Qubadlı Dövlət Təbiət Yasaqlığı — Vikipediya

Qubadlı Dövlət Təbiət Yasaqlığı — dəniz səviyyəsindən 1600 m yüksəklikdə yerləşən, sahəsi 20 min hektar olan və zəngin flora və faunaya malik yasaqlıq[1].


Tarixi[redaktə | mənbəni redaktə et]

1969-cu ilin iyulunda QubadlıLaçın rayonlarının ərazisində yaradılmışdır. Qubadlı rayonunun şimal və Laçın rayonunun cənub hissəsində dağ- bozqır sahələrini əhatə edir. Bu yasaqlığın yaradılmasının məqsədi həmin ərazilərin heyvanlar aləmini, xüsusilə burada məskunlaşmış məməli heyvan növlərini (cüyür, çöl donuzu) və quşları (qırqovul) qorumaqdır. Sahəsi 20 000 hektardır.

Ərazidə yayılmış seyrək meşəliklər və kolluqlar palıd, vələs, ardıc, yemişan, itburnu, böyürtkəndən ibarətdir. Ərazinin ekoloji amilləri burada heyvanların normal məskunlaşmasına tam şərait yaratmışdır. Ərazidə çöl donuzu, qonur ayı, canavar, çaqqal, tülkü, cüyür, dovşan, porsuq, kəklik, qırqovul, turac, bildirçin yayılmışdır.

Hal-hazırda yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. CBC TV. "Qədim Azərbaycan torpağı - Qubadlı" (az.). Youtube.com. 26.10.2020. 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
  2. "Dövlət Təbiət Yasaqlığı". 2010-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-02.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]