Qaradeyin (Qəbələ) — Vikipediya

Qaradeyin
40°49′ şm. e. 47°40′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qaradeyin xəritədə
Qaradeyin
Qaradeyin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

QaradeyinAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Qaradeyin kəndi Kürd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaradeyin kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]

Toponimikası[redaktə | mənbəni redaktə et]

Oykonimin Qarategin (qara şahzadə) sözündən olduğu ehtimal edilir. Qaradeyin keçmişdə Azərbaycanda yaşamış kiçik bir elin adıdır.[2] Kənd əhalisinin dediyinə görə bu ad qara dərili, qarabuğdayı insanlar kimi təsvir olunur.

Tarixi[redaktə | mənbəni redaktə et]

Kəndin yaranma tarixi 1840-1850-ci illərə təsadüf edir. Belə ki, "1856 ilin Qafqaz təqvimi" (Кавказский календарь на 1856 год)] adlı kitabın 326-333-cü səhifələri Qəbələ ərazisi haqqındadır. Həmin bölmədə Qəbələ mahalında Qaradeyin adlı kəndin olması haqda məlumata rast gəlinir.

Kəndlə magistral yolun arası 500 metrdir və təxminən 20 ev Qaradeyin dərəsinin yanında olduğundan bu yolu 2 km-ə qət edirlər. Vaxtilə qaradeyinlilər bu dərədə məskunlaşıblar. Sonra isə əhali daha rahat düzdə, üzü yuxarı münasib torpaqlarda evlər tikiblər.[3]

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd Ərəş düzündə, Qəbələ-Ağdaş yolunun yaxınlığında, dəniz səviyyəsindən 400 m yüksəklikdə yerləşir.

Heyvanlar aləmi — canavar, vaşaq, çaqqal, dələ, tülkü, çöl donuzu, dovşan, adi və oxlu kirpi, ilan, kərtənkələ, qırqovul, kəklik, turac, bağ toyuğu, çöl göyərçini, qarğa, köçəri quşlardan vağ, hacıleylək, qaz, ördək və s. vardır.

Qaradeyin kəndində fındıq və qoz ağacları çoxluq təşkil edir.

Kənddə bir neçə təbii bulaq var: Susdalıx, Qiblə, Xatirə və.b su bulaqları.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Rəsmi məlumatlara görə əhalisi 415 nəfərdən çoxdur.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Əhalinin əksəriyyəti əkinçilikheyvandarlıqla məşğuldur.[3]

2007-ci ildən kəndə qaz xətti çəkilib və əhali mavi yanacaqla təmin olunub. Telefon xətti də istismara verilib, ailələr elektron rabitədən istifadə edirlər. Kənddə 2 ticarət müəssisəsi fəaliyyət göstərir.

Qaradeyin kəndi ərazisində 2010-cu-ci ildə "Aspi-Aqro" MMC-nin "Aspi Winery" üzüm emalı zavodunu qurulub və özünün əsas fəaliyyət istiqaməti kimi üzümün becərilməsi və yüksək keyfiyyətli şərab istehsalını seçib. İtaliyanın ən məşhur şirkətləindən biri olan "Della Toffola" şirkətinin avadanlıqları ilə təchiz olunmuş bu zavodda "Savalan" brendi ilə hazırda 7 növ şərab istehsal olnur. "Aspi-Aqro" MMC üzümçülük tingləri istehsalı və satışı üzrə dünyanın ən qabaqcıl şirkətləri olan İtaliyanın "VİVA Cooperative Rausedo" VCR və Fransanın "Gontard Freres" şirkətləri ilə sıx əlaqə yaradaraq, Qəbələ rayonunda nadir iqlim şəraitinə malik, vaxtilə şərab sənayesinin çiçəkləndiyi yerdə – Böyük Qafqaz dağlarının ətəklərində, Savalan vadisində geniş üzüm sahələri salmışdır.

Təhsil[redaktə | mənbəni redaktə et]

Kənddə 11 illi məktəb fəaliyyət göstərir. Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə  Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında cəmi 956 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 milyon 56 min manatı Təhsil Nazirliyinə ayrılmışdı. Qeyd olunan sərəncamda Qəbələ rayonu üzrə Qaradeyn kəndində 80 şagird yerlik tam orta, Şəfli kəndində 20 şagird yerlik ibtidai, Laza kəndində 80 şagird yerlik ümumi orta və Zərgərli kəndində 56 şagird yerlik ibtidai məktəblərin quraşdırılması öz əksini tapmışdır.

Səhiyyə[redaktə | mənbəni redaktə et]

Kənddə feldşer-mama məntəqəsi fəaliyyət göstərir.

Şəkillər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı". 2022-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
  2. Qaradeyin (Qəbələ) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. 1 2 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]