Qaraqum kanalı — Vikipediya

Qaraqum kanalı
tu/Garagum kanaly
Axdığı yerlər Türkmənistan
Giriş Amudərya
Mənsəb Balkanabad
Uzunluğu 1445 km
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qaraqum kanalı

Qaraqum kanalı (türkm. Garagum kanaly) — SSRİ dönəmində inşa edilən və uzunluğu 1445 km olan kanal. Kanal Türkmənistanın cənub və cənub-qərb regionlarının su təminatına xidmət edir. Çağdaş Türmənistanda Qaraqum çayı olaraq adlandırılır[1].

Coğrafiya[redaktə | mənbəni redaktə et]

Kanal Amudəryanın Atamurat şəhərinin yuxarı hissəsindən başlayaraq Qaraqum səhrasının qumlu cənub-şərq hissəsinədək axaraq qədim Mərv vahəsinə keçir. Buradan Murqab çayıTecen çayı yaxınlığından axaraq Kopetdağ öndağlığına istiqamətlənir. Kanalın eni 200 metr, maksimal dərinliyi isə 7,5 m[2] təşkil edir. Kanalın əvvəlində su sərfiyyatı 600 m³/s-dir. Kanal öz güçünə yatağı boyunca axır. Hətta 450 km məsafəfə gəmiçilik üçün yararlıdır[3]. İllik su toplama güçü 12-13 km³-dir. Bu isə Türkmənistandan axan çayların illik su axınını 3-4 dəfə üstələyir.

Tikilmə tarixi[redaktə | mənbəni redaktə et]

1950-ci ildən Türkmənistan ərazisində Baş Türkmənistan kanalının tikintisi həyata keçirilirdi. İosif Stalinin ölümündən sonra tikinti işləri dayandırılır və Qaraqum kanalının tikintisinə yönəldilir. Kanalın tikintisinə 1954-ci ildən başlanılır. İlk əvvəl Amudərya Murqab istiqamətində 400 kilometrlik kanal 1959-cu ildə istifadəyə verilir. Su sərfiyyatı 130 m³/s təşkil edirdi. Bu bölmənin inşası ilə 100 min ha ərazinin kənd təsərrüfatına yönləndirilməsinə imkan vermişdir[2].

Kanalın ikinci etapı 138 km olaraq 1960-cı ildə istifadəyə verilir. Bu hissədə Xauzxan su anbarı tikilir. Anbarın su tutumu 875 mln m³ təşkil edir. Su sərfiyyatı isə 200 m³/s olur. Bu isə Tecen vahəsində 70 min torpaq sahəsində əkin əkməyə imkan yaratmışdır. Üstəlik 30 min torpağın daha yaxşı su təminatına imkan vermişdir[2].

Kanalın üçüncü etapı (Tecen-Aşqabad) 260 km məsafədə uzanırdı. Onun tikintisi 1962-ci ildə bitmişdir. 1967-ci ildə isə kanal Göy-təpəyə qədər uzadıllır. Su sərfiyyatı 320 m³/s olur. Üçüncü hissənin tikintisi əkin sahələrini 100 min ha[2] artırmağa imkan vermişdir.

1971-ci ildən dördüncü hissənin tikintisinə başlanılır. 1973-cü ildə Aşkabadda iki, Kopetdağda isə bir bənd inşa edilir. Sonra kanal Bərəkət şəhərinə qədər uzanır. Kanalın bir qolu isə Türkmənistanın cənub-qərbindəki subtropik ərazilərə Ətrək çayına qədər uzadılır. Kanalın uzunluğu 270 km təşkil edir. Digər qol isə Nebit-Dağa istiqamətləndirilir. Suyun borularla o zamanki Krasnovodska çatdırılması planlaşdırılırdı. Ancaq bu işlərin nə yerdə olması hazırda məlum deyildir.

Kanalın tikintisi rəsmən 1988-ci ildə bitmişdir.

XXI əsrdə kananın əsas hissəsi üzərində iri Zeid su anbarı inşa edilmişdir. Amudəryanın suyu olduqca lillidir. Burada lilliliyi 3,3 kü/m³[4] bərabərdir. Zeid su anbarında su durularaq digər yerlərə istiqamətləndirilir.

Əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Kanal öz növbəsində 100 minlərlə torpaq sahəsinin kənd təsərrüfatına yönləndirilməsinə imkan vermişdir.

Ekologiya[redaktə | mənbəni redaktə et]

Kanalın tikintisi coğrafi anlamda əraziyə böyük təsir göstərmişdir: bitki örtüyü, heyvanlar aləmi, mikro iqlim, relyef. Kanal Amudəryanın 45% suyunu özündə daşıyır. Bu isə Aral dənizinin qurumasına təsir göstərən faktorlardan biridir. Suyun bir hissəsi qumlar arasında yoxa çıxır.[5]. Digər çətinlik kanalın qısa zaman ərzində dolmasıdır[6]. Yatağın lillə dolması ətraf ərazilərin bu basmasına səbəb olur. Üstəlik su anbarlarının isə istifadəsini çətinləşdirərək əhəmiyyətini azaldır. Qaraqum kanalı quyu sularının çirklənməsinə və suyunun isə şorlaşmasına səbəb olmasıdır[6].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Aşqabada Karaqum çayı üzərində körpü inşa edilmişdir Arxivləşdirilib 2019-09-10 at the Wayback Machine // turkmenistan.ru, 20.10.2012
  2. 2,0 2,1 2,2 2,3 "Böyük Eksiklopedik lüğət". 2020-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-04.
  3. "Karakum-Canal Britanika Eksiklopediyası". 2005-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-04.
  4. "7KONTINENT — Orta Asiyanın daxili suları". 2011-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-04.
  5. "Информационный портал Ресурс". 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-04.
  6. 6,0 6,1 "Mərkəzi Asiya". 2013-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-04.

Mənbə[redaktə | mənbəni redaktə et]