Qazaxıstanda nəqliyyat — Vikipediya

Qazaxıstanda nəqliyyat böyük əhəmiyyət daşıyır. Böyük ərazi, yaşayış məntəqələrinin bir-birindən uzaqda yerləşməsi, kənd təsərrüfatı və sənaye sahələrini arasında əlaqələrin təşkili Qazaxıstanda olduqca vacibdir.

Dəmir yol nəqliyyatı[redaktə | mənbəni redaktə et]

Ölkənin dəmir yolları olduqca uzundur. Qazaxıstan dəmir yolları ilə yük daşımanın 68 %, sərnişin daşımanın isə 57 % özündə birləşdirir.

Qazaxıstan dəmir yollarının uzunluğu 15 min km-dir. Bu dəmir yolları Rusiya ilə 11, Özbəkistanla 2, Qırğızıstanla 1, Çinlə iki keçidlə birləşir. Rusiya ilə Qazaxıstanın dımir yolları bir-biri ilə sıx bağlıdır.

2017-ci il nəqliyyatın inkişafı layihəsi əsasında 1 400 km yeni dəmir yol xətti çəkiləcək və 2 700 km dəmir yolu elektrikləşdiriləcəkdir.

Avtomobil nəqliyyatı[redaktə | mənbəni redaktə et]

2011-ci ilin mayına olan məlumata ölədə 3 264 400 kiçik sərnişin avtomobili vardır. Qazaxıstanda ümumi yolların uzunluğu 96 min km-dir. Onların böyük hissəsinin təmirə ehtiyacı vardır.

Ölkədə yeganə yüksək sürətli avtomagistral A-1-dir onun uzunluğu 217 km-dir və Astana ilə Suçinsk şəhərlərini birləşdirir. Ölkə ərazisindən 5 beynəlxalq maşrut keçir. Avtomobil magistralları:

Hava nəqliyyatı[redaktə | mənbəni redaktə et]

Almatı Beynəlxalq Hava Limanı

Böyük əraziyə sahib olması səbəbindən hava nəqliyyatının böyük əhəmiyyəti vardır. Qazaxıstanda 22 hava limanı vardır. Bunun 14 beynəlxalq hava limanıdır. Avropa və Asiya arasında dəhliz rolunu oynayır. Ölkənin ən böyük avia şirkət Air Astanadır.

Sərnişin və yük daşıma:
2012
Sərnişin daşıma mln 7,5[1]

Su nəqliyyatı[redaktə | mənbəni redaktə et]

Qazaxıstanda İrtış, Sırdərya, Ural, Kiqaç, İliİşim çayları, Petropavlovskoe, Buxtarminskoe, Ust-Kamenoqorskoe, Şulbinskoe, Kapçaqay su anbarları və Balxaş, Zaysan göllərində su nəqliyyat vastələrinin hərəkəti mümkündür.

Xəzər dənizi vastəsi ilə isə Qazaxıstan Rusiya, İran, Azərbaycan, Türkmənistanla əlaqə qurulur. Kanallar vastəsi ilə Qara dənizBaltik dənizinə çıxış əldə edir.

Aktau limanı Qazaxıstanın donmayan yeganə limanıdır.

2007-ci ildə Qazaxıstan Rusiyaya yeni bir təkliflə müraciət etmişdir. Burada Xəzər dənizinin bir başa Azov dənizi ilə birləşdirilməsini nəzərdə tuturdu. Layihə Avrasiya kanalı adını daşıyırdı. Bu layihə gerçəkləşsə Qazaxıstan Rusiyanın köməyi ilə güçlü dəniz dövlətinə çevrilə bilər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xəritələr[redaktə | mənbəni redaktə et]