Qubadlı Şıxlı — Vikipediya

Qubadlı Şıxlı
40°36′ şm. e. 47°46′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qubadlı Şıxlı xəritədə
Qubadlı Şıxlı
Qubadlı Şıxlı

Qubadlı ŞıxlıAzərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi[redaktə | mənbəni redaktə et]

Toponimikası[redaktə | mənbəni redaktə et]

Göyçay r-nunun Qızılağac i.ə.v.-də kənd. Şirvan düzündədir. Yerli məlumata görə, yaşayış məntəqəsinin əsasını təqribən XIX əsrdə Mallı ŞIxlı kəndindən çıxmış Qubad adlı şəxs qoyduğu üçün belə adlanmışdır. Oykonimin tərkibindəki ikinci component vaxtilə qazax tayfa birliyinə daxil olan şıxlı etnonimini özündə əks etdirir. Əslində, oykonim Şıxlı adlanan üç kənddən (Qubadlı Şıxlı, Mallı ŞIxlı və Ulaşlı Şıxlı) birinin adıdır. Mallı Şıxlı kəndinin daxil olduğu Yeniarx i.ə.v.-dəki kəndlərindən birinin Hacı ağabəyli (əsli Hacıağalarbəyl) adlanması onu göstərir ki, bu kəndlərdə vaxtilə Qubadlıdan buraya köçmüş ailələr məskunlaşmışdır. Odur ki, oykonim “qubadlılar yaşayan Şıxlı kəndi” kimi izah olunmalıdır.[1]

Əhalisi[redaktə | mənbəni redaktə et]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 690 nəfər əhali yaşayır.[2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629