Qoşqar Əhmədov — Vikipediya

Qoşqar Əhmədov
Qoşqar Teymur oğlu Əhmədov
Doğum tarixi
Doğum yeri Söyüdlü, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (57 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi riyaziyyat
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adları professor, Azərbaycan SSR EA-nın müxbir üzvü
Təhsili
Elmi rəhbəri Mikayıl Xıdırzadə

Qoşqar Teymur oğlu Əhmədov (25 oktyabr 1917, Söyüdlü, Gədəbəy rayonu10 fevral 1975, Bakı) — görkəmli sovet və Azərbaycan riyaziyyatçısı, Böyük Vətən Müharibəsi iştirakçısı (1941–1945), fizika- riyaziyyat elmləri doktoru (1960), professor (1961), Azərbaycan SSR EA müxbir üzvü (1969).

Həyatı[redaktə | mənbəni redaktə et]

Qoşqar Teymur oğlu Əhmədov 1917-ci il oktyabrın 25-də, indiki Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini Söyüdlü kəndində almış, V–VII sinifləri isə Gədəbəy qəsəbə natamam orta məktəbində oxumuşdur.

Qoşqar Əhmədov, 1930–1933-cü illərdə Bakı Beynəlmiləl Pedaqoji Texnikumunda təhsil almış, 1934-cü ildə texnikumu bitirdikdən sonra Gədəbəy rayonunun Xarxar kənd natamam orta məktəbində fizika və riyaziyyat müəllimi işləmişdir. Kənddə bir il müəllimlik etdikdən sonra, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin nəzdindəki hazırlıq kursunda oxumuşdur.

1936-cı ildə Qoşqar Teymur oğlu Əhmədov Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin "Riyaziyyat" bölməsinə və Tibb İnstituna daxil olmuşdur. (O vaxt eyni zamanda iki institutda oxumağa icazə verilirdi) Qoşqar Əhmədov bir il bu ali məktəblərin hər ikisində əla qiymətlərlə oxuyub, lakin bir ildən sonra eyni zamanda iki ali məktəbdə təhsil almaq qaydasına son qoyulub. Universitet müəllimlərinin, xüsusən Mikayıl XıdırzadəninMaqsud Cavadovun, Əşrəf Hüseynovun təkidi ilə Qoşqar Əhmədov, Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin "Riyaziyyat" bölməsində təhsilini davam etdirməli olur. O, beş il ərzində əla qiymətlərlə oxumuş, təhsil aldığı fakültədə tələbələr üçün dövrün ən yüksək təqaüdü olan İ. V. Stalin adına təqaüdə layiq görülmüşdür. 1941-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib, riyaziyyatçı ixtisasına yiyələnmişdir.

1941-ci ildə Böyük Vətən Müharibəsinin başlanması ilə əlaqədar olaraq, 24 yaşlı gənc Qoşqar Əhmədov Qızıl Ordu sıralarına çağırılmışdır. Müharibənin ilk illərində Qoşqar Əhmədovun riyaziyyat və fizika sahələrində biliyi və bacarığı nəzərə alınaraq, onu həmin il Moskva şəhər Lenin ordenli Feliks Edmundoviç Dzerjinski adına Artilleriya Akademiyasına göndərirlər. 1942-ci ildə Akademiyanı əla qiymətlərlə bitirdikdən sonra Tiflisə- Zaqafqaziya hərbi dairəsinə, oradan da Bakı Qarnizonuna göndərilmişdir. Müxtəlif hərbi hissələrdə əvvəlcə texnik, mühəndis, 1945-ci ilin sonuna qədər Bakı Qarnizonunun zenit artilleriyası üzrə komandir müavini vəzifələrində, baş leytenant, sonra isə kapitan rütbələrində xidmət etmişdir.

1946-cı ildə ordu sıralarından tərxis olunandan sonra həmin il Qoşqar Əhmədov, Azərbaycan Dövlət Universitetinə işə bərpa olunaraq, "Funksiyalar nəzəriyyəsi və cəbr" kafedrasında müəllim işləməklə yanaşı, həmin kafedra üzrə aspiranturaya daxil olub, müəllimi, görkəmli riyaziyyatçı, akademik Əşrəf Hüseynovun rəhbərliyi ilə "Bəzi qeyri-xətti inteqral tənliklərin tədqiqi" mövzusunda elmi iş götürüb tədqiqatlara başlayır. Qoşqar Əhmədovun namizədlik dissertasiyası nüvəsi parametrdən asılı olan daha ümumi qeyri-xətti inteqral tənliklərin həllinin varlığı və yeganəliyi məsələsinə həsr olunmuşdur. O, cırlaşmış nüvə üsulundan istifadə edərək, nüvəsi parametrdən polinomial asılı olan tənliyin həllinin varlığını və yeganəliyini isbat etmiş, həllin parametrdən asılılığını öyrənmişdir. 1949-cu ildə aspiranturanı bitirdikdən sonra, 8 dekabr 1950-ci ildə 33 yaşında Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında akademik Əşrəf Hüseynovun rəhbərliyi ilə "Bəzi qeyri-xətti inteqral tənliklərin araşdırılması (tədqiqi)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək Fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. Qoşqar Əhmədov 1951-ci ildə çalışdığı kafedranın dosenti vəzifəsinə seçilib. 29 yaşlı Qoşqar Əhmədov, 1946-cı ilin oktyabrında Universitetin rektoru akademik Abdulla Qarayevin əmri ilə Fizika-riyaziyyat fakültəsinin dekan müavini vəzifəsinə təyin edilir.

1952-ci ilin 15 sentyabrında Azərbaycan Dövlət Universitetinin rektoru Cəfər Xəndan Hacıyevin əmri ilə Fizika-riyaziyyat fakültəsinin dekanı vəzifəsinin müvəqqəti icrası Qoşqar Əhmədova həvalə edilmişdir. Həmin ilin sonunda təşkilatçılıq qabiliyyətini nəzərə alaraq 35 yaşlı gənc alimi Fizika-riyaziyyat fakültəsinin dekanı vəzifəsinə seçirlər.

SSRİ Ali və Orta İxtisas Təhsili Naziri V. P. Yelyutinin 06 avqust 1955-ci il tarixli razılıq əmrindən sonra o, həmin dövrdə universitetin rektoru vəzifəsində işləyən akademik Yusif Məmmədəliyevin 1955-ci il 25 avqust tarixl əmri ilə 01 sentyabr 1955-ci illdən doktorluq dissertasiyası üzərində işləmək məqsədi ilə, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin doktoranturasına ezam olunmuşdur. 1956–1958-ci illərdə Moskva Dövlət Universitetində doktoranturada oxumuş, 1960-cı ildə 43 yaşında Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında fizika-riyaziyyat elmləri doktoru, professor Lazar Lyusternik və fizika-riyaziyyat elmləri doktoru, professor Viktor Nemıtskinin məsləhətçiliyi ilə "Banax fəzasında diferensial tənliklərin nəzəriyyəsinə dair" ("Operator və operatorlu diferensial tənliklərin analitik nəzəriyyəsinə dair") mövzusunda doktorluq dissertasiyasını böyük müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. Qoşqar Əhmədov riyaziyyat sahəsində elmlər doktoru olmuş altıncı azərbaycanlıdır. Xüsusi qeyd etmək lazımdır ki, Qoşqar Əhmədov Bakı şəhərində riyaziyyat sahəsində doktorluq dissertasiyası müdafiə etmiş ilk azərbaycanlıdır.

1960-cı ildə doktorluq dissertasiyası müdafiə etdikdən sonra, ona Moskvada qalıb işləmək təklif olunmuşdu. Təkliflər Qazaxıstandan, Orta Asiya Respublikalarından və Şimali Qafqaz ölkələrindən də var idi, lakin öz doğma el obasına, vətəninə ürəkdən bağlı olan Qoşqar Əhmədov doğma Bakı Dövlət Universitetində işləməyə üstünlük verib, rəhbərlik etdiyi "Diferensial və inteqral tənliklər" kafedrasında fəaliyyətini davam etdirir. 1958-ci ildən ömrünün sonuna qədər universitetin Mexanika-riyaziyyat fakültəsinin "Diferensial və inteqral tənliklər" kafedrasının müdiri vəzifəsində çalışmaqla yanaşı, 1952–1956-cı illərdə "Fizika və riyaziyyat" və 1970–1972-ci illərdə Mexanika və riyaziyyat fakültələrinin dekanı, 1963–1964-cü illərdə universitet partiya komitəsinin katibi vəzifələrində işləmişdir. O, 1961-ci ildə "Diferensial və inteqral tənliklər" kafedrası üzrə professor elmi adına layiq görülmüşdür.

Qoşqar Əhmədov 1969-cu ildə Azərbaycanın SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. O, uzun illər "Adi diferensial tənlikər" kursundan mühazirələr oxumuşdur. 1960-cı illərin əvvəlindən o, eyni zamanda həmin dövr üçün yeni olan "Optimal idarəetmənin riyazi üsulları" sahəsi ilə məşğul olmuşdur. 1970-ci illərin əvvəllərində professor Qoşqar Əhmədovun rəhbərliyi ilə Bakıda "Optimal idarəetmə nəzəriyyəsi" məktəbi yaranmışdır. 1972-ci ilin oktyabırında SSRİ məkanında ilk dəfə olaraq Bakı şəhərində, Qoşqar müəllimin təşkilatçılığı və onun rəhbərliyi ilə "Optimal idarəetmə nəzəriyyəsi" üzrə ilk ümumittifaq konfransı keçirilmişdir. Konfransda keçmiş SSRİ-nin müxtəlif şəhərlərindən tanınmış alimlər iştirak edirdilər. Onların arasında dövrün tanınmış alimləri Moskvadan professorlar Vladimir Qriqoryeviç Boltyanski, Fyodr Pavloviç Vasilyev, Ukraynadan professorlar Aleksandr İvanoviç Yeqorov, Vladimir Larin, Belorusdan Faina Mixaylovna Kirillovanın olması xüsusi maraq doğururdu.

Qoşqar Əhmədov Azərbaycan Dövlət Universitetində tam ştatda işləməklə yanaşı, ayrı-ayrı vaxtlarda və illərdə Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji (Gəncə Dövlət Universiteti), V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji (Azərbaycan Dövlət Pedaqoji Universiteti), Xalq Təsərrüfatı (Azərbaycan Dövlət İqtisad Universiteti) İnstitutlarında və müxtəlif illərdə Səmərqənd Dövlət Universitetində riyaziyyatın müxtəlif sahələrinə aid mühazirələr oxumuş, həmin müəssisələrdə tədris prosesinin keyfiyyətinin yüksəlməsinə, riyaziyyatçı kadrlarla təmin olunmasında və elmin inkişafına dəyərli töhfələr vermişdir. Qoşqar Əhmədov Moskva "Riyaziyyat" cəmiyyətinin, SSRİ Ali Təhsil Nazirliyi nəzdində Metodik Şuranın, Azərbaycan Dövlət Universitetinin böyük Elmi Şurasının, Mexanika-riyaziyyat fakültəsinin, Azərbaycan EA-nın, "Riyaziyyat və Mexanika" bölməsi üzrə çıxan "Elmi əsərlər" jurnalının redaksiya heyətinin, V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun və Azərbaycan Dövlət Universitetinin Hesablama Mərkəzinin Elmi Şuralarının üzvü olmuşdur.

Qoşqar müəllim iki il Mexanika-riyaziyyat fakültəsinin dekanı vəzifəsində işlədikdən sonra öz ərizəsinə əsasən həmin vəzifədən azad olunmuşdur. Riyaziyyat elminin daha da inkişaf etdirilməsi məqsədi ilə Qoşqar Əhmədov 1969-cu ildə Tətbiqi riyaziyyat fakültəsinin yaradılması haqqında Azərbaycan Dövlət Universitetinə gəlmiş, həmin dövrdə Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyevə müraciət etmişdir. Bu müraciətdən sonra Heydər Əliyevin tapşırığı və köməkliyi ilə Mexanika-riyaziyyat fakültəsinin bazası əsasında Tətbiqi Riyaziyyat fakültəsi yaradılmışdır. Sonralar bu fakültənin adı dəyişdirilərək "Tətbiqi riyaziyyat və kibernetika" fakültəsinə çevrilmişdir.

Diferensial və inteqral tənliklər sahəsində böyük mütəxəssis kimi tanınmış Qoşqar Əhmədov 70-dən çox elmi əsərin müəllifi olmuşdur.

Qoşqar Əhmədovun elmi və pedaqoji kadrların hazırlanmasında əvəzsiz xidmətləri olmuşdur. Onun rəhbərliyi ilə 60-dan çox elmlər namizədi hazırlanmışdı. O, 80-dən yuxarı namizədlik və doktorluq dissertasiyaların müdafiəsində rəsmi opponent kimi çıxış etmiş, doktorluq dissertasiyası üzərində işləyən bir çox riyaziyyatçıların elmi məsləhətçisi olmuşdur.

Qoşqar Əhmədov 1975-ci il fevralın 12 vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. Minlərlə insan öz qəlbinin hökmü ilə onun dəfn mərasimində iştirak etmişdir. Onu son mənzilə yola salmağa müxtəlif peşə və sənət sahibləri, kəndlilər və fəhlələr, elm və mədəniyyət xadimləri, dövlət adamları, Orta Asiyadan, Şimali Qafqazdan və keçmiş SSRİ-nin bir çox şəhərlərindən məşhur insanlar gəlmişlər. İnsan axınının əvvəli-axırı görünmürmüş. Cənazəni Universitetin binasından fəxri xiyabana qədər maşına qoymamış, adamlar bir-birini əvəz edərək, onun cənazəsini çiyinlərində daşımağı özlərinə borc bilərək və bu yolla Qoşqar müəllimə olan hörmət və məhəbbətlərini onun ruhuna qaytarmaq istəmişlər. Mərasimdə iştirak edən yaşlı insanlarşn məlumatına görə Qoşqar müəllimin dəfn mərasimində Həsən bəy Zərdabinin, Üzeyir Hacıbəyovun, Səməd Vurğunun və Əliağa Vahidin dəfn mərasimi ilə müqayisə oluna biləcək sayda insan axını iştirak etmişdir.

Qoşqar Əhmədovun elmi-tədqiqat işlərinə marağın oyanmasında, müəllimi olmuş, Azərbaycanın görkəmli riyaziyyatçı alimi, Bakı Dövlət universitetinin mexanika-riyaziyyat fakültəsinin ilk azərbaycanlı dekanı Mikayıl Xıdırzadənin əvəzsiz xidmətləri olmuşdur.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun Radius nəşriyyatında Qoşqar Əhmədovun həyat və elmi yaradıcıllığına həsr olmuş, "Müəllimim Qoşqar Əhmədov" adlı, 17 bölmədən ibarət kitabı çap olunmuşdur. Kitab 264 səhifədən ibarətdir. Kitabda AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov yazırdı: "Hər bir xalqın yaddaşında o xalqın tarixini, elmini, ədəbiyyatını, mənəviyyatını təmsil edən görkəmli şəxslər olmuşdur. Azərbaycan xalqı da məhz belə bir xalqdır. Zaman-zaman öz milli məfkurəsini, amalını xalqının rifahına, onun elminin, təhsilinin, mədəniyyətinin inkişafına həsr edən, millət, vətən sevgisi ilə alışıb-yanan vətəndaşlar yetirən əzəmətli bir xalq! Əgər xalqımızın tarixini vərəqləsək, müxtəlif vaxtlarda belə mütəfəkkirlərin yetişdiyinin və ardıcıllarını yetirdiklərinin şahidi olarıq. Belə insanlarla yaşanan dəqiqələr sənə bir ömür boyu bəs edir, onların şəxsiyyəti, mənəviyyatı, əməlləri sənə örnək olur. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, sözün əsl mənasında, böyük müəllim, alicənab, humanist, müdrik və xeyirxah insan Qoşqar Teymur oğlu Əhmədov xalqımızın yetirdiyi belə şəxslərdən biridir."

Təhsil illəri[redaktə | mənbəni redaktə et]

1923–1927-ci illər Söyüdlü kənd ibtidai məktəbi

1927–1930-cu illər Gədəbəy qəsəbə natamam orta məktəbi

1930–1933-cü illərdə Bakı Beynəlmiləl Pedaqoji Texnikumu

1935 -c il S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin nəzdindəki hazırlıq kursu

1936–1938-ci illər Tibb İnstitu

1936–1941-ci illər Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin "Riyaziyyat" bölməsi

1942-ci il Moskva şəhər Lenin ordenli Feliks Edmundoviç Dzerjinski adına Artilleriya Akademiyası

1946–1949-cu illər Azərbaycan Dövlət Universitetinin aspiranturası

1956–1958-ci illər Moskva Dövlət Universitetində doktoranturası

Elmi, pedaqaji və əmək fəaliiyəti[redaktə | mənbəni redaktə et]

1934-cü ildə Gədəbəy rayonunun Xarxar kənd natamam orta məktəbində fizika və riyaziyyat müəllim işləmişdir.

1941–1945-ci illərdə Böyük Vətən Müharibəsində texnik, mühəndis, Bakı Qarnizonunun zenit artilleriyası üzrə komandir müavini kimi hərbi xidmət etmişdir.

1946-cı ildən Azərbaycan Dövlət Universitetində "Funksiyalar nəzəriyyəsi və cəbr" kafedrasında müəllim və Fizika-riyaziyyat fakültəsinin dekan müavini işləmişdir.

1951-ci ildə çalışdığı kafedranın dosenti vəzifəsinə seçilib.

1952–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin dekanı vəzifəsində çalışmışdır.

1958–1975-ci illərdə universitetin Mexanika-riyaziyyat fakültəsinin "Diferensial və inteqral tənliklər" kafedrasının müdiri vəzifəsində çalışmaışdır.

1961-ci ildə "Diferensial və inteqral tənliklər" kafedrası üzrə professor elmi adına layiq görülmüşdür.

1963–1964-cü illərdə universitet partiya komitəsinin katibi vəzifələrində işləmişdir.

1969-cu ildə Azərbaycanın SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

1970–1972-ci illərdə Mexanika və riyaziyyat fakültələrinin dekanı işləmişdir.

Əsas elmi nailiyyətləri[redaktə | mənbəni redaktə et]

Qoşqar Əhmədovun əsas elmi istiqaməti beş istiqaməti əhatə edir.

Birinci istiqamət qeyri-xətti inteqral tənliklərin və operator tənliklərin analitik nəzəriyyəsinə aid tədqiqatlardır.

İkinci tədqiqat istiqaməti adi diferensial tənliklər üçün çoxnöqtəli sərhəd məsələlərinin və inteqral bərabərsizliklərin araşdırılmasına aiddir.

Üçüncü istiqamət meyl edən arqumentli diferensial tənliklər nəzəriyyəsinə aiddir. Belə tənliklərin həllinin dayanıqlığı və inteqral göstəriciləri məsələlərində Qoşqar Əhmədlinin yetirmələri ilə aldığı nəticələr indi də optimal idarə nəzəriyyəsində mühüm rol oynayır.

Dördüncü istiqaməti professor Q. Əhmədli ekstremal-diferensial və ekstremal-inteqral tənliklərin tədqiqi adlandırmışdır. Bilavasitə praktikadan gələn belə tənliklər araşdırılaraq həllinin tətbiqi üçün alqoritmlər verilmişdir.

Beşinci istiqamət optimal idarə nəzəriyyəsi ilə bilavasitə əlaqədardır. Bu istiqamət Azərbaycanda Qoşqar müəllimin adı ilə bağlıdır, ilk nəticələr professorun özü və yetirmələri tərəfindən alınmışdır.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Qoşqar Əhmədovun xidmətləri bir sıra hökumət mükafatlarına layiq görülmüşdür. Böyük Vətən müharibəsinin iştirakçısı kimi 1945-ci ildə "Qafqazın müdafiəsi" və "Almaniya üzərində qələbə" medalları, yüksək səviyyəli gənc riyaziyyatçı-mütəxəssislərin hazırlanmasında uzun müddətli və qüsursuz əməyinə görə "Şanlı Əmək" medalı ilə təltif edilmişdir. O, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin 50 illiyi münasibətilə xatirə medalı ilə təltif edilmiş və həmən il Azərbaycan SSR-nin EA-nın müxbir üzvü seçilmişdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Atası Əhmədov Teymur Əhməd oğlu 1888-ci ildə, anası Əhmədova Yetər Möylə qızı 1895-ci ildə Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olmuşlar. Babası Əhməd kişi dövrünün üzdə olan, təhsilə maraq göstərən adamlarından biri olub. XX əsrin əvvəllərində Gədəbəy rayonunun Söyüdlü kəndində ilk məktəb də elə Əhməd kişinin sayəsində onun evində açılıb. Teymur Əhmədov 1942-ci ilin mayında Xalq maarifi sahəsində fəaliyyətinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə ölkəmizdə Əməkdar Məktəb Müəllimi fəxri adına layiq görülən ilk müəllimlərdən biri olub.

Mirzə Teymurla Yetər xanımın on övladı olmuşdur. Bir oğlan, bir qız uşağı lap körpəykən vəfat etmişdir. Səkkiz uşaqdan hamısı orta məktəbi əla qiymətlərlə bitirmişdir. Böyük oğlu Qəşəm Bakıda İnternasional Pedaqoji Texnikumda oxuyarkən vəfat etmiş, qızı Bəyaz isə orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirməmişdir. Bu ailənin altı övladı, Qoşqar, Şamil, Cəmil, Hürü, Gülnaz və Gülarə ali təhsil almış və elmin müxtəlif sahələrində tanınmış alimlər olmuşlar. Teymur müəllimlə Yetər xanımın böyüdüb başa çatdırdığı 7 uşağın altısı alim olub. Onlardan üçü Qoşqar, Şamil və Cəmil müvafiq olaraq Azərbaycan Dövlət Universitetinin riyaziyyat, kimya və fəlsəfə fakültələrində oxuyarkən tələbələr üçün dövrün ən yüksək təqaüdü olan Stalin təqaüdü ilə oxuyublar. Sonralar Qoşqar, Şamil və Cəmil öz sahələrində dünyanın tanınmış alimləri olublar. Qoşqar və Şamil ataları Teymurla birlikdə Böyük Vətən Müharibəsində iştirak ediblər.

Qoşqar Əhmədov 1947-ci ildə Nəcəfova Böyükxanım Əliverdi qızı ilə ailə hayatı qurub və 5 övlad atası olmuşdur.

  1. oğlu Əhmədov Nizami(1948–2001)illərdə yaşamış, 4 övladı olmuş və övladlarından birinin adi Qosqardir.
  2. qızı Əhmədova Sədaqət 1949-cu ildə anadan olmuşdur.
  3. qızı Əhmədova Güllü (1951–2018)
  4. qızı Əhmədova Səidə (1953–2013)
  5. oğlu Əhmədov Nazim 1954-cü ildə anadan olub, hal hazırda 2 övladı və 4 nəvəsi var.

Qardaşı Cəmil Əhmədli — Fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi, Rusiya Pyotr Elmlər və İncəsənət Akademiyasının akademikidir.

Məşhur tələbələri[redaktə | mənbəni redaktə et]

  1. Fərəməz Maqsudov- fizika-riyaziyyat elmləri doktoru, akademik
  2. Misir Mərdanov – Professor, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru
  3. Yəhya Məmmədov — əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor.
  4. Arif Babayev — Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü , əməkdar elm xadimi, fikiza-riyaziyyat elmləri doktoru.
  5. Qəmbər Namazov- fizika-riyaziyyat elmləri namizədi, professor
  6. Məmməd Yaqubov — fizika-riyaziyyat elmləri doktoru, professor, respublikanın əməkdar müəllimi
  7. Ələddin Şamilov — Fizika-Riyaziyyat elmləri doktoru Professor
  8. Telman Məlikov- fizika-riyaziyyat elmləri doktoru, professor

Əsərləri[redaktə | mənbəni redaktə et]

  1. Об одном нелинейном интегральном уравнении.ДАН Аз ССР 8 (1951), с.341–346
  2. Метод вырожденных ядер для одного класса уравнений в пространстве. L,Известия АНДРЕЙ Азерб. ССР 4 (1953), с 27–34
  3. Теоремы существования решения некоторых систем нелинейных уравнений, Труды Азерб. ун-та-сер.физмат.4(1954)с.34–46.
  4. Исследование точек разветвления решения одного класса нелинейных интегральных уравнений. Труды ИФМ АН АзССР. Сер. Матем.7(1955)с.86–109
  5. Об одной теореме теории разветвления решения одного класса нелинейных интегральных уравнений. Уч.зап.АГУ,1955,с,3–11.
  6. Аналитическое продолжение решения нелинейного уравнения в В-пространствах.Уч.зап.АГУ,1956,12,с.3–18.
  7. Алгебраическое продолжение решений нелинейных уравнений в пространствах Банаха. Уч.зап.АГУ,1957,с.3–17.
  8. К теории нелинейных интегральных уравнений. Труды Азерб.заочн.пед. ин-та 4:1(1957)с.41–50.
  9. О задачи Коши для одного класса нелинейных уравнений в функциональных пространствах.ДАН СССР.т.115(1957)с.9–12.
  10. О продолжении решений одного класса нелинейных уравнений в функциональных пространствах Банаха.УМН 12:5 (77) (1957)с.249–251.
  11. Аналитических метод Некрасова Назарова в нелинейном анализе. УМН 12:4(76),1957,с.135–153.
  12. Алгебраическая продолжимость решения одного нелинейного операторного уравнения в пространстве Банаха. Уч.зап. АГУ,физ-мат. и хим.серия,1958,с.3–13
  13. О многозначной разрешимости задачи Коши для обыкновенного дифференциального уравнения. Уч.зап.АГУ,1958,с.3–9.
  14. Об аналитическом продолжении решений нелинейных операторных уравнений а пространстве Банаха.Уч. зап. АГУ,1958,с3–15.
  15. Об алегебраической точке разветвления решения одного класса нелинейных интегральных уравнений . Труды ИФМ АН Аз.ССР,т8,1958.
  16. Об алгебраической точке разветвления решения одного класса нелинейных интегральных уравнений . Тр. Ин-та Физика и матем. АН АзССР, 8,1959,с.107–116.
  17. Об особых решениях одного класса интегро-дифференциальных уравнений.ДАН СССР, 128,1959,с.443–446.
  18. Разветвление решений смешанных задач для одного класса нелинейных уравнений. Уч.зап.АГУ,серия физ-мат и хим.наук,1960,с.3–21.
  19. Об особых решениях одного класса нелинейных интегро-дифференциальных уравнений. Уч.зап.АГУ,серия физ-мат.и хим.наук,1961,с.3–20.
  20. Смешанная задача для Интегро-дифференциальных уравнений. Уч.зап.АГУ, серия физ.-мат.и хим.наук,1961,с.3–12
  21. Иследование разветвления решения задачи Коши для операторного дифференциального уравнения . Тр.Ин-та Матем. и мех. АН АзССР,1,1961,с67–79.
  22. Теоремы существования решения некоторых систем нелинейных уравнений. Уч.зап.АГУ, серия физ.-мат.и хим.наук,1961,с.3–12.
  23. Иследование решений смешанной задачи для одного класса нелинейных уравнений. Учен.Записки , АГУ серия физ.-мат.наук,16–29,1964.
  24. Иследование одного класса нелинейных интегральных уравнений. Дифференциальных уравнений. 2:10,1966,с.1374–1384.
  25. Иследование одного класса нелинейных уравнения типа Шмидта.В сб."Уравн. Матем.Физики и Функц. Анализа" Алма-Ата.1966,с.10–15.
  26. Применение одной теоремы Харта к исследованию нелинейных интегральных уравнений,Дифференциальные уравнение 1967,3:4, 667–669.
  27. О дифференциально-экстремальных уравнениях с запаздывающим аргументом.Третья Конф.Факультета Физико-математических и естественных наук Тезисы докладов, М, 1967.
  28. О дифференциально-экстремальных уравнениях с запаздывающим аргументом. Учёные записки АГУ, Сер. Физико-мат. Наук, 1967.
  29. Об одной системе интегро-экстремальных уравнениях с запаздывающим аргументом. Уч.зап.АГУ,сер.физ.мат.наук.1967,с.
  30. Об одной задаче вариационного исчисление для обыкновенного дифференциального уравнений при наличии ограничений. Изв.АН Азерб. ССР,1967,с.17-# О двухпараметрической задаче уравнения при наличии ограничений. Уч.зап.АГУ,сер.физ.мат.наук.1967,с. 25–32.
  31. Об одном применение теории оптимальных процессов к задачам приближения функций. УЧ.ЗЯап.АГУ, 1968.
  32. Принцип максимума для задач с конечным числом переменных запаздываний с фиксированном временем и свободным правом концом траекторий. Учен.зап.сер.физ-мат,АГУ,1968.
  33. Об оптимальном управлении в системах описываемых дифференциальными уравнениями в частных производных с запаздывающими аргументами. Учен.зап.сер.физ.-мат./АГУ,1967.с.39–47.
  34. Об оптимальном управлении в системах с распределенными параметрами с запаздывающим аргументами-Учен. Записки, сер.физ.-мат.АГУ1970 с.21–26.
  35. Применение проблемы моментов к решению некоторых оптимальных задач, описываемых уравнениями в частных производных. Учен.зап.сер.физ.-мат.АГУ.1970.
  36. Роль математики в развитии математики в Азербайджане. Учен.зап.сер.физ.-мат,АГУ,1970,с.3–15.
  37. Об ограниченности решений одного класса нелинейных уравнений с переменными запаздываниями, УЧ.зап.АГУ, Сер.Физ-мат.Наук,1971.
  38. Применение метода квазилинеаризации к одной системе с нелинейными краевыми условиями. Из.АН Азерб.ССР,Сер.Физ-мат.Наук,1972.
  39. Необходимые условия оптимальности для некоторых задач теории оптимального управления .ДАН.Аз.ССР,1972.
  40. К более общему понятию сопряженного уравнения для системы дифференциальных уравнений с запаздывающим аргументом нейтрального типа, Из.АН Азерб.ССР,1972.
  41. Некоторые интегральные неравенства./Изв.АН Уз.ССР.сер.физ.-техн.и мат.наук,1972.с.16–22.
  42. Об одной задаче теории оптимального управления в системе с распределенными параметрами. Учен.Зап.Сер.физ.-мат,АГУ,1972.с.3–8.
  43. Об одной оптимальной задаче для линейных систем с распределенными параметрами. Учен. Зап.сер.физ.-мат.АГУ,1972,с.3–8.
  44. Математические науки./В кн: Обзорные доклады научной конференции университетов Закавказья, посвящ.50-летию оброзов. СССР Тбилиси, 1972.
  45. Теорема существования для одной задачи теории оптимального управления -Учен. Зап.сер.физ.-мат.-АГУ 1973,с.9–13.
  46. Приближенное решение двухточечный краевой задачи с параметром метод определений функциональных поправок, ДАН Азерб.ССР,1973.с.3–7.
  47. Многоточечная краевая задача Коши-николетти для систем дифференциальных уравнений с отклоняющимся аргументом и некоторые вопросы колеблемой решений.ДАН Азерб.1973.т 29,с.12–15.
  48. Об устойчивости решений дифференциальных уравнений с запаздывающими аргументами зависящими от решения. Тез.докл.Всесоюз.конф.по качественной теории диф.урав.ее применениям и методике преподав.диф.урав.в выс.учеб.Завед.октябрь 1973. Самарканд, 1973 с.17.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. http://525.az/site/?name=xeber&news_id=87706#gsc.tab=0
  2. https://az.wikipedia.org/wiki/M%C3%BC%C9%99llimim_Qo%C5%9Fqar_%C6%8Fhm%C9%99dov
  3. ibadətgah