Qranada Konfederasiyası — Vikipediya

Tarixi dövlət
Qranada Konfederasiyası
isp. Confederación Granada
Bayraq Gerb
Bayraq Gerb
 
 
1858 — 1863

Paytaxt Tunxa, Boqota
Rəsmi dilləri İspan
Dövlət dini Katolik
İdarəetmə forması Konfederativ Respublika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qranada Konfederasiyası (isp. Confederacion Granada). Konfederasiyanın ərazisi Mərkəzi və Cənubi Amerika ərazisində yerləşirdi. XIX əsrdə mövcud olmuş dövlət.

Tarixi[redaktə | mənbəni redaktə et]

1853-cü ildə Yeni Qranada Respublikasında konsitutsiya qəbul edilir ki, bunun sayəsində mərkəzləşdirilmiş dövlət federativ dövlətə çevrilir.

27 aprel 1855-ci ildə Yeni Qranadada ilk federal ştat yaradılır[1]. 11 iyun 1856-cı ildə Antiokiya, ardından 13 may 1857-ci ildə isə Santander kimi ştatlar meydana gəlir. Yeni Qranadanın parcalamasının qarşısını almaq üçün 1857-ci ildə kongres qanun qəbul edir. Bununla da ölkədə Bolivar, Boyaka, Kauka, Kundinamarka və Maqdelena ştatları yaranır. 1858-ci ildə hakimiyyətə konservantlar gəlir. Onlar dövləti Konfederasiya elan edərək, paytaxtı Tunja şəhərinə köçürür. Buna baxmayaraq ölkədə liberallar və konservantlar arasında mübarizə səngimir. 8 aprel 1859-cu ildə kongres icra hakimiyyəti haqqında qanun qəbul edir. Bu qanuna görə prezident ştat rəhbərlərini dəyişə və ştat rəhbərini təyin edə bilər. 10 may qanununa görə isə prezident ştat ərazisində icra orqanları yarada bilər, üstəlik həmin orqanlar ştatların ehtiyatlarının xərclərinə nəzarət edə bilərdi. Liberallar bu qanunu konsitutsiyaya zid olduğunu bildirir. Bu səbəbdən 1860-cı ildə ölkədə vətəndaş müharibəsi başlayır və 1862-ci ildə bitir. Yeni Qranadanın keçmiş prezidenti və generalı Tomas Sipriano de Mosera konfederasiya prezidentini devirərək, özünü prezident elan edərək paytaxtı Boqotaya köçürür. Yeni müvvəqəti hökumət təşkil edilir. 1863-cü ildə ölkə Birləşmiş Kolumbiya Ştatları elan edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]