Qətərdə idman — Vikipediya

Al Rayyan Futbol Klubu ölkədə ən böyük azarkeş dəstəyinə malik klubdur

Qətərdə idman sektoru iştirakçı və tamaşaçı baxımından futbola istiqamətlənib. Bundan başqa yüngül atletika, basketbol, həndbol, voleybol, dəvə yarışı, cıdır yarışı, kriketüzgüçülük idman növləridə geniş yayılmışdır[1]. Ölkədə keçirilən ən böyük idman tədbiri, paytaxt Dohada 2006-cı ildə keçirilən Asiya Oyunlarıdır. FİFA 2 dekabr 2010-cu ildə 2022 FİFA Dünya Çempionatını Qətərdə keçirəcəyi qərarını açıqladı[2].

Futbol[redaktə | mənbəni redaktə et]

Qətər milli futbol komandası

Qətərdə futbol yerli və xarici futbolçuların iştirak etdiyi ən populyar idman növüdür. Ölkənin peşəkar futbol liqası iki mərhələlidir. Qətər Ulduzlar Liqası kimi tanınan ən yüksək mərhələ son bir neçə il ərzində xeyli genişləndi. 2009-cu ildə Qətər Ulduzlur Liqası iştirakçılarının sayı 10-dan 12-ə yüksəldi[3]. 2013-cü ilin may ayında isə iki klub daha əlavə edildi və birinci divizyada iştirak edən klubların ümumi sayı 14-ə çatdı[4].

Al Sadd Futbol Klubu ölkənin ən populyar futbol klubudur. Bu klub qitənin klub turnirlərində bir neçə dəfə qalib olb.2012-2014-cü illərdə keçmiş Real Madrid Futbol Klubununİspaniya milli futbol komandasının hücumçusu Raul Qonsales bu klubda oynayıb[5]. 2015-ci ilin iyul ayında klub Barselona Futbol Klubunun oyunçusu Xavi ilə müqavilə imzalayıb.

Pep Qvardiola, Qabriel Batista, Fernando Hiero, Ronald de Boer kimi məşhur futbolçular Qətər klublarında oynayıblar[6].

Futbol müsabiqələrində Qətər milli futbol komandasının ən böyük uğurları 1992, 2004 və 2015-ci illərdə Körfəz Kubokunun qalibi olub. 1981-ci il FİFA Dünya Gənclər Çempionatında finala yüksələn Qətər gəncləri Qərbi Almaniyaya 4-0 uduzaraq çempionatın gümüş medaına sahib çıxıblar.

Qətər 1988-ci ildə və 2011-ci ildə Asiya kubokuna ev sahibliyi edib. Bundan başqa 3 dəfə Körfəz Kubokuna ev sahibliyi edib və iki dəfə kuboku əldə edib.

Futzal[redaktə | mənbəni redaktə et]

Futzad, 2007-ci ildə Qətər Futzal Liqası yaranandan rəsmi icazəli idman növü kimi formalaşıb[7]. Hazırda futzal üzrə iki əsas turnir var ki, bunlar QFA Futzal Kuboku və Açıq Kubokudur[8]. Bu turnirlərin 2010-cu ildə təntənəli açılış mərasimi keçirilib. Ölkədə futzal üzrə turnirlər Qətər Futzal Assosiasiyasının nəzarəti altındadır. 2009-cu ildə Qətər Qadınlar Futzal Liqası Qadınların İdman Komitəsinin təşkilatçılığı ilə keçirilməyə başlayıb[9].

Basketbol[redaktə | mənbəni redaktə et]

Qətərin qadın basketbol oyunçuları

Basketbol Qətərdə getdikcə populyarlaşmağa davam edir. Basketbol üzrə turnirlər Qətər Basketbol Federasiyası tərəfindən həyata keçirilir[10]. Qətər Basketbol Federasiyası 1964-cü ild təsis edilib. 1979-cu ildə FİBA Asiya və Fars Körfəzi Əməkdaşlıq Şurasının Təşkilati Komitəsinə üzv qəbul olunub[11].

Qətərdə ilk basketbol üzrə çempionat 1995-ci ildə keçirilib. Bu çempionat Fars Körfəzi Əməkdaşlıq Şurası Gənclər Çempionatı adlanırdı. Basketbol üzrə komanda Asiya Basketbol Çempionatında 2003-ci ildə və 2005-ci ildə bürünc medallar qazanaraq 2006-ci il Basketbol üzrə Dünya Çempionatına vəsiqə qazanmışdı. Qətər 2023-cü il Basketbol üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Sports chapter (2013)" Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine Qatar Statistics Authority. İstifadə tarixi:2015-11-14
  2. Paul Radford (2 December 2010)."Russia, Qatar win 2018 and 2022 World Cups" Arxivləşdirilib 2011-09-14 at the Wayback Machine Reuters.com İstifadə tarixi:2015-11-14
  3. "Qatar Stars League (QSL)" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine İstifadə tarixi:2015-11-14
  4. "QSL expands to 14 teams" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine QatarSports Today. Date:8 May 2013. İstifadə tarixi:2015-11-14
  5. "Real Madrid legend Raul opts to join Qatari outfit Al Sadd after ending Schalke stint" Arxivləşdirilib 2016-09-18 at the Wayback Machine İstifadə tarixi:2015-11-14
  6. "Football in Qatar" İstifadə tarixi:2015-11-14
  7. "AFC FUTSAL DEVELOPMENT TEAM VISITS QATAR"[ölü keçid] İstifadə tarixi:2015-11-14
  8. "Qatari futsal: great expectations" Arxivləşdirilib 2015-09-25 at the Wayback Machine Futsal Planet. İstifadə tarixi:2015-11-14
  9. Mai Akkad (25 February 2014). "Women’s football in Qatar making strides, but more young talent needed". Arxivləşdirilib 2015-09-25 at the Wayback Machine İstifadə tarixi:2015-11-14
  10. "QBF Commitees" Arxivləşdirilib 2015-07-22 at the Wayback Machine Qatar Basketball Federation. İstifadə tarixi:2015-11-15
  11. Qatar Basketball Federation Arxivləşdirilib 2018-10-26 at the Wayback Machine. İstifadə tarixi:2015-11-14