Qənirə Abbasova — Vikipediya

Qənirə Abbasova
Doğum tarixi
Doğum yeri Zərdab rayonu, Azərbaycan SSR, SSRİ
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı — 1984

Qənirə Yusif qızı Abbasova — kolxozçu, 9-cu çağırış Azərbaycan SSR Ali Soveti deputatı, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984).

Həyatı[redaktə | mənbəni redaktə et]

1952-ci ildə kəndli ailəsində anadan olmuşdur. Azərbaycanlıdır, ÜİLKGİ üzvü olmuşdur. Orta təhsili var.

Əmək fəaliyyətinə 1970-ci ildə başlamışdır. Zərdab rayonundakı K. Marks adına kolxozun üzvü olmuşdur.

Azərbaycan SSR Ali Soveti səhiyyə və ictimai təminat komissiyasının üzvü olmuşdur.

Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Məlikli seçki dairəsi).

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.