Qarğalartəpəsi yaşayış yeri — Vikipediya

Qarğalartəpəsi yaşayış yeri — Azərbaycanın Qazax rayonunda qədim yaşayış yeri.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Qazax rayonunda, Ağstafa dəmir yolu satansiyasından 4 km Şərqdə Qırılı kəndi ərazisində Eneolit dövrünə aid yaşayış yeri. Təpənin hündürlüyü 10 metrdir. Arxeoloji qazıntılar zamanı çiy kərpicdən hörülmüş dairəvi planlı yaşayış və təsərrüfat binalarının qalıqları aşkar edilib. Evlərin döşəmələri gillə suvanıb, bəzən qırmızı boya çəkilmişdir. Bir bina kirəclə ağardılmışdır. Sümük və maral buynuzundan toxalar, çaxmaqdaşı və dəvəgözündən (obsidian) oraq dişləri, iri və xırda heyvan sümükləri, daş qaşovlar, bıçaqlar, sümük bizlər, bəzək əşyaları və bəsit saxsı məmulatı tapılıb. Gildən düzəldilmiş qadın fiquru Azərbaycan ərazisində ən qədim hykəltəraşlıq nümunəsidir. Abidə e.ə. V minilliyə aid edilir. Qafqazda ən qədim metal əşya-mis muncuq Qarğalar təpəsindən tapılıb. Qarğalartəpəsi Şomutəpə mədəniyyətinin xarakterik abidəsidir.[1]

Şəkillər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Азәрбајҹан Совет Енсиклопедијасы. III ҹилд: Гаjыбов – Елдаров. Баш редактop: Ҹ. Б. Гулиjeв. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjасы, 1979, сəhифə 71.