Qadın döşü — Vikipediya

Qadın döşü
Normal bir qadının döşü
Uşaq əmizdirən qadın
Uşaq əmizdirən qadın

Qadın döşü (lat. Mamma) – qadında olan vacib artım bölgəsidir. Qadınların döşlərinə bir çox tarixi mənbələrdə və rəssamların əsərlərində rast gəlinir. Qadındakı döşlər kişilərə nisbətən daha erogen zonalardır. Onun görünüşü kişi və qadında seksuallığın artımına səbəb olur. Bəzi ölkələrdə qadın döşlərinin çılpaq olması adi hal kimi qəbul edildiyi halda, bəzi ölkələrdə isə bunu mədəniyyətsizlik kimi qiymətləndirirlər. Kanadanın "Tоpfree Equal Rights Assоciatiоn" adlı təşkilatı qadınların kəmərə kimi çılpaq olmasının kişilərdən fərqlənmədiyini bildirərək, bunu normal hal kimi qəbul edir və bunun uğrunda mübarizə aparır. Qadın döşlərinin artımı "Tanner miqyasında" 5 dövrə bölünür.

Süd vəzilərinin inkişafı Tanner şkalası üzrə

Süd istehsalı[redaktə | mənbəni redaktə et]

Döşlər doğum edən qadınlarda süd istehsal edirlər, bu funksiya kişi sinələrində yoxdur. Hormonal təsiri olan bəzi dərmanlar həm kişilərdə, həm də hamilə olmayan qadınlarda bəzən süd istehsalına səbəb olur.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]