Qocalar, qocalar… (film, 1982) — Vikipediya

Qocalar, qocalar...
Fayl:Qocalar, qocalar... (film, 1982).jpg
Janr Dram
Rejissorlar Elxan Qasımov
Yefim Abramov
Ssenari müəllifləri Əhmədağa Qurbanov
Yefim Abramov
Baş rollarda Ələddin Abbasov — Bəhri
Dadaş Kazımov — Ziyad
Şahmar Ələkbərov — Sadıq
Əliabbas Qədirov — Xalıq
Rasim Balayev — Davud
Operator Zaur Məhərrəmov
Bəstəkar Cavanşir Quliyev
Rəssam Məmməd Hüseynov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 14 sentyabr 1982
Filmin digər adı Çobanbayatı
Filmin növü Tammetrajlı bədii film
Müddət 65,5 dəqiqə
Ölkələr Azərbaycan Azərbaycan SSR
Dil rusca
İl 1982
Texniki məlumatlar 9 hissə
1790 metr
35 mm
"Svema " kinolenti (Şostka kimya kombinatı)
Rəng Rəngli
IMDb ID2130175

Məzmun[redaktə | mənbəni redaktə et]

Filmin baş qəhrəmanı qoca çoban Bəhri (Ələddin Abbasov) təqaüdə çoxdan çıxmalı idi, hər halda şəhərə köçmüş, yaxşı vəzifələrdə işləyən, atalarına sakit və rahat həyat arzulayan üç oğul belə düşünür. Lakin Bəhri bütün varlığı ilə doğma dağlara bağlıdır. Buna görə də o, uşaqlarının rahat və isti mənzilində qala bilmir. Doğma dağ kəndinə, həmkəndlilərinin yanına qayıdır. Bəli, onun əsl yeri buradadır, vaxtilə ocağını yandırdığı kəndindədir. Burada o özünü güclü, inamlı hiss edir və başa düşür ki, məhz burada o adamlara lazımdır.

Kinolentdə müəlliflər həyatın mənası, Vətənə məhəbbət, düzgün yol seçmək, cəmiyyətə xeyir vermək kimi çox vacib məsələlərə toxunurlar.

Film haqqında[redaktə | mənbəni redaktə et]

Film rejissor Elxan Qasımovun quruluşçu rejissor kimi kinoda ilk işidir.

Film aktrisa Firəngiz Mütəllimovanın kinoda ilk işidir.

Film yazıçı Əhmədağa Qurbanovun "Çobanbayatı" povestinin motivləri əsasında çəkilmişdir.

Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.

Film 1-ci kateqoriyaya layıq görülmüşdür.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Əhmədağa Qurbanov, Yefim Abramov
Quruluşçu rejissor: Elxan Qasımov, Yefim Abramov
Quruluşçu operator: Zaur Məhərrəmov
Quruluşçu rəssam: Məmməd Hüseynov
Bəstəkar: Cavanşir Quliyev
Səs operatoru: Ağahüseyn Kərimov
Rejissor: Əşrəf Mamayev
Geyim rəssamı: Arif Məhərrəmov
Qrim rəssamı: A.Rzazadə
Montaj edən: Rəfiqə İbrahimova
Rejissor assistenti: Y.Əhmədov, N.Cavadzadə, Maarif Məhərrəmbəyli (Məhərrəmov)
Operator assistenti: Nizami Abbasov
İnzibatçı: Aydın Hüseynov, Sahib Quluzadə (C.Quluzadə kimi)
İşıq ustası: Məhəmməd Hacıyev
Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev
Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev
Redaktor: Çingiz Qaryağdı
Filmin direktoru: Qasım Səfəroğlu

Rollarda[redaktə | mənbəni redaktə et]

Ələddin Abbasov — Bəhri
Dadaş Kazımov — Ziyad
Şahmar Ələkbərov — Sadıq
Əliabbas Qədirov — Xalıq
Rasim Balayev — Davud
Fəxrəddin Manafov — Eldar
Firəngiz Mütəllimova — Leyla
Fikrət Məmmədov — müxbir
Telman Əliyev
Vəliəhd Vəliyev — Həsən
Əşrəf Mamayev
Y.Əhmədov
Xalidə Quliyeva — Əsli
C.Sadıqov
Salam İsmayılov

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Televiziya (Moksva)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]