Qara Əhməd Paşa — Vikipediya

Qara Əhməd Paşa
كارا أحمد باشا
5 oktyabr 1553 – 29 sentyabr 1555
ƏvvəlkiRüstəm Paşa
SonrakıRüstəm Paşa
Şəxsi məlumatlar
Doğum tarixi XV əsr
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti hərbi lider[d], siyasətçi
Həyat yoldaşı Fatma Sultan
Dini islam

Qara Əhməd Paşa (ö. 29 sentyabr 1555İstanbul) —  I Süleyman dönəmində 5 oktyabr 1553 - 29 sentyabr 1555 tarixlərində ümumilikdə 1 il 11 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Həyatının ilk illəri haqqında məlumat yoxdur.[2] Alban əsilli olmuş, Əndəruna alınaraq hərəmxanada tərbiyə edilmişdir. Ardından qapıçıbaşı və miraləmliyə gətirilmiş, 1534-cü ilin noyabrında yeniçəri ağalığına yüksəlmişdir.[3] Bu vəzifədə ikən Korfu və Boğdan səfərlərinə qatılmış, 1541-ci ildə Rumeli bəylərbəyiliyinə gətirilmişdir. EsterqonŞərqi Belqrad torpaqlarının ələ keçirilməsində önəmli rol oynamış, bu səbəbdən 1544-cü ildə üçüncü vəzirliyə gətirilmişdir. 1548-ci ildə İkinci İran səfərinə qatılan Əhməd Paşa yeniçərisipahilərlə Ərzincan qalasına daxil olmuş, ardından 25 avqust 1549 tarixində Ərzuruma gedərək buradan Gürcüstan üzərinə hücum etmişdir. Bir çox strateji qalanı ələ keçirən Əhməd Paşa 24 oktyabr 1549 tarixində padşahın qışladığı Diyarbəkirə gəldi.[4][5]

22 aprel 1552 tarixində ikinci vəzir olaraq Macarıstan sərdarı təyin olundu. Çox keçmədən 26 iyul tarixində Temeşvar qalasını, 4 sentyabr tarixində isə Solnok qalasını ələ keçirmişdir. 19 oktyabr tarixində isə səfəri sonlandırıb geri döndü.[6][7]

1553 tarixindəki Naxçıvan səfəri Əhməd Paşanın həyatında dönüm nöqtəsi olmuşdur. Sultan Süleymanın 5 oktyabr 1553 tarixində oğlu Şahzadə Mustafanı edam etdirməsi və eyni anda Sədrəzəm Rüstəm Paşanı vəzifədən alması ilə Əhməd Paşa sədarətə gətirildi. Naxçıvana qədər irəliləyən Sultan Süleyman, dönüş əsnasında Şah Təhmasibin Artvin zonasına hücum etməsini öyrəndi və 6 sentyabr 1554 tarixində 3-4 min yeniçərini Əhməd Paşa rəhbərliyi ilə buraya göndərdi.[8] 9 sentyabr 1554 tarixində Artvin qalasına çatan Əhməd Paşa şahın geri çəkildiyini gördü və geri dönərək 20 sentyabr tarixində padşahın yanına - Amasiyaya çatdılar. Burada ikən Səfəvilərlə sülh müzakirələri yürütdü. Ardından sülh müqaviləsinin təsdiqi üçün padşahla birlikdə İstanbula doğru hərəkət etdi.[9]

İstanbula döndükdən qısa müddət sonra 29 sentyabr 1555 tarixində toplanan divan məclisi əsnasında anidən edam edildi. Eyni tarixli bir saray qeydinə görə, o gün Rüstəm Paşa ikinci dəfə sədrəzəmliyə gətirilmişdir. Ölüm səbəbi tam olaraq bilinmir. Ancaq o dönəmin tarixçilərindən Cəlalzadə Mustafa Çələbi əvvəlki qələbələrini və qəhrəmanlıqlarını təriflədiyi Əhməd Paşanın sədarət yükünü daşıya bilmədiyini, qanunları gec icra etdiyini, Naxçıvan səfəri əsnasında lazımi tədbirləri görməyib İsfahana qədər olan torpaqları ələ keçirə bilməməsi səbəbilə gözdən düşməsini qeyd edir.[10][11]

Saraydakı gizli rəqabətin qurbanı olan Əhməd Paşa 1545-ci ildə Sultan Süleymanın bacısı Fatma Sultanla nigahlanmışdı. Bu evlilikdən övladı olmayan Əhməd Paşanın Topqapı yaxınlığındakı külliyəsi ölümünün ardından tamamlanmışdır. Paşanın türbəsi məscidin sağ tərəfində, xanımı Fatma Sultanın məzarı isə türbənin yan tərəfində yerləşir.[12][13]

Həmçinin baxın[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. http://www.islamansiklopedisi.info/dia/ayrmetin.php?idno=240357
  2. Mühimme Dəftəri, TSMK, Koğuşlar, nr. 888, vr. 316b, 346b-347a, 357a, 414a-b, 445a-b
  3. Matrakçı Nasuh, Sefer-i Irâkeyn, s. 238
  4. Matrakçı Nasuh, Səfər-i İraqeyn, s. 238
  5. Hocazâde Mehmed Efendi, İbtihacü’t-tevârîh (haz. Ahmet Akgün, doktora tezi, 1995), İÜ Sosyal Bilimler Enstitüsü, s. 223, 241, 247-248, 262, 270
  6. Lutfî Paşa, Târih (nşr. Âlî Bey), İstanbul 1341, s. 414, 449, 453
  7. Celâlzâde, Tabakātü’l-memâlik, vr. 354b, 366a, 407a, 410a, 419a, 421b, 436b, 471b, 500a-501b
  8. Kâtib Çelebi, Takvîmü’t-tevârîh, İstanbul 1146, s. 121, 176, 236
  9. H. Dernschwam, İstanbul ve Anadolu’ya Seyahat Günlüğü (trc. Yaşar Önen), Ankara 1987, s. 51-52, 280, 284, 289, 292
  10. Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, I, 134, 141-143, 259
  11. Âlî Mustafa, Künhü’l-ahbâr, İSAM Ktp., nr. 11128, vr. 246a
  12. Feridun Bey, Münşeât, I, 619-620; O. G. Busbecq, Türk Mektupları (trc. H. Cahit Yalçın), İstanbul 1939, s. 113-114
  13. Selmân, Câmi‘u’l-cevâhir (haz. Nazım Yılmaz, yüksek lisans tezi, 1995), MÜ Türkiyat Enstitüsü, s. 66-67, 74-77