Qay Pirs — Vikipediya

Qay Pirs
Doğum adı Guy Edward Pearce[2]
Doğum tarixi 5 oktyabr 1967(1967-10-05)[1] (56 yaş)
Vətəndaşlığı
Fəaliyyəti aktyor, teatr aktyoru, kino aktyoru, musiqiçi, televiziya aktyoru, kinorejissor
Fəaliyyət illəri 1986-cı ildən
IMDb ID0001602
guypearce.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qay Pirs (tam adı: Qay Edvard Pirs, ing. Guy Edward Pearce; 5 oktyabr 1967[1]) — ingilis əsilli avstraliyalı aktyor.[3] O, Qonşular televiziya serialındakı Mayk Yanq rolu və Səhranın kraliçası Priskillanın macəraları (1994), Məxfi Los-Anceles (1997), Memento (2000), Qraf Monte Kristo (2002), Yol (2009), Kral Danışır! (2010), Prometey (2012) və Dəmir Adam 3 (2013) filmlərində oynaması ilə tanınır. Qay Pirs həmçinin Qanlı təklif (2005), Heyvan krallığı (2010), Qaranlıqdan qorxmaTəqib (2014) kimi filmlərdə də rol almışdır. O, "Emmi" televiziya mükafatının laureatıdır (2011). Bundan başqa o, "Qızıl Qlobus" (2012), "Ekran Aktyorları Dərnəyi" və "AACTA" mükafatlarına da namizəd olmuşdur.

Erkən illəri[redaktə | mənbəni redaktə et]

Qay Pirs 5 oktyabr 1967-ci ildə İngiltərənin İli şəhərində hərbi hava qüvvələrinin sınaq-pilotunun və məktəb müəlliməsinin ailəsində anadan olub. Qayın 3 yaşı olanda ailəsi Avstraliyaya köçüb. Orada anası fermada maralların çoxaldılması ilə məşğul olub. Hələ Pirs uşaq yaşlarında olarkən atasını təyyarə qəzasında itirmişdir. Məktəbdə oxuyarkən riyaziyyat və digər fənlərə çox az marağı ola Pirs daha çox incəsənət və musiqi ilə maraqlanıb. Onun, həmçinin uşaq yaşlarından teatra da böyük marağı olub. O, 11 yaşında ilk dəfə olaraq yerli teatrın səhnəsinə çıxmışdır.[4]

Bununla birgə, Pirs gənc yaşlarında bodibildinqqılıncoynatma ilə də məşğul olmuşdur.

Karyerası[redaktə | mənbəni redaktə et]

Pirs televiziya karyerasına 1985-ci ildə Avstraliya istehsalı olan Qonşular serialı ilə başlayıb. O, bu serialda Mayk Yanq rolunu canlandırırdı. Hətta bundan sonra insanlar Pirsi "Qonşular-dan Mayk" ləqəbi ilə adlandırmağa başlamışdır. Buradakı rolunun ardınca Pirs, həmçinin Home and Away (1988) və Snowy River: The McGregor Saga (1993) televiya dizilərində oynamağı bacarıb.

Bu seriallarda canlandırdığı rollardan sonra rejissor Frank Howson özünün istehsal etdiyi üç filmdə Qay Pirsə rol təklif edib. Həmin filmlər Heaven Tonight, Hunting və Flynn filmləri idi. Hətta Frank 1991-ci ildə Pirsin Hunting filminin premyerasına getməsi üçün bütün xərcləri qarşılayıb.

Pirs öz akyorluq karyerasına 1994-cü ildə rol aldığı Səhranın kraliçası Priskillanın macəraları filmi ilə davam edib. Bundan sonra o, ABŞ istehsalı olan Məxfi Los-Anceles, Acgöz, Vur əmri, Memento, Qraf Monte KristoZaman maşını filmlərində də oynamağa müvəffəq olub. Daha sonra Pirs, həmçinin Avstraliya istehsalı fimlər olan Çətin söz (2002) və Qanlı təklif (2005) filmlərində rol alıb.

Aktyorluqla yanaşı, Pirsin musiqi sahəsində də müəyyən fəaliyyəti olmuşdur. O, 2014-cü ilin noyabrında özünün birinci albomunu təqdim etdi.[5] Son olaraq Pirs 2018-ci ildə "The Nomad" adında ikinci studio albomunu ilə musiqi sahəsindəki fəaliyyətini daha da genişləndirdi.[6]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Qay Pirs 1997-ci ilin martında psixoloq Keyt Mestits ilə ailə həyatı qurub, lakin onlar 18 il sonra – 2015-ci ilin oktyabrında evliliklərinə son qoyublar.[7] Hal-hazırda Pirs aktrisa Keris van Hauten ilə sevgilidir və 2016-cı ilin avqustunda onların Monte adında bir oğlu dünyaya gəlmişdir.[8][9]

Pirs, həmçinin heyvan hüquqlarını və Yer kürəsinin ekologiyasını qoruyan və müdafiə edən çoxlu sayda xeyriyyə təşkilatlarına dəstək olur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Deutsche Nationalbibliothek Record #135373638 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. IMDb (ing.). 1990.
  3. Gary Dretzka. "An Interview With Guy Pearce ([[Azərbaycan dili|azərb]]. Qay Pirslə müsahibə‎)". Movie City News. 1 iyun 2003. 15 November 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 February 2009.
  4. "Qay Pirs-Bioqrafiya" (azərb. ‎). tvseans.com. 17 May 2019 tarixində orijinalından arxivləşdirilib.
  5. "Guy Pearce Is Releasing His Debut Album In November ([[Azərbaycan dili|azərb]]. Qay Pirs noyabrda ilk albomunu çıxaracaq‎)" (ing. ). pedestrian.tv. 23 May 2019 tarixində orijinalından arxivləşdirilib.
  6. PAUL CASHMERE. "Joe Henry Has Produced The Second Guy Pearce Album ([[Azərbaycan dili|azərb]]. Co Henri Qay Pirsin 2-ci albomunu təqdim edib‎)" (ing. ). noise11.com. 12 iyun 2018. 23 May 2019 tarixində orijinalından arxivləşdirilib.
  7. JADE WATKINS. "Guy Pearce confirms he has split from his wife Kate after 18 years of marriage" (ing. ). dailymail.co.uk. 13 oktyabr 2015. 17 May 2019 tarixində orijinalından arxivləşdirilib.
  8. Natalie Stone. "Game of Thrones' Star Carice van Houten Is Pregnant ([[Azərbaycan dili|azərb]]. "Taxt oyunları"nın ulduzu Keris van Hauten hamilədir‎)" (ing. ). hollywoodreporter.com. 19 mart 2016. 23 may 2019 tarixində arxivləşdirilib.
  9. Pearce, Guy. "A cute little package arrived and told us his name's Monte Pearce". Guy Pearce verified Twitter account. 29 avqust 2016. 13 oktyabr 2016 tarixində arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]