Qazaxıstanda turizm — Vikipediya

Əhməd Yasəvi türbəsi

Qazaxıstanda turizm — 2014-cü il məlumatına görə turizm sahəsi Ümumi Daxili Məhsulun 0,3 % təşkil etmişdir. 2020-ci ildə Qazaxıstan hökuməti bu rəqəmi 3 %[1][2] artırmağı planlaşdırır. 2000-cu il məlumatına görə ölkəyə 1,47 mln xarici turist gəlmişdir. Bu rəqəm 2012-ci ildə 4,81 milyona çatdırılmışdır. Bu isə ölkəni bu göstəricilərlə 51-ci yerə çıxartmışdır[3]. Beynəlxalq mətbuatda Qazaxıstanda turizm elədə yaxşı inkişaf etməmiş olaraq göstərilir. Burada pis xidmət və loqistika çətinlikləri vardır[4].

2013-cü ildən Qazaxıstanda turizm konsepsiyası qəbul edilmişdir. Konsepsiya 2020-ci ilə qədər turizmin inkişaf etdirilməsi planlaşdırılır. Proqramın hədəfi beş turistik klasterin meydana gətirilməsidir: Astana, Almatı, Şərqi Qazaxıstan, Cənubi Qazaxıstan və Qərbi Qazaxıstan. Burada hədəf 2020-ci ilə qədər 250 min yeni iş yerinin açılmasıdır. İşlərin görülməsinə ümumilikdə 4 mld dollar sərf edilməlidir[4][5].

Viza siyasəti[redaktə | mənbəni redaktə et]

Qazaxıstan Ermənistan, Belarus, Gürcüstan, Qırğızıstan, Moldova, Monqolustan, RusiyaUkrayna vətandaşları üçün 90, Argentina, Azərbaycan, Serbiya, Koreya, Tacikistan, TürkiyəÖzbəkistana[6] 30 günlük vizasız rejim tətbiq edir.

2014-cü ildən dövlət 15 günlük vizasız rejimin təşkili qərara almışdır. Bu sistemə Böyük Britaniya, Almaniya, İtaliya, Malaziya, Niderland, ABŞ, FransaYaponiya[1] kimi dövlətlər daxildir. 2015-ci ildən bu sistemə daxil ölkələrin sayı artaraq 19 olmuşdur: Avstriya, Belçika, Macarıstan, İspaniya, Monako, Norveç, BƏƏ, Sinqapur, İsveç, İsveçrəFinlandiya[7].

Görməli yerləri[redaktə | mənbəni redaktə et]

2015-ci il məlumatına görə Qazaxıstanda YUNESCO Ümumdünya irsi siyahısına dörd obyekt daxil edilmişdir. Bunlardan üçü mədəni, biri isə təbiət əhəmiyyətlidir. Üstəlik 13 obyekt isə siyahıya namizəd olaraq göstərilir[8].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Joanna Lillis for EurasiaNet, part of the New East. "Summer holiday in Kazakhstan? Astana eases visa restrictions to attract tourists | World news". The Guardian. 2015-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-27.
  2. "Kazakhstan: Astana Announces Visa-Free Travel for 10 High-Investing States". EurasiaNet.org. 16 June 2014. 2018-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-27.
  3. "International tourism, number of arrivals – Kazakhstan". Mecometer.com. 2014-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-27.
  4. 1 2 Lillis, Joanna. "Summer holiday in Kazakhstan? Astana eases visa restrictions to attract tourists". The Guardian. 17 July 2014. 2015-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-27.
  5. "Kazakhstan to develop its tourism industry. Environment. Tengrinews.kz". En.tengrinews.kz. 18 June 2014. 2015-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-27.
  6. "Visa Information". Timatic. Международная ассоциация воздушного транспорта. 2014-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-27.
  7. Turebekova, Aiman. "Kazakhstan Expands Visa-Free Regime up to 19 Countries, Extends It to End of 2017". Astanatimes.com. 2 July 2015. 2015-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-27.
  8. UNESCO World Heritage Centre. "Kazakhstan – UNESCO World Heritage Centre". Whc.unesco.org. 2012-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-27.