Qazaxıstan etirazları (2022)

Qazaxıstan etirazları
Etirazçılar Aqtöbenin mərkəzi meydanında
Etirazçılar Aqtöbenin mərkəzi meydanında
Yer Qazaxıstan
Tarix 2 yanvar 2022 - 11 yanvar 2022
Səbəb
  • Qaz qiymətlərin birdən ikiqat artması
  • Avtoritarizm
Əsas məqsəd
  • Qaz qiymətlərin azalması
  • Hakimiyyətin istefası
  • Akimlərin seçkilərlə seçilməsi
Nəticə
  • Nazirlər Kabinetinin istefası
  • Nursultan Nazarbayevin Təhlükəsizlik Şurası sədri vəzifəsindən uzaqlaşdırması
Həlak olanlar 208[1]
Yaralananlar 500[2]
Həbs olunanlar 9900-dən çox[3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2022-ci ildə Qazaxıstan etirazları, bəzən Qanlı Yanvar (qaz. Қанды қаңтар)[4][5][6][7] və ya yanvar faciəsi (qaz. Қаңтар трагедиясы)[8][9][10][11] — 2022-ci il yanvarın 2-də Janaozendə maye qazın bahalaşmasına qarşı kütləvi etirazlar ilə başlayan, daha sonra bütün ölkəyə yayılan etirazlardır. Etirazlar sürətlə başqa şəhərlərə, o cümlədən Almatıya sıçrayıb. Hökumət etirazçılar qarşısında geri çəkilərək qiymətləri endirsə də aksiyalar səngiməyib. Bəzi şəhərlərdə küçələrə çıxanlar Təhlükəsizlik Şurasının katibi vəzifəsini (ömürlük) tutan keçmiş prezident Nursultan Nazarbayevin siyasətdən getməsini tələb ediblər. Yanvarın 5-də etirazların böyüməsi qarşısında prezident Qasım-Comərd Tokayev hökuməti istefaya göndərib. Tokayevin sərəncamı ilə baş nazirin səlahiyyətlərinin müvəqqəti icrası vitse-premyer vəzifəsini tutmuş Alixan Smailova həvalə edilib. Habelə Almatıda və Manqistau vilayətində (inzibati mərkəzi Janaozen olmaqla) yanvarın 5-dən 19-na qədər komendant saatı tətbiq edilib.[12] İğtişaşlara cavab olaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) – Ermənistan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Qazaxıstanın özünün də daxil olduğu postsovet dövlətlərinin hərbi ittifaqı Qazaxıstanda sülhməramlı qoşunların yerləşdirilməsinə razılıq verib.

Yanvarın 9-da verilən məlumata görə Qazaxıstandakı iğtişaşlar zamanı əksəriyyəti Almatı şəhərində olmaqla 164 nəfər insan həlak olub və 2265 nəfər yaralanıb.[13]

Zəmin[redaktə | mənbəni redaktə et]

Sovet İttifaqının dağılmasından sonra keçmiş Sovet İttifaqı hökuməti ilə əlaqəsi olan varlı şəxslərə güzəştli imtiyazlar verilirdi. Onlar qiymətli resurslara malik olan obyektlərin özəlləşdirilməsindən və torpaq mülkiyyətindən böyük sərvət qazandılar.[14] Nursultan Nazarbayev Qazaxıstanın dağılmasından sonra 1990-2019-cu illərdə ölkəni idarə edən ilk prezidenti oldu. Bu müddət ərzində beynəlxalq müşahidəçilər Qazaxıstanda keçirilən seçkilərin heç birini ədalətli saymayıblar. The Daily Telegraph yazır ki, Nazarbayev ölkəni avtoritarizm, qohumbazlıq və opponentləri həbs etməklə idarə edirdi.[15]

Qazaxıstan iqtisadiyyatında neft hasilatı böyük rol oynayır. 2010-cu illərin ortalarında neft qiymətləri düşənə qədər, Qazaxıstan Mərkəzi Asiyada ən yaxşı iqtisadiyyatlardan birinə malik idi.[16] Ölkə həm də dünyadakı uran ehtiyatlarının təxminən 40%-nə malikdir. Belə artıma baxmayaraq, iqtisadi gəlirlər əhali arasında ədalətli bölüşdürülmədi. Qazaxıstanda minimum əmək haqqı ayda 100 ABŞ dollarından azdır və ölkədə iqtisadi bərabərsizlik hökm sürür. 2022-ci ildə qədər 162 ən zəngin qazax ölkənin sərvətinin 55%-nə sahib idi.[14] 2012-ci ildə Dünya İqtisadi Forumu korrupsiyanı Qazaxıstanda biznesin aparılmasında ən böyük problem kimi qeyd edib.[17] Dünya Bankı isə Qazaxıstandakı korrupsiyanı Anqola, Boliviya, KeniyaLiviya kimi ölkələrlə eyni səviyyədə göstərmişdir.[18] 2013-cü ildə Norveçin Aftenposten qəzeti hüquq müdafiəçisi və hüquqşünas Denis Jivaqaya istinadən yazır ki, "Qazaxıstanda neft fondu var, amma onun gəlirinin necə xərcləndiyini heç kim bilmir".[19]

Mangistau vilayətində yerləşən və neft hasil edən şəhər olan Janaozendə əvvəllər də bir sıra işçi tətilləri və nümayişləri baş verib. 2011-ci ildə Qazaxıstan Müstəqillik Gününün 20-ci ildönümündə şəhərdə etirazlar baş vermişdi. Bu etirazlarda və ondan sonra baş vermiş iğtişaşlarda rəsmi rəqəmlərə görə 16 nəfər ölmüş və 100 nəfər yaralanmışdı. Qazaxıstan təhlükəsizlik qüvvələri iş şəraitinin yaxşılaşdırılmasını tələb edən etirazçılara atəş açmışdı. O dövrdə Janaozendə əsasən avtomobillərdə yanacaq kimi istifadə edilən mayeləşdirilmiş təbii qazın (MTQ) qiyməti 30–35 tenge civarında idi və o vaxtdan bəri onun qiyməti bir neçə dəfə bahalaşıb. Eurasianet-in məlumatına görə, artıma Qazaxıstan hökumətinin 2019-cu ilin yanvarında başlayan və tədricən dövlətin qaz subsidiyalarını dayandırmaq və bunun əvəzində bazara qiymətləri müəyyən etmək imkanı verən MTQ-nin elektron bazar ticarətinə mərhələli keçid siyasəti səbəb olub.[20] 2020-ci ilin yanvarında Janaozendə etiraz aksiyası keçirildi. Aksiyada şəhər sakinləri maye qazın qiymətinin 65 təngədən 55 təngəyə endirilməsini tələb etdilər.[21] Bundan başqa, COVID-19 pandemiyası iqtisadiyyata təsir göstərdiyindən, qənaət tədbirləri və hökumətin qeyri-adekvat iqtisadi stimullaşdırılması inflyasiya və əmək haqqı artımının olmaması ilə nəticələndi.[14] Janaozendəki etirazçıların bildirdiyinə görə, yeni il ərəfəsində qazın qiyməti 80, daha sonra 100 tengeyədək artıb, yeni ildən sonra isə bu qiymət 120 (0,28 ABŞ dolları) tenge olub.[22]

Etirazların məqsədi[redaktə | mənbəni redaktə et]

Etirazlarçıların məqsədlərinə böyük siyasi dəyişikliklərə çağırışlar daxildir. Oyan, Qazaqstan təşkilatının nümayəndəsi Darxan Şərifovun bildirdiyinə görə, etirazçılar "real siyasi islahatlar" və "ədalətli seçkilər" istəyirdilər və "korrupsiya və qohumbazlıq"dan qəzəbli idilər.[23] Yerli media aksiya iştirakçılarının digər tələbləri - Nursultan Nazarbayevin siyasətdən getməsini, ölkədə internetin bərpa edilməsini, xalq seçkiləri keçirilməsini, 1993-cü il Konstitusiyasının geri qaytarılmasını, həmçinin vətəndaş fəallarının təqibinə son qoyulmasını, aksiyalar zamanı saxlanılanların hamısının azad edilməsi, əmək haqqının artırılması, təkrar emalın ləğvi, nəqliyyat vasitələri üçün ödənişli yolların ləğvi, minimum pensiyanın artırılması, uşaq müavinətlərinin artırılmasını tələb edirlər.[24]

Nəticələri[redaktə | mənbəni redaktə et]

Qazaxıstan dünya uranın 40%-i istehsal edir. Etiraz aksiyaları başlayandan sonra, uran qiymətləri artıb.[25][26] İnternet kəsilməsi kriptovalyutaya təsir edib. Çin 2021-ci ildə kriptovalyutanın şaxtaçılığını qadağan etdiyinə görə, bir sıra şaxtaçı Qazaxıstana köçüb və beləliklə, etirazlardan əvvəl Bitcoin-in dünya həşreytinin 18%-i Qazaxıstan payında düşürdü.[27][28]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Russia-Led Military Alliance Completes Withdrawal From Kazakhstan". RadioFreeEurope/RadioLiberty (ingilis). İstifadə tarixi: 2022-01-19.
  2. Bilefsky, Dan. "Revolt in Kazakhstan: Here's What You Need to Know". The New York Times. 2022-01-05. 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-06.
  3. "Kazakh President Announces CSTO Troop Withdrawal, Appoints New PM". RadioFreeEurope/RadioLiberty. İstifadə tarixi: 2022-01-11.
  4. Imamova, Navbahor. "Kazakhstan Seeks Lessons From Its Bloody January". VOA (ingilis). 2022-02-16. İstifadə tarixi: 2022-02-18.
  5. "After Kazakhstan's 'Bloody January,' Can Toqaev Ever Gain The People's Support?". RadioFreeEurope/RadioLiberty (ingilis). İstifadə tarixi: 2022-02-18.
  6. "Қанды қаңтар: Перзентінен айырылған ата-ана, жетім қалған бала..." inbusiness.kz (qazax). 2022-01-18. İstifadə tarixi: 2022-02-18.
  7. БЕРЕКЕТ, Ақмарал. "40-күн: Халық "Қанды қаңтар" оқиғасының құрбандарын қалай еске алды?". bugin.kz (qazax). 2022-02-14. İstifadə tarixi: 2022-02-18.
  8. "Қаңтар трагедиясы: Ұрлық пен тонау фактісі бойынша 1674 іс тіркелген". lenta.inform.kz (qazax). 2022-02-05. İstifadə tarixi: 2022-02-18.
  9. "Мемлекет басшысы Қаңтар трагедиясы жайлы: Жағдай мүлдем басқа арнаға бұрылып кетті". kaz.nur.kz (qazax). 2022-02-17. İstifadə tarixi: 2022-02-18.
  10. "Timeline: January tragedy in Kazakhstan". www.kt.kz (ingilis). 2022-01-16. İstifadə tarixi: 2022-02-18.
  11. Cohen, Ariel. "Kazakhstan's Stress Test: The January Tragedy and its Aftermath". www.cacianalyst.org (ingilis). 2022-01-24. İstifadə tarixi: 2022-02-18.
  12. Qazaxıstanda etirazlar: Aktobe şəhərində polis xalqın tərəfinə keçdi
  13. Qazaxıstanda iğtişaşlarda 160-dan çox insan həlak olub, xəstəxanalardakı 83 nəfərin vəziyyəti ağırdır
  14. 1 2 3 Kantchev, Georgi. "Kazakhstan's Elite Got Richer on Natural Resources. Then Came the Unrest". Wall Street Journal (ingilis). 7 January 2022. ISSN 0099-9660. İstifadə tarixi: 8 January 2022.
  15. Redmayne, Nick. "The truth about the world's most misunderstood country". The Daily Telegraph. 16 December 2021. ISSN 0307-1235. 5 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 January 2022.
  16. "IMF Executive Board Article IV consultation1 with Kazakhstan". Imf.org. International Monetary Fund. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 February 2016.
  17. OECD Investment Policy Reviews, P112, OECD, 2012
  18. Oil, Cash and Corruption, The New York Times, 5 November 2006
  19. Observatører fra tidligere Sovjet jakter på valg-juks Arxivləşdirilib 3 mart 2016 at the Wayback Machine. Aftenposten.no (10 September 2013). Retrieved 8 March 2014.
  20. Kumenov, Almaz; Lillis, Joanna. "Kazakhstan explainer: Why did fuel prices spike, bringing protesters out onto the streets?". eurasianet.org (ingilis). 2022-01-04. İstifadə tarixi: 2022-01-05.
  21. ТОЙКЕН, Санияш. "Janaozenlilər yenidən akimata gələrək qazın qiymətinin azaldılmasını tələb etdilər". Радио Азаттык (rus). 2020-01-10. İstifadə tarixi: 2022-01-04.
  22. Qazaxıstanda qaz narazılığı: etiraz meydanından fotolar
  23. Shaun, Walker; Bisenov, Naubet. "Kazakhstan protests: Moscow-led alliance sends 'peacekeeping forces'". The Guardian. 5 January 2022. 5 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 January 2022.
  24. Qazaxıstanda aksiyalar: Etirazçıların tələbləri çoxalır
  25. "Transport disruptions the wild card for Kazakh uranium shipments". Reuters. 7 January 2022.
  26. "Uranium and oil prices have spiked as Kazakhstan's political upheaval spurs fears about reduced production and supply chain disruption". Business Insider. 7 January 2022.
  27. Madhok, Diksha. "Kazakhstan is huge for crypto mining. Political upheaval could jeopardize that". CNN. 7 January 2022. İstifadə tarixi: 9 January 2022.
  28. Sigalos, MacKenzie. "Kazakhstan's deadly protests hit bitcoin, as the world's second-biggest mining hub shuts down". CNBC (ingilis). 2022-01-06. İstifadə tarixi: 2022-01-19.