Quşçu (kənd, Daşkəsən) — Vikipediya

Quşçu
40°33′17″ şm. e. 46°05′27″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.075 nəf. (2009)[1]
Xəritəni göstər/gizlə
Quşçu xəritədə
Quşçu
Quşçu

QuşçuAzərbaycan Respublikasının Daşkəsən rayonunun Quşçu kənd inzibati ərazi dairəsində kənd.[2]

Toponimikası[redaktə | mənbəni redaktə et]

Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir.[3]

Tarixi[redaktə | mənbəni redaktə et]

487-ci ildə inşa edilmiş Müqəddəs tərcüməçilər monastırı

21 dekabr 2012-ci il tarixli "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"na görə Quşçu kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçu kəndinin ərazisindən 56,07 ha (bundan dövlət mülkiyyətində olan 2,5 ha, bələdiyyə mülkiyyətində olan 10,0 ha və xüsusi mülkiyyətdə olan 43,57 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmişdir.[4]

Tarixi abidələri[redaktə | mənbəni redaktə et]

Quşçu kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
211 Monastır[5] 487-ci il Quşçu kəndi Memarlıq Ölkə
4189 Kilsə[6] 1850-ci il Quşçu kəndi Memarlıq Yerli

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd Kiçik Qafqaz dağlarının yamacında yerləşir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

İl Daimi əhali Kişilər Qadınlar
1999[7] 2005 974 1031
2009[8] ↗2075 ↗1057 ↘1018

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə Quşçu kəndində süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Bundan başqa kənddə "Ağbaba" kəndli təsərrüfatı da fəaliyyətdədir.[9]

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

Kənddə 1 №-li və 2 №-li Quşçu kənd kitabxana filialları, Quşçu kənd Mədəniyyət Evi fəaliyyət göstərir.[10]

Təhsil[redaktə | mənbəni redaktə et]

Kənddə Daşkəsən rayon Quşçu kənd Ə. İsmayılov adına tam orta məktəb fəaliyyət göstərir.[11]

Din[redaktə | mənbəni redaktə et]

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə[redaktə | mənbəni redaktə et]

Kənddə Quşçu kənd həkim məntəqəsi yerləşir.[12]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=45.
  2. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 44" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-31.
  3. Quşçu (kənd, Daşkəsən) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 76. ISBN 978-9952-34-156-0.
  4. "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-29.
  5. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 8" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-07.
  6. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 107" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-07.
  7. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 77.
  8. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 87.
  9. "Hamlet Qasımov. Daşkəsən yeni görkəmdə. Xalq qəzeti. 2009, 3 sentyabr, səh.10". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-29.
  10. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-26.
  11. "Daşkəsən Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri". 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
  12. "Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılan tibb müəssisələrinin siyahısı təsdiq edilmişdir (pediatriya.az)". 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-07.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]