Qriqori Sorin — Vikipediya

Qriqori Sorin
Doğum tarixi
Doğum yeri Rjev, Rjev qəzası, Tver quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Fəaliyyəti teatr aktyoru
Fəaliyyət illəri 1914-cü ildən
Mükafatları
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 1961 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1956
"Şərəf nişanı" ordeni — 1959

Qriqori Mixayloviç Sorin (1 (13) yanvar 1894, Rjev, Tver quberniyası[d]10 yanvar 1973, Bakı) — sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1961).

Həyatı[redaktə | mənbəni redaktə et]

Qriqori Sorin 1 yanvar (13 yanvar) 1894-cü ildə Rjevdə anadan olmuşdur. 1914-cü Moskva Filarmoniya Cəmiyyətinin Teatr Məktəbini bitirmiş, elə həmin ildə səhnə fəaliyyətinə başlayaraq 1914–1923-cü illərdə Moskvada Nezlobin teatrında, 1923–1927-ci illərdə Meyerhold adına teatrda, 1927–1931 və 1937–1941-ci illərdə Satira teatrında, 1931–1936-cı illərdə Odessa, 1941–1946-cı illərdə isə Qorki teatrlarında işləmiş, 1946-cı ildən fasilələrlə S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuşdur.[1][2]

Qriqori Sorin 10 yanvar 1973-cü ildə Bakıda vəfat etmişdir.[2][3]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

İfa etdiyi əsas rollar[redaktə | mənbəni redaktə et]

Rol Tamaşa Müəllif
Vasya Qızğın ürək Aleksandr Ostrovski
Robinzon Cehizsiz qız Aleksandr Ostrovski
Pyotr Meşə Aleksandr Ostrovski
Perçixin Meşşanlar Maksim Qorki
Saatsaz Kreml saatı Nikolay Poqodin
Şeyx Alı Vaqif Səməd Vurğun
Nəcəf bəy Şərqin səhəri Ənvər Məmmədxanlı
Malvolio On ikinci gecə Uilyam Şekspir

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 4. НежинСярев. М.: Советская энциклопедия. 1965. стб. 1042. 40 500 экз.
  2. 2,0 2,1 Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: ПрадоСпринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 582.
  3. "Г. М. Сорин". № 9 (15224). Коммунист. 11 јанвар 1973-ҹү ил: сәһ. 4.