Qaradərə (Zəngilan) — Vikipediya

Qaradərə
39°01′44″ şm. e. 46°39′25″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Zəngilan rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 0 nəf.
Xəritəni göstər/gizlə
Qaradərə xəritədə
Qaradərə
Qaradərə

QaradərəAzərbaycan Respublikasının Zəngilan rayonunun Ördəkli kənd inzibati ərazi dairəsində kənd.[1]

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahli Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.

Tarixi[redaktə | mənbəni redaktə et]

Qaradərə kəndi dağətəyi ərazidədir. Vaxtilə baharlı tayfasına məxsus ailələrin qışlaq yeri olmuşdur. Yaşayış məntəqəsi salındığı dərənin adı ilə adlandırılmışdır. Oronim isə “böyük dərə” mənasındadır.[2]

Kəndin adı "Dədə Qorqud" dastanında çəkilir. Əhalisi türklərdir, baharlı boyundandırlar. Çarizmə və Sovet hökumətinə qarşı öz qaçaq dəstəsilə vuruşan qaçaq Fərzalı bu kənddən çıxmışdır. Qarabağ uğrunda döyüşlərdə kəndin igidləri Filman və Azər qəhrəmancasına həlak olublar.

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

Kənddə orta məktəb, kitabxana, bağça və mağaza var idi.

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kəndin qarşısından məşhur çinar meşəsindən başlayan Bəsit çayı axır. Baharlı, Qaragöz, Ördəkli və Çöpədərə kəndlərinin əhatəsindədir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

300 nəfər və 45 ailədən ibarətdir.

Tanınmışları[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Qaradərə (Zəngilan) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.