
gurbanmammadov.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qurban Məmmədli (2 aprel 1959, Cəhri, Naxçıvan rayonu) — hüquqşunas, siyasətçi[1]. [mənbə göstərin][2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Qurban Cəlal oğlu Məmmədov (indi Məmmədli) 2 aprel 1959-cu ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri kəndində (indi qəsəbə) anadan olub. Orta təhsilini 1966–1976-cı illərdə Ordubad rayonunda Füzuli adına orta internat məktəbində alıb. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur. 1982–1987-ci illərdə BDU-da hüquq üzrə təhsil almışdır.[1] 1987-ci ildə təyinatla göndərildiyi Sabirabad hüquq məsləhətxanasında vəkil kimi əmək fəaliyyətinə başlamışdır.[1]

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1989-cu ilin iyun ayında yeni yaranmış Azərbaycan Xalq Cəbhəsinin (AXC) Sabirabad Rayon Şöbəsinin sədri seçilmişdir. [mənbə göstərin][3] 1995–1998-ci illər arasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmuşdur. [mənbə göstərin][4] Bir müddət Azərbaycan Demokrat Partiyasının üzvü olmuşdur.[5]

5 fevral 1998-ci ildən 2003-cü ilədək 5 il müddətinə həbs edilmişdir. Dövrün Milli Təhlükəsizlik Naziri Namiq Abbasovun Azərbaycan Milli Məclisində çıxışında etiraf etdiyi kimi "daxili hisslərimizə əsaslanaraq" iddiası ilə heç bir maddi sübut ortaya qoyulmadan Qurban Məmmədli 5 il ictimai — sosial həyatdan dərkənar edildi.[6]

2013-cü ildə 3 il müddətinə yenidən azadlıqdan məhrum edilmişdir. 30 dekabr 2014-cü ildə əhv edilərək, həbsdən azad edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğu 8 sentyabr 2020-ci il tarixində Qurban Məmmədov barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilmiş, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidməti, həmçinin "İnterpol"un Milli Mərkəzi Bürosuna göndərilmişdir.[7] Lakin İnterpolun axtarışda olanlar siyahısına Qurban Məmmədlinin adı daxil edilməmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 "Qurban Məmmədov kimdir?". www.gurbanmammadov.com (az.). Archived from the original on 2023-01-02. İstifadə tarixi: 2023-01-03.
  2. Azadlıq Radiosu. "Qurban Məmmədov kimdir?". https://www.azadliq.org/ (az.). 3 Yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 İyun 2015.
  3. "Sabirabadda AXC-nin 25 illiyi qeyd olundu". https://www.azadliq.info/50788.html (az.). 3 Yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 Avqust 2014.
  4. "Vəkillər Kollegiyasına yeni sədr seçildi". meydan.tv (az.). 3 Yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 Dekabr 2017.
  5. "Arxivlənmiş surət". 2020-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
  6. "Namiq Abbasov öz çirkin daxili inamı ilə Qurban Məmmədliyə böhtan atır". https://www.youtube.com (az.). 3 Yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 Oktyabr 2022.
  7. "Qurban Məmmədov, Orduxan Bəbirov, Tural Sadıqlı və digərləri beynəlxalq axtarışa verilib". Aze Voice (az.). 8 sentyabr 2020. 2020-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2020.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]