Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı — Vikipediya

Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı1964-cü ilin fevralında indiki Ağstafa rayonunun Qarayazı meşələri sahəsində yaradılmış yasaqlıq. Ərazisi 11970 hektardır.[1]

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Yasaqlığın təbii landşaft sahələri əsasən tuqay, palıd, cavan qarışıq meşə və kolluqlardan, kollu və ot bitkisi olan açıqlıqlardan, otlaqlardan, əkindən, qamışlı cəngəlliklərdən, çınqıllıqlardan, su sahəsindən ibarətdir.

Yasaqlığın ərazisi insanın təsərrüfat fəaliyyətinin intensiv təsirinə məruz qalsa da, heyvan və quşlarla zəngindir. Burada maral, çöl donuzu, qunduz, canavar, dovşan, meşə pişiyi, tülkü, porsuq kimi məməlilər, qırqovul, qaratoyuq, alabaxta, su fərəsi, ördək, qaşqaldaq, göyərçin, hop-hop, ağacdələn, bildirçin quş növləri vardır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Yasaqlıqlar: Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı" (az.). azerbaijans.com. 2011. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-01.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]