Qay Mari — Vikipediya

Qay Mari
lat. C.Marius C.f.C.n. Cor.
e.ə. 119 – e.ə. 119
e.ə. 115 – e.ə. 115
Qədim Roma senatoru[d]
bilinmir – e.ə. 86
e.ə. 107 – e.ə. 107
Vəzifədədir
bilinmir
e.ə. 104 – e.ə. 104
e.ə. 103 – e.ə. 103
e.ə. 102 – e.ə. 102
e.ə. 101 – e.ə. 101
e.ə. 100 – e.ə. 100
e.ə. 86 – e.ə. 86
e.ə. 97 – e.ə. 86
Şəxsi məlumatlar
Doğum tarixi e.ə. 157[1][2] və ya güm. təq. e.ə. 158[3]
Doğum yeri
Vəfat tarixi 13 yanvar e.ə. 86
Vəfat yeri
Fəaliyyəti siyasətçi, hərbi lider[d]
Hərbi xidmət
Mənsubiyyəti Qədim Roma
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qay Mari (e.ə. təqr. 157, Sereate-e.ə. 86, Roma) — Roma siyasi xadimi və sərkərdəsi. Xalq tribunu (e.ə. 119), pretor (e.ə. 115), konsul (e.ə. 107, 104-100, 86) seçilmişdi. Siyasi hakimiyyətə nail olmaq üçün populyarlarla ittifaqa girmiş, e.ə. 100 ildə optimatların tərəfinə, e.ə. 89 ildən isə yenidən populyarların tərəfinə keçmiş, respublikada ali hakimiyyət uğrunda Sullaya qarşı inadlı mübarizə aparmışdı. Sulla Romanı tutduqdan (e.ə. 88) sonra Mari Afrikaya qaçmış, e.ə. 87 ildə İtaliyaya qayıdaraq Romanı ələ keçirmiş və rəqiblərini darmadağın etmişdi.

Qay Marinin islahatı[redaktə | mənbəni redaktə et]

Qrakxus qardaşlarının hərəkatının yatırılmasından sonra hakim qruplaşmanın mövqeləri möhkəmləndi. Roma siyasi həyatı azsaylı adlı-sanlı nəsillər tərəfindən idarə olunurdu; onlar müstəsna vəziyəti dövlətin bütün sahələrini əhatə edən, görünməmiş korrupsiya yaratdı. Yeni siyasi böhrana Yuqurta müharibəsi təkan verdi.

E.ə 118-ci ildə Numidiya çarı Masinissa ölür. Romalıların vasitəçiliyi ilə onun mirası, qardaşı oğlu Yuqurta da daxil olmaqla iki oğlu arasında bölüşdürülür. Ancaq bir neçə ildən sonra Yuqurta, Romanın arbitrajına məhəl qoymayaraq və hər iki rəqibini aradan götürərək Numidiyanı ələ keçirir. Yuqurta romalı səfirləri satın aldığına görə senat vaxtında tədbir görə bilmir və Yuqurta Tsirta şəhərini ələ keçirərək, romalılar da daxil onun əhalisini qətl edir. Hiddətlənən Roma atlılarının təzyiqi ilə Yuqurtaya müharibə elan olunur. E.ə 111-ci ildə romalılar uğurla hucuma keçirlər, lakin Yuqurta satın alma yolu ilə özünə sərf edən sülh müqaviləsinə nail olur. E.ə 109-cu ildə müharibə yenidən başlayır. Roma oliqarşisinin nümayəndələrindən biri olan Avl Postuminin başçılığı altında romalı ordu rüsvayçı məğlubiyətə uğrayır. Bu romalıların səbir kasasını daşdırır. Xalq, atlılar və hətta nobilitetin bir hissəsi hakim qruplaşmaya qarşı çıxış edir. Yuqurta ilə bağlı hadisələrin araşdırılması üçün xüsusi komisiya yaradılır. Bir sıra xüsusi ilə korupsiyalaşmış zadəganlar qovulur. Numidiyaya, bir azdan uğur qazanan, yeni sərkərdə göndərilir - Kvint Sesili Metell. Yuqurta yenilir, ama müharibə uzanır. Numidyalıların partizan mübarizəsi vəziyəti olduqca çətinləşdirirdi. Romada, tezliklə qələbə gözlənilən Metelldən, narazılıq başlayır. Qay Mari bu vəziyətdən istifadə edir. E.ə 107-ci ildə Mari konsul və Yuqurtaya qarşı vuruşan ordunun komandanı seçilir. Yaxın gələcəkdə həlledici rol oynayacaq qüvvə kimi ordu çıxış edir. İtaliyada azad kəndlilərin azalması ordunun səciyəsini dəyişdi. Şəhərlərdə yoxsulluqları ucundan senz siyahılarına daxil olmayan və buna görə də qoşunda iştirak etməyənlər vardı. E.ə 107-ci ildə konsul seçilən Qay Mari Afrikada Yuqurtaya qarşı müharibə aparmaq üçün, ilk dəfə senz siyahılarında olmayan könüllüləri yığmağa başladı. Bu ordunun səciyəsini dəyişdi. Könüllülərin orduya qəbul olunmasından sonra, ordu artıq azad kəndlilərdən yığılan ənənəvi polis qoşunu olmaqdan çıxırdı, və əsasən yoxsul proletarilərdən ibarət, peşəkar və öz sərkərdəsinə sadiq, respublika üçün isə təhlükəli bir qüvvəyə çevrilirdi. Mülkiyətdən məhrum olan yoxullardan ibarət qoşun indi sərkərdələri ətrafında birləşirdilər və öz lider-komandirlərindən nəinki dəyərli qənimətlər, eləcə də sonradan torpaqla təltif olunmaqlarını gözləyirdilər. Bir az sonra Mari başqa bir islahat da keçirir. O leqionu koqortalara bölür. Koqortalar üç manipuldan təşkil olunur. Lakin buna baxmayaraq Yuqurta ancaq e.ə 105-ci ildə öz qaynatası Mavritaniya çarı Bokxun mülklərinə sıxışdırılır. Uzun tərədüddən sonra Boxk Yuqurtanı romalılara təslim edir. Lakin Bokx Yuqurtanı Mariyə yox, Lusi Korneli Sullaya təhvil verir. Sulla ilə Mari arasında ziddiyətlər yaranır. Lakin heç nəyə baxmayaraq Marinin nüfuzu olduqca çox idi. E.ə 104-cü ildə o Romada triumf keçirir. Yuqurta öldürülür, Numidiyanın bir hissəsi Roma əyalətinə çevrilir. E.ə 113-cü ildə İtaliyanın şimalında qermanların kimvrtefton tayfaları peyda olur. Bir sıra məğlubiyətlərdən sonra Roma çox çətin vəziyətə düşür. E.ə 105-ci ildə Arauzion yaxınlığında romalı ordusu darmadağın edilir. İtaliya işğal təhlükəsi ilə qarşı-qarşıya qalır. Bu şəraitdə, Romanın faktiki diktatoruna çevrilmiş Marinin yeni yüksəlişi başlayır. Beş il dalbadal o konsul seçilir. E.ə 102-ci ildə Seksti Akvaları yaxınlığında Mari teftonları, sonrakı il isə Versella yaxınlığında kimvrları darmadağın edir. Əsirlər qul kimi satılır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • История культуры Древней Греции и Рима Казимеж Куманецкий Москва " Высшая школа" 1990 səh. 222-223
  • История Древнего Мира Упадок Древних Обществ Главная редакция восточной литературы Москва 1989 səh. 29

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Марий, Кай (rus.). // Военная энциклопедия СПб: Иван Дмитриевич Сытин, 1914. Т. 15. С. 193–194.
  3. C. Marius (14, Supb. 6) C. f. C. n. Cor. // Digital Prosopography of the Roman Republic (ing.).
  4. Deutsche Nationalbibliothek Record #118577956 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.