Qarabaqqal — Vikipediya

Qarabaqqal
40°37′44″ şm. e. 47°46′40″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 97 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qarabaqqal xəritədə
Qarabaqqal
Qarabaqqal

QarabaqqalAzərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi[redaktə | mənbəni redaktə et]

Toponimikası[redaktə | mənbəni redaktə et]

Qarabaqqal Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. Göyçayın sahilində Şirvan düzündədir. Oykonim orada yaşamış qarabaqqal nəslinin adını əks etdirir. Yerli məlumata görə, kəndin əhalisi Qarabağ xanlığından köçüb gəlmişdir. Başçıları guya baqqallıqla məşğul olmuş Qara adlı şəxs olduğu üçün nəsil belə adlanmışdır.[1]

Əhalisi[redaktə | mənbəni redaktə et]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2623 nəfər əhali yaşayır.[2]

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd Şirvan düzünün şimal-cənub hissəsində yerləşir. Kəndin yaxınlığından Yuxarı Şirvan kanalı keçir. Yayı isti olur, orta temperatur iyul-avqust aylarında 40-43 dərəcəyə yüksəlir. Qışı mülayim keçir. Kəndin əkinə yararlı torpaqları qismən şoranlaşmaya məruz qalmışdır. Kəndin yaxınlığında faydalı qazıntılardan gil mövcuddur. Bakı-Şamaxı-Yevlax avtomobil yolu kəndin ərazisindən keçir.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Qarabaqqal kəndinin ərazisində zəngin gil yataqları vardır ki, bundan da yüksək keyfiyyətli kərpic istehsal olunur. Kənd əhalisinin əsas məşğuliyyəti bağçılıq (nar), taxılçılıq, tərəvəzçilikdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629