Qədir Mirzə Əli — Vikipediya

Qədir Mirzə Əli
qaz. Қадыр Мырза Әлі
Doğum tarixi 5 yanvar 1935(1935-01-05)
Vəfat tarixi 24 yanvar 2011(2011-01-24) (76 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Venesuela Milli panteonu[d]
Fəaliyyəti yazıçı, şair, tərcüməçi
Fəaliyyət illəri 1954—2010?
Əsərlərinin dili Qazax dili
İlk əsəri "Bahar" şeirlər toplusu
Mükafatları Parasat ordeni 1-ci dərəcəli "Dostluq" ordeni

Qədir Mirzə Əli (qaz. Қадыр Мырза Әлі, rus. Кадыр Гинаятович Мырзалиев; 5 yanvar 193524 yanvar 2011, Almatı) — Qazaxıstan xalq yazıçısı, şair və ilk Qazaxıstan himninin həmmüəllifidir[1]. O, 50-dən çox şeir kitabı, ədəbi tənqid və uşaq kitabları müəllifidir.

Həyatı[redaktə | mənbəni redaktə et]

Qədir Mirzəliyev Ural oblastının Cambeytı kəndində anadan olmuşdur. O, uşaqlıqdan bəri kitablara maraq göstərmiş və yerli rayon kitabxanasının daimi ziyarətçisi idi. 11 yaşında bəstələdiyi ilk şeirində sinif yoldaşlarını zarafatcıl tərzdə təsvir etmişdir. Atasının ölümündən sonra o, internat məktəbinə göndərildi, burada şeir sənəti üzrə təhsilini davam etdirdi. 1954-cü ildə gənc şair "Pioner" respublika jurnalında dərc olunmağa başlayır.[2]

1958-ci ildə Qədir Mirzəliyev S. M. Kirov adına Qazax Milli Universitetinin filologiya fakültəsi, iki il sonra aspiranturasını bitirdi. Təhsil aldıqdan sonra uzun illər jurnalistikayla məşğul oldu. 1958—1962-ci illərdə "Baldırqan" ("Uşaq") uşaq jurnalının ədəbi əməkdaş kimi işləmişdir. 1962—1965-ci illərdə şeir və tənqid şöbəsinin müdiri, "Juldız" (Ulduz) jurnalının icraçı katibi olmuşdur. 1968—1973-cü ildə "Jazuşı" ("Yazıçı") nəşriyyatının poeziya redaksiyasının rəhbəri idi. 1973—1978-ci illərdə Qazaxıstan Yazıçılar Birliyinin şeir şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1992-ci ildə Qazaxıstan Respublikası Ali Şurasının Milli Siyasət, Mədəniyyət və Dil Komitəsi sədrinin müavini oldu. 1994-cü ildə Qazaxıstan Respublikasının xalq deputatı seçilmişdir.[3]

2011-ci il yanvarın 23-dən 24-nə keçən gecə vəfat etdi.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]