Qala aviabazası — Vikipediya

Qala aviabazası
Xəritə

40°24′23″ şm. e. 50°12′00″ ş. u.


IATA: yoxdurICAO: yoxdur
Məlumat
Hava limanı tipi Hərbi
Ölkə Azərbaycan Azərbaycan
Qala (Azərbaycan)
Qala
Azərbaycan xəritəsində aviabazanın yerləşməsi

Qala aviabazasıAzərbaycan Respublikasının Xəzər rayonunda, Bakıdan şərqdə yerləşən, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi aerodrom. Aviabazada əsasən hərbi helikopterlər üçün nəzərdə tutulmuşdur.

Tarixi[redaktə | mənbəni redaktə et]

Aerodrom inzibati cəhətdən Xəzər rayonunun Qala qəsəbəsindən 5 km cənub-şərqdə yerləşir. SSRİ dönəmində hərbi məqsədlər üçün istifadə edilirdi. Burada 482-ci qırıcı aviasiya polku yerləşirdi. Sonrakı dönəmlərdə HHMQ xidmət etmişdir.

1949-cu ilin iyul ayından 1952-ci ilin iyul ayına kimi burada 518-ci qırıcı aviasiya polku yerləşdirilmişdir. Uçuşlar YK-9UMiQ-15 təyyarələri ilə həyata keçirilmişdir. 1980 - 1992 illərdə burada 300-cü qarışıq aviyasiya eskadrilyası fəaliyyət göstərirdi.

Hazırda isə Azərbaycan Hərbi Hava Qüvvələrinin bazasındadır.

Xüsusiyyəti[redaktə | mənbəni redaktə et]

Aerodrom 40 fut (12 m) dəniz səviyyəsindən yuxarıda yerləşir. Burada uçuş-eniş zolağının uzunluğu 2643 m, eni isə 40 metrdir.

Mənbə[redaktə | mənbəni redaktə et]