Qara Musa Paşa — Vikipediya

Qara Musa Paşa
كارا موسى باشا
16 sentyabr 1647 – 21 sentyabr 1647
ƏvvəlkiBosniyalı Saleh Paşa
SonrakıHəzərparə Əhməd Paşa
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat tarixi 1649
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Şəkərparə Xatun
Rütbəsi Admiral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qara Musa Paşa (Yunanıstan1649, Konstantinopol) — I İbrahim dönəmində 5 günlük Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Əslən yunan olub, dəvşirilərək Əndəruna gətirilmişdir.[1] IV Muradın müsahibi və silahdarı olmuşdur. Sultan İbrahim dönəmində müsahibə Şəkərparə Xatunla evləndirilmiş, daha sonra qapıçıbaşı vəzifəsinə gətirilmişdir. 1640-cı ildə liman emini, daha sonra ard-arda sipahi ağası, şəhər emini, qapıçıbaşı, bölük ağası, 1645-ci ildə isə yeniçəri ağası oldu. 1645-ci ilin dekabr ayında vəzir rütbəsilə başdəftərdar olaraq divana daxil oldu.[2]

Kaptan-ı dərya Qoca Musa Paşanın Venesiya ilə apardığı döyüşdə məğlub olaraq şəhid düşməsinin ardından 1647-ci ilin yanvar ayında kaptan-ı dərya olaraq təyin edildi. Ancaq Aralıq dənizindəki yürüşlərinin uğursuzluğu və İraklion qalasının uğursuz mühasirəsindən sonra bu vəzifəsindən azad edildi. Həyat yoldaşı Şəkərparə Xatunun Sultan İbrahimin üzərindəki nüfuzu ilə canını güclə qurtaran Qara Musa Paşa 16 sentyabr 1647 tarixində vəfat edən sədrəzəm Bosniyalı Saleh Paşanın yerinə sədarətə gətirildi.

Bu xəbər paytaxta gələn donanmaya dərhal bildirildi. Sədarət möhrü isə qapıçı kəndxudası tərəfindən donanmaya dənizyolu ilə çatdırıldı. Qara Musa Paşanın paytaxtda olmadığı günlərdə isə bu vəzifəni vəkalətən Həzərparə Əhməd Paşa yeritməkdə idi. Həzərparə Əhməd Paşanın Sultan İbrahim üzərindəki təsiriylə Qara Musa Paşa təyinatından 5 gün sonra — 21 sentyabr 1647 tarixində vəzifəsindən qiyabi olaraq azad edildi.[1] Paytaxta gələn Qara Musa Paşaya sədarət möhrü gözləyərkən, ikinci vəzir olduğu bildirildi. 1647-ci ilin dekabr ayında Bağdad hakimi olaraq təyin olundu. 1649-cu ilin yanvar ayında vəzifəsindən azad edilərək İstanbula geri qayıtdı. Hələ yenicə taxta oturan 4 yaşlı Sultan IV Mehmedin səltənət naibəsi olan Validə Kösəm Sultan, onun dövlət strukturundakı həmfikirləri və sədrəzəm qərarı ilə 1649-cu ildə edam edildi.[2]

Həmçinin baxın[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Uluçam, Müjdat, "Musa Paşa (Kara)" (1999) Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, C.2 s.261, İstanbul:Yapı Kredi Kültür Yayıncılık A. Ş. ISBN 975-08-0071-01
  2. 2,0 2,1 Mehmed Süreyya (haz. Nuri Akbayar) (1996), Sicill-i Osmani, İstanbul:Tarih Vakfı Yurt Yayınları ISBN 975–333-0383 C. İV s.522