Qəmərvan — Vikipediya

Qəmərvan
41°03′47″ şm. e. 47°47′31″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Qəbələ rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.144 m
Saat qurşağı
Əhalisi
Əhalisi 1944 (2009) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3619[1]
Xəritəni göstər/gizlə
Qəmərvan xəritədə
Qəmərvan
Qəmərvan

QəmərvanAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi[redaktə | mənbəni redaktə et]

Qəmərvan mərkəzdən 18 km. şimal-qərbdə Bum çayının (Türyan çayının qolu) sol sahilində, Baş Qafqaz silsiləsinin yamacında salınmış bu kəndin təbiəti kimi insanları da mehriban, gülər üzlü, qonaqsevərdirlər.[2] Bu kəndin tarixi XIX əsrin ortalarından başlayır. Dağıstanda yaşayan ləzgilərin bu zonada yaylaqları olmuş və onların müəyyən bir hissəsi oturaq hala keçərək bu kəndi yaratmışlar. Rayonun digər yerlərindən fərqi odur ki, bu kənd müasir gündə də köçəridir. Qoyunçuluğun artımı olan yerlərdə var-dövlət də çox olur. Kənd camaatı yerli turistlərdən də gəlir götürür. Ecazkar görünüşü olduğundan ilin bütün fəsillərində kəndin qonaqları olur. Yayı kimi qışı da mözücə olan bu diyarı şəhərlilər çox xoşladığından kənd evlərini kirayələyirlər. Kəndin yolu yüksək səviyyədədir.[2] Burada müalicəvi təbii isti su var.

Toponimikası[redaktə | mənbəni redaktə et]

Qəmərvan oyk., sadə. Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd. Bum çayının (Tüıyan çayının qolu) sol sahilində, Baş Qafqaz silsiləsinin yamacmdadır. Kəndin ərazisi Dağıstandan gəlmiş ləzgi ailələrinin qışlaq yeri olmuşdur. Həmin ərazi üstündə Bum kəndinin əhalisi ilə münaqişəni rus general Komarov ləzgilərin xeyrinə həll etmiş və orada məskunlaşmalarına icazə vermişdir. Bundan sonra ləzgilər kəndi generalın familiyası ilə Qəmərovanxür (Komarov kəndi) adlandır¬mışlar. Sonralar xür (kənd) sözü düşmüşdür. Kəndin məscidindəki kitabədə yazılmışdır ki, Qəməriyyə adlanan bu kənd hicri 1293 (yəni 1876) ildə salınmışdır.[3]

Din[redaktə | mənbəni redaktə et]

Kənddə Qəmərvan kənd məscidi dini icması fəaliyyət göstərir[4].

Əhalisi[redaktə | mənbəni redaktə et]

Tanınmış şəxsləri[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. 1 2 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. MÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)
  5. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629