Qoca Sənan Paşa — Vikipediya

Qoca Sənan Paşa
türk. خوجه سنان پاشا
ƏvvəlkiLələ Qara Mustafa Paşa
SonrakıKanijalı Siyavuş Paşa
15 aprel 1588 – 1 avqust 1591
ƏvvəlkiKanijalı Siyavuş Paşa
SonrakıSərdar Fərhad Paşa
28 yanvar 1593 – 16 fevral 1595
ƏvvəlkiKanijalı Siyavuş Paşa
SonrakıSərdar Fərhad Paşa
7 iyul 1595 – 19 noyabr 1595
ƏvvəlkiSərdar Fərhad Paşa
SonrakıTəkəli Lələ Mehmed Paşa
1 dekabr 1595 – 3 aprel 1596
ƏvvəlkiTəkəli Lələ Mehmed Paşa
SonrakıKürəkən İbrahim Paşa
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Albaniya
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti hərbi lider[d], siyasətçi
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qoca Sənan Paşa (d. 1520 - ö. 3 aprel 1596) - Sultan III MuradIII Mehmed dönəmlərində 5 dəfə - ümumilikdə 8 il 5 ay müddətinə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. Dörd padşahın dövründə müxtəlif vəzifələrdə xidmət göstərən Sənan Paşa, I Süleyman dönəmində çaşnigarbaşı, Malatya sancaqbəyi, ardından isə ƏrzurumHələb bəylərbəyi təyin edildi. II Səlim dönəmində isə Misir bəylərbəyi, qübbəaltı vəziri, YəmənTunis Fatehi, III Murad dönəmində isə İran səfəri sərdarı və 1580-ci ildə sədrəzəm təyin olundu.

İsrafçılığın, rüşvətin və yolsuzluğun son həddə çatdığı bir dönəmdə uzun müddət sədarətdə qalan Sənan Paşa Osmanlı tarixinin ən qüdrətli sədrəzəmlərindən biridir. Ancaq buna baxmayaraq bəzi tarixçilərə görə, Sənan Paşanın xidmətləri qədər dövlətə ziyan bir çox qərarları da olmuşdur. Belə ki, 1593 tarixində başlayan və 13 il davam edən Avstriya müharibəsini sırf "Vyana Fatehi" təxəllüsünü almaq məqsədilə başlatdığı qəbul edilir. Rəqibləri Lələ Mustafa PaşaFərhad Paşa ilə apardığı siyasi mübarizə o dönəmə damğasını vurmuş, xüsusilə də Fərhad Paşa ilə aralarında gedən mübarizə səbəbilə Osmanlı ordusunda yeniçəri və sipahi qüvvələri arasında parçalanmalar baş verdi.

Vəfatının ardından şəxsi xəzinəsində 600 min qızıl sikkə, milyonlarca gümüş sikkə, sandıqlarla dolu zinət əşyaları, 600 samur kürk aşkara çıxdı.

Ölkənin bir çox yerində inşa etdirdiyi məscidlərlə yanaşı, 3 böyük mədrəsə və memarlıq abidəsi olan Sənan Paşa Köşkünü inşa etdirmişdir. Hal-hazırda Sənan Paşaya aid bütün sənədlər Topqapı Sarayında Sənan Paşa Arxivində saxlanılır.

İlk illəri[redaktə | mənbəni redaktə et]

Qoca Sənan Paşa 1520 tarixində Albaniyanın Debre vəya Delvina əyalətində dünyaya gəldi. 1586 tarixli yazışmalarda Albaniyalı Əli adlı birinin oğlu olduğu, babasının adının Əbdürrəhman olduğu, hətta özündən yaşca böyük qardaşının I Süleyman dönəmində sədrəzəm olan Ayaz Mehmed Paşa olduğu qeyd olunur.[1]

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Kiçik yaşlarda dəvşirilən və Əndərunda təhsil alan Sənan Paşa qısa zamanda I Süleymanın çaşnigirliyinə (süfrəçi) qəbul edildi. Malatya sancaqbəyi olaraq saraydan ayrıldıqdan sonra sırayla Kastamonu, Qəzzə, Nablus sancaqbəyi, ƏrzurumHələb bəylərbəyi olaraq təyin olundu.[1][2] 1566 tarixli Zigetvar səfərində Hələb bəylərbəyi olaraq iştirak etdi.

Yəmən Səfəri[redaktə | mənbəni redaktə et]

1567 tarixində Misir bəylərbəyi oldu. Bu əsnada Yəməndə çıxan zeydi üsyanı səbəbilə səfərə hazırlanan Lələ Mustafa Paşa İstanbula geri döndü və onun yerinə Sənan Paşa səfərə hazırlaşdı. Sənan Paşa isə 1569-cu ilin ortalarına doğru hazırlıqları bitirdi və Məkkə üzərindən Yəmənə səfərə çıxdı. Bu əsnada Lələ Mustafa Paşa tərəfdarı olan Özdəmiroğlu Osman Paşanın geri çəkilməsi səbəbilə üsyan daha da şiddətləndi. Təqribən 10-12 min əsgərlə üsyanı 9 ay boyunca davam etdirən Sənan Paşa nəhayət sülhü təmin etdi. Nəticədə Yəmən iki hissəyə parçalandı. Bir hissəsi Osmanlı əyaləti, digər hissəsi isə Osmanlıya bağlı Zeydi bəyliyi oldu. Yəməni ikinci dəfə Osmanlıya bağlayan Sənan Paşa səfər sonrasında "Yəmən fatehi" adını alaraq yenidən Misir bəylərbəyi oldu.[1] 1571 tarixində MəkkəMədinəyə gedərək Hacı oldu və Qahirəyə qayıtdı.

Tunis Səfəri[redaktə | mənbəni redaktə et]

1572-ci ildə yeddinci vəzir olaraq qübbə vəzirliyinə yüksəldildi. 1574 tarixində Tunisi ispanların əlindən almaq üçün 300-dən artıq gəmi və 40-45 minlik piyada qoşunla səfər elan edildi və Kaptan-ı dərya Qılınc Əli Paşa ilə Sənan Paşa birlikdə səfərə sərdar seçildilər.

Sənan Paşa 15 may 1574 günü II Səlimin əlini öpüb xeyir-duasını aldı və böyük bir mərasimlə limana getdi. Burada Qılınc Əli Paşa ilə birlikdə əvvəlcə Barbaros Xeyrəddin Paşa məscidində namaz qılıb, daha sonra gəmiylə Topqapı sarayı önlərinə gələrək buradan donanmanı izləyən padşahı top və tüfəng atəşi ilə salamladı. Daha sonra isə Tunisə yola çıxıldı.

14 iyul tarixində səfərin ilk hədəfi olan Halkulvad qalası mühasirəyə alındı və 24 avqust tarixində qala ələ keçirildi. Ələ keçirildikdən sonra qala tamamilə dağıdıldı. Ardından Bastiyon qalasına hücum edən donanma buranı da qısa zamanda ələ keçirərək Tunisin fəthini tamamladı Beləliklə, Mərakeş istisna olmaqla bütün Şimali Afrika torpaqları Osmanlıya tabe edildi. "Tunis Fatehi" adını alan Sənan Paşa dördüncü vəzirliyə yüksəldildi. Burada Osmanlı əyalət sistemini yenidən bərpa etdi.

İlk sədarəti[redaktə | mənbəni redaktə et]

1577 tarixində şərq sərhədlərində baş verən qarışıqlıqlar səbəbilə düşünülən səfərə Lələ Mustafa Paşa ilə birlikdə Qoca Sənan Paşa da sərdar təyin olunmuş, ancaq Lələ Mustafa Paşa ilə aralarındakı sürtüşmə səbəbilə sərdarlıqdan azad edilmişdir. Səfərin ikinci ili sədrəzəm Sokullu Mehmed Paşanın vəfatının və Səmiz Əhməd Paşanın[3] qısa müddətli sədarət dönəminin sonunda Lələ Mustafa Paşa sədarətə gətirildi.[4] Beləliklə, vaxtilə əlindən alınan Şərq sərdarlığı yenidən Sənan Paşaya qaytarıldı. 7 avqust 1580 tarixində Lələ Mustafa Paşanın vəfat etməsilə III Murad tərəfindən sədarət möhrü göndərildi və Sənan Paşa ilk dəfə sədrəzəm seçildi.

Sədarət xəbərini Tomanis bölgəsində alan Sənan Paşa qışlamaq üçün çəkildiyi Ərzurumda Səfəvi şahı Məhəmməd Xudabəndə ilə sülh danışıqlarına başladı. Sülh danışıqları bitmədən zəngin bir qənimətlə paytaxta qayıdan Sənan Paşa 1582 tarixində çıxdığı ikinci şərq səfərində uğur əldə edə bilmədi və sülhü təmin etmədən iyul ayında İstanbula geri göndü. Səfəvi ordularının çıxarılacağı vədi də yalan çıxdığı üçün III Murad 6 dekabr 1582 tarixində Sənan Paşanı vəzifədən aldı və Təkirdağa sürgün etdi.[1] Sədarətə isə II Səlimin qızı Fatma Sultanın əri olan Siyavuş Paşa gətirildi.

Təkirdağda 4 il qaldıqdan sonra göndərdiyi qiymətli hədiyyələrin, sarayhərəmxanadakı tərəfdaşlarının da dəstəyi ilə yenidən sultanın gözünə girdi və 1586-cı ilin dekabr ayında Şam bəylərbəyi oldu. Ardından bu vəzifədən alındı və İstanbula qayıdaraq Üsküdarda yaşamağa başladı.[1]

İkinci sədarəti[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Bəylərbəyi hadisəsi

Saxta axca məsələsindən sonra meydana gələn və "Bəylərbəyi hadisəsi" olaraq tarixdə bilinən sipahi üsyanından sonra Siyavuş Paşa sədarətdən alındı və tərəfdarlarının dəstəyilə Sənan Paşa yenidən sədrəzəm təyin olundu. 3 ildən artıq davam edən bu sədarət dönəmində bir çox nailiyyətlərə imza atıldı. Xüsusilə də illərdir davam edən Səfəvi-Osmanlı müharibəsi 1590 tarixli İstanbul sülh müqaviləsi ilə başa çatdı. Əsas problemlərdən biri sayılan saxta sikkə məsələsi də, yeni mədənlərin yaradılması və zərbxanaların açılması ilə həll olundu.

I Süleyman dönəmində Memar Sinan tərəfindən hazırlanan Sakarya çayı vasitəsilə Qara dəniz-İzmit kanalının açılması Sənan Paşa tərəfindən gündəmə gətirildi. Bu kanalın açılması ilə BoluKocaelindən İstanbula gətiriləcək odun və taxta ehtiyatı artırılacaqdı. Donanmanın gücləndirilməsi üçün bunun mükəmməl bir fikir olduğuna inanan III Murad ilk əvvəl bu qərara müsbət yanaşdı və 6 mart 1591 tarixində bu haqda bir fərman qəbul etdi. Ancaq bu məsələ bir çoxlarının xoşuna gəlmədi. Xüsusilə də, gəliri paytaxta odun və taxta-şalban gətirən tüccarlara. Sənan Paşanın rəqibləri Fərhad Paşa, Hərəm ağası Mehmed ağa və Kaptan-ı dərya Həsən Paşanın təkidləri və saraya göndərilən külli miqdarda rüşvətlə III Murad fikrindən dşındı və ikinci bir fərmanla kanalın inşası dayandırıldı.

İnşasına 1590 tarixində başlanılan və bütün xərci şəxsən Sənan Paşa tərəfindən ödənilən Sənan Paşa köşkü 1591-ci ilin may ayında tamamlandı. Memar Davud ağa tərəfindən inşa olunan köşkdə Sultan III Muradın da qatıldığı mərasim keçirildi. Əleyhdarlarının fəaliyyətləri ilə sədarətdən alınan Sənan Paşa yenidən Təkirdağa sürgün edildi. Bundan başqa Şam, AnadoluƏrzurum bəylərbəyliyində, eləcə də Skopyedəki vəqfləri aradan qaldırılaraq dövlət xəzinəsinə birləşdirildi.

Üçüncü sədarəti[redaktə | mənbəni redaktə et]

Yeniçərilər arasındakı narazılıqlar səbəbilə Sərdar Fərhad Paşa sədarətdən alındı və yerinə Siyavuş Paşa gətirildi. Ardından keçmiş sədrəzəmin sədarət fəaliyyətinin tədqiq edilməsi səbəbilə Sənan Paşa İstanbula çağırılmış, ancaq vaxtilə sədarətdə olan bir şəxsin bu formada araşdırılmasının doğru olmadığını düşünən Sənan Paşa bu vəzifədən boyun qaçırdı. Qısa müddət sonra isə ülufə divanında çıxan iğtişaş səbəbilə Siyavuş Paşa yeniçərilərin tələbi ilə sədarətdən alındı və 28 yanvar 1593 tarixində Sənan Paşa yenidən sədrəzəm təyin olundu.

Sənan Paşanın üçüncü sədarət dönəminin ən önəmli hadisəsi Avstriya ilə başlanan müharibə oldu və beləliklə, 1606-cı ilə qədər davam edəcək bu müharibə dövlətin belində ağır bir yükə çevrildi. 29 iyun 1593 tarixində BosniyaMacarıstan bəylərbəyliyinin orduları Kulpa çayı sahilində Avstriya orduları tərəfindən hücuma məruz qaldı. Sisak döyüşü adlanan bu döyüşdə Bosniya bəylərbəyi Telli Həsən Paşa, sancaqbəylərindən Sultanzadə Mehmed bəy (Aişə Hümaşah Sultanın oğlu, Mihrimah Sultanın nəvəsi) və digər bəzi dövlət adamları şəhid edildi. Bu hücumun ardından bəzi dövlət adamları və üləmanın etirazına baxmayaraq Sənan Paşa III Muradı təkidlərilə müharibəyə razı saldı. Avstriya elçisi Yeddiqüllə zindanlarına həbs olundu. Qoca Sənan Paşa 12 min yeniçəri və digər hərbi qüvvələrlə 19 iyul 1593 tarixində sərdar-ı əkrəm olaraq yola çıxdı. Noyabr ayında Macarıstana çatan ordu Vesprem və Polata qalalarını ələ keçirsə də, 4 noyabr 1593 tarixində İstolnıy Belqrad müharibəsində məğlub olub Budinə geri çəkildi. Qışın gəlməsi ilə ordu paytaxta geri döndü.

5 may 1594 tarixində ordu sərdar-ı əkrəm sədrəzəm Qoca Sənan Paşanın idarəsində yenidən səfərə çıxdı. Bu ordu may ayının sonlarında Macarıstana çatıb, Avstriyalılar tərəfindən mühasirəyə alınan Estergon və Hatvan qalalarını mühasirədən azad etdi. Daha sonra Krım xanı II Qazi Gərayın da orduyla səfərə qatılmasının ardından sərhəddəki qalalar sırayla alınmağa başladı. 1594-cü ilin iyul ayında Osmanlı orduları Avstriyalılardan Tata, Yanıqqala və Komaron qalalarını aldı. Bu əsnada Papanın dəstəyilə 6 noyabr tarixində Valaxiya hakimi Mixail başda olmaqla Ərdəl və Boğdan hakimləri arasında müqəddəs ittifaq quruldu. Bu ərazilərdə yaşayan müsəlmanlar qılıncdan keçirilməyə başlandı. 1 yanvar 1595 tarixində Valaxiya ordusu İbrail qalasını ələ keçirərək yandırdı.

Sərdar-ı əkrəm Qoca Sənan Paşa hələ cəbhədə ikən 15 yanvar 1595 tarixində III Murad anidən vəfat etdi. III Muradın vəfatı, yerinə oğlu III Mehmedin taxta keçməsi Sənan Paşanın vəziyyətini dəyişdi. Sərdar Fərhad Paşa cəbhədə ard-arda məğlub olan Sənan Paşanın sədarətdən alınmasını təmin etdi. III Mehmed cəbhədən dönən Qoca Sənan Paşaya İstanbula girməməsini, birbaşa sürgün yeri olan Təkirdağa çəkilməsini əmr etsə də, Sənan Paşa bu əmrə riayət etmədi. Ardından üzərinə hərbi dəstə göndərilən Sənan Paşa zorla Təkirdağa aparıldı.[4]

Dördüncü sədarəti[redaktə | mənbəni redaktə et]

Dönəmin validə sultanı olan Safiyə Sultanın dəstəklədiyi Fərhad Paşa Valaxiyada səfərdə ikən İstanbulda ona qarşı hazırlanan planları pozmaq üçün cəbhəni boş qoyub paytaxta gəlmiş, bu hərəkəti dövlət adamları tərəfindən xoş qarşılanmamışdır. Üləmanın da dəstəyini alan Qoca Sənan Paşa 30 min axca rüşvət verərək Şeyxülislam Bostanzadə Mehmed Əfəndidən fətva alaraq 7 iyul 1595 tarixində sədarəti ələ aldı. Bir müddət köşkündə ev həbsində qalan Fərhad Paşa sonralar edam edildi.

Bir müddət sonra Avstriya müharibələrinə davam edildi. Oğlu Mehmed Paşanı Macarıstan cəbhəsinə sərdar olaraq göndərən Sənan Paşa 17 avqust 1595 tarixində Valaxiya hakimi II Mİxail üsyanını yatırmaq üçün səfərə çıxdı. Ruse bölgəsində tamamlanan körpüdən keçərək Buxarestə gələn Osmanlı ordusu Mixailin orduları ilə burada qarşılaşdı. Məğlub olan Mixail Valaxiya sərhədlərinə doğru geri çəkildi. Buxarest Osmanlı ordusu tərəfindən ələ keçirildi və İslam şəhərinə çevrildi. Ancaq Valaxiya ordularının "vur-qaç" taktikası və Sigismund Batoridən gələn dəstəklə səfər çətinləşdi. Ard arda gələn hücumlar səbəbilə geri çəkilən Sənan Paşa 27 oktyabr 1595 tarixində Dunay çayı sahilində II Mixailin az sayda orduları tərəfindən hücuma məruz qaldı.[5] Ağır itkilər verən Osmanlı ordusu top atəşləri ilə püskürdüldü. Bu əsnada Avstriya cəbhəsində Osmanlıların geri çəkildiyi Esterqon qalası da əldən çıxmışdı (Sentyabr 1595). Bütün bu uğursuzluqları səbəbilə 19 noyabr 1595 tarixində sədarətdən alınan Sənan Paşa yenidən Təkirdağa sürgün edildi.

Beşinci sədarəti və vəfatı[redaktə | mənbəni redaktə et]

Yerinə gələn Təkəli Lələ Mehmed Paşanın 10 gün sonra vəfat etməsilə 1 dekabr 1595 tarixində beşinci və sonuncu dəfə sədrəzəm seçildi. Bu əsnada cəbhədəki ağır vəziyyət qarşısında tək çarənin padşahın ordu başında səfərə çıxması olduğunu irəli sürdü. Validə Safiyə Sultanın qarşı çıxmasına baxmayaraq, III Mehmed səfər qərarı aldı. Hazırlıqlar davam edərkən Sənan Paşa xəstələndi və divan məclislərinə qatıla bilmədi. Bir neçə gün sonra vəfat edən Qoca Sənan Paşa 4 aprel 1596 tarixində vəfat etdi. Siyasi gücü ilə yanaşı möhtəşəm bir sərvətə sahib olan Qoca Sənan Paşanın vəfatından sonra sahib olduğu bütün var-dövlət xəzinəyə alındı.

Əsərləri[redaktə | mənbəni redaktə et]

Sarayburnu sahilində III Murada hədiyyə etdiyi, İncili Köşk olaraq tanınan Sənan Paşa Köşkünü öz hesabına inşa etdirdi. Bundan başqa imperiyanın bir çox yerlərində məscid, hamam və məktəblər tikdirmişdir.[1]

Ailəsi[redaktə | mənbəni redaktə et]

27 mart 1590 tarixli kitabədə oğlunun adının Mehmed Paşa olduğu, Əminə, Xədicə, Hüma adlı qızları olduğu, oğlundan Ayşə adlı nəvəsi olduğu qeyd edilir.

Həmçinin baxın[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 Uzunçarşılı, İsmail Hakkı, (1954) Osmanlı Tarihi III. Cilt, 2. Kısım , XVI. Yüzyıl Ortalarından XVII. Yüzyıl Sonuna kadar), Ankara: Türk Tarih Kurumu (Altıncı Baskı 2011 ISBN 978-975-16-0010) say.340
  2. Mehmed Süreyya (haz. Nuri Akbayar) (1996), Sicill-i Osmani, İstanbul:Tarih Vakfı Yurt Yayınları ISBN 975-333-0383 C.III s.109-110 
  3. "SEMİZ AHMED PAŞA". TDV İslâm Ansiklopedisi (türk). 2020-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  4. 1 2 Sakaoğlu, Necdet, (1999), Bu Mülkün Sultanları, İstanbul:Oğlak say. 165.
  5. Rumenlerin Neajlov Çayı adı verdikleri bir akarsu uzerindeki geçitte