Qasımuşağı obası — Vikipediya

Qasımuşağı obasıZəngəzur mahalının Hacısamlı nahiyəsinin yaşayış məntəqələrindən biri.

Tarixi[redaktə | mənbəni redaktə et]

Qasımuşağı obasının ərazisi 1747-ci ildən sonra Qaraçorlu mahalının, 1840-cı ildən sonra Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının, 1930-cu ildən sonra Laçın rayonunun tərkibində olmuşdur. Laçın rayonunun tərkibində olduğu dövr ərzində Kürdhacı sovetliyi adlandırılan[1] obanın tərkibində Ərikli, Yuxarı Qarasaqqal, Aşağı Qarasaqqal, Hacısamlı, Xaçınyalı kəndlərinin ərazisini əhatə etmişdir. 18 oktyabr 1991-ci il tarixindən Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra isə Kürdhacı kənd inzibati ərazi dairəsi[2] adı ilə adlandırılmışdır.

Coğrafi mövqeyinə görə Şəlvəçay, Piçənisçay, Muncuqluçay çaylarının axdığı dərin dərələr vasitəsi ilə dağ silsiləsi yaratmış Qarabağ silsiləsinin cənub-qərb yamacında yerləşən oba ərazidə ən yüksək dağ zirvəsi olan Qırxqız yaylaqlarının (2825 m) ətəyində yerləşmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Məmməd Hüseynov, Tarixdə qalan izlər. Bakı-2007. Səh.51-70.
  2. "İnzibati ərazi bölgüsü". 2012-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]