Qum dəniz (yataq) — Vikipediya

Qum dəniz
Ölkə  Azərbaycan
İstismarı1955

Qum dəniz yatağı Bakı şəhərindən cənub-şərq istiqamətdə 21 km məsafədə dənizdə yerləşən neft-qaz yatağıdır. "Qum dəniz" neft yatağı 1955-ci ildən sənaye işlənməsinə verilmişdir. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı və Qala lay dəstələridir. İşlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinə 491 quyu qazılmışdır. Yatağın ərazisi 145 km²-dir. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 28 993 min ton olmuşdur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bahar-Qum dəniz". 2013-06-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-09.