Qaspare Spontini — Vikipediya

Qaspare Spontini
it. Gaspare Spontini
Ümumi məlumatlar
Doğum tarixi 14 noyabr 1774(1774-11-14)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 24 yanvar 1851(1851-01-24)[1][2][…] (76 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, dirijor, musiqi direktoru[d]
Janr opera
Musiqi aləti skripka
Təhsili
Üzvlüyü
Mükafatları Pour le Mérite Knight of the Order of St. Gregory the Great "Fəxri legion" ordeni kavaleri Order of the Red Eagle 3rd Class İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaspare Spontini (it. Gaspare Luigi Pacifico Spontini; 14 noyabr 1774[1][2][…], Mayolati-Spontini[d], Ankona əyaləti[d][4][5]24 yanvar 1851[1][2][…], Mayolati-Spontini[d], Marke[5]) — İtaliyanın opera bəstəkarı və dirijoru.

Həyatı[redaktə | mənbəni redaktə et]

Ankonada doğulan Qaspare karyerasının böyük hissəsini ParisdəBerlində keçirmişdir, lakin ömrünün son illərində doğulduğu şəhərə geri dönmüşdür. 19-cu əsrin ilk iki onilliyi ərzində Spontini fransız operasının ən önəmli xadimlərindən biri idi.

Gənc yaşlarında Qaspare Neapolun dörd ən məşhur musiqi konservatoriyalarında biri olan Pietà de' Turchini konservatoriyasında təhsil almışdır. İtaliyanın müxtəlif şəhərlərinə səfər edən Qaspare ilk dəfə olaraq Roma şəhərində Li puntigli delle donne (Karnaval 1793) adlı uğurlu əsərini bəstələdi. 1803-cü ildə Parisə gəldi və burada 1804-cü ilin 11 fevralında komediya janrında olan La finta filosofa operasını bəstələdi.

Qasparenin ilk əsərlərinin böyük əksəriyyətinin komediya janrına yazılmasına baxmayaraq daha sonralar Fransada məşhur olan musiqili faciə janrına da müraciət etdi və özünün ən məşhur əsəri hesab olunan La vestale əsərini bəstələdi. Paris şəhərində keçirilən premyerasında Qaspare öz dövrünün ən yaxşı italyan bəstəkarı adlandırıldı. Müasirləri olan Lyuci Kerubini və Cakomo Meyerber adı çəkilən operanı şah əsəri adlandırdı, daha sonralar isə bəstəkarlar Hektor BerliozRixard Vaqner də bu əsəri yüksək qiymətləndirdi.

Operaları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • Fondazione Pergolesi Spontini of Jesi
  •  Herbermann, Charles, redaktor Gasparo Luigi Pacifico Spontini  // Catholic Encyclopedia. New York: Robert Appleton Company. 1913.