Qəzənfər Xalıqov — Vikipediya
Qəzənfər Xalıqov | |
---|---|
![]() | |
Doğum tarixi | 16 dekabr 1898 |
Doğum yeri | |
Vəfat tarixi | 1 mart 1981 (82 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, karikaturçu |
Təhsili | |
Janrlar | portret, qrafika |
Tanınmış işləri | |
Mükafatları | ![]() ![]() ![]() ![]() |
![]() |
Qəzənfər Ələkbər oğlu Xalıqov (16 dekabr 1898, Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 1 mart 1981, Bakı) — Azərbaycan rəssamlıq sənətinin ilk peşəkar nümayəndələrindən biri, Azərbaycan SSR xalq rəssamı (1973).[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]Qəzənfər Xalıqov 16 dekabr 1898-ci ildə Bakı yaxınlığındakı Qobu qəsəbəsində anadan olmuşdur. 1928-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumundan məzun olmuşdur.
1929–1930-cu illərdə "Molla Nəsrəddin", 1953–1958-ci illərdə "Kirpi" jurnallarında, "Gənc işçi" qəzetində karikaturaçı rəssam kimi fəaliyyət göstərmişdir.[1] 1934-cü ildə Firdovsinin 1000 illik yubileyi sərgisi üçün "Firdovsinin dəfni" əsərini yaratmışdır[2]. 1940-cı ildə Nizami Gəncəvinin 800 illik yubileyi ilə bağlı "Nizaminin portreti" əsərini ərsəyə gətirərək şairin portretini yaratmış ilk rəssam olur. "Leyli və Məcnun", "Əsli və Kərəm" kimi tamaşaların səhnə və geyim tərtibatını vermişdir. O, bir sıra plakat, teatr eskizləri, qrafik silsilələrin ("Neft") müəllifidir.
Q. Xalıqov 1 mart 1981-ci ildə Bakıda vəfat etmişdir. Abşeron rayonunun Qobu qəsəbəsində Qəzənfər Xalıqovun şərəfinə orta məktəb və küçə adlandırılmışdır.[3] "Xosrov və Şirin" (1940), "İsgəndərnamə" (1953) akvarel işləri Azərbaycan Milli İncəsənət Muzeyində, "Nizaminin portreti" Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, 17 əsəri isə Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılır.
Mükafatları
[redaktə | vikimətni redaktə et]- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 12 oktyabr 1973
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 aprel 1940
- "Qırmızı əmək bayrağı" ordeni
- "Şərəf nişanı" ordeni — 9 iyun 1959[4]
Rəsmləri
[redaktə | vikimətni redaktə et]- Firdovsinin dəfni (1934)
- Qadınlar şurası (1930)
- Nizaminin portreti (1940)
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- Abbasın bədbəxtliyi (film, 1935) (cizgi filmi)
- Sehrli xalat (film, 1964)
- İstintaq davam edir (film, 1966)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 42.
- ↑ Mədəniyyət TV. "Xalq rəssamı Qəzənfər Xalıqov" (az.). Youtube.com. 17.12.2020. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
- ↑ "Qəzənfər Xalıqov". absheron-hac.az. 20 may 2017. 23 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2020.
- ↑ "Ведомости Верховного Совета Союза Советских Социалистицеских Республик". № 23 (955). Москва. 11 июня 1959: 360.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Azərbaycan Rəssamları haqqında qısa məlumat kitabçası. Bakı: Azərbaycan Dövlət Rəsm Qalereyası. 2017.