Qay Foks — Vikipediya

Qay Faukes
ing. Guy Fawkes
Digər adı Quido Faukes
Doğum tarixi təq. 13 aprel 1570
Doğum yeri
Vəfat tarixi 31 yanvar (10 fevral) 1606[1] (35 yaşında)
Vəfat yeri
Milliyyəti İngilis
Fəaliyyəti Əsgər, "Barıt sui-qəsdi" iştirakçısı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qay Foks və ya Quido Foks (təq. 13 aprel 1570, York, İngiltərə krallığı[2]31 yanvar (10 fevral) 1606[1], Vestminster[d], İngiltərə krallığı[3]) — O, Katolik bir əsgər idi. 5 noyabr 1605-ci ildə İngiltərədə "Barıt sui-qəsdi" adlı tarixi hadisədə əməliyyat icraçılarından biri olmuşdur.

"Barıt sui-qəsdi" hadisəsi[redaktə | mənbəni redaktə et]

Əməliyyatın icraçıları arasında İngiltərə tarixinin ən böyük "Vətən xaini" kimi yadda qalan Qay Foks olmuşdu. Sui-qəsd planının müəllifi olmadığı haqda fikirlər geniş yayılsa da, o, 5 noyabr gecəsi əlindəki barıt çəlləyi və fitillə iş başında yaxalanmışdı. Foks həbs edilərək, zindana atılmış, 31 yanvar 1606-cı ildə saray qarşısında asılaraq, edam edilmişdi. İngilislər həmin günü öz tarixlərində demokratiya zəncirindəki önəmli halqalardan biri kimi görür.

Hər ilin 5 noyabr gecəsi Birləşmiş Krallıq və onun əyaləti olan ölkələrdə "Barıt sui-qəsdi"nin uğursuzluğa düçar olması münasibətilə "Qay Foks Gecəsi" adı altında şənliklərlə qeyd edilir. Şənlik zamanı havaya fişənglər atılır, barıtla dolu qablar alışdırılaraq, küçəboyu yuvarlandırılır, vətən xaininin cəzalandırılmasını qutlamaq üçün Qay Foks maskası taxılmış kuklalar yandırılır.

Hal-hazırda bu, siyasi deyil, əyləncə xarakterli mərasim kimi qeyd olunmaqdadır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]