Qəbristan mahalı — Vikipediya

Mahal
Qəbristan mahalı
Daxildir Şirvan bəylərbəyliyi
Şirvan xanlığı
Naib Məlik Baxış
Əhalisi
Əhalisi 1172 ailə nəfər
Şirvan xanlığının mahalları. 18-ci əsrin sonu
Şirvan xanlığının mahalları. 18-ci əsrin sonu

Qəbiristan mahalıŞirvan xanlığının inzibati ərazilərindən biri.

Mahalın adı çox güman ki "məzarlıq" mənasındakı "qəbristan / qəbiristan" sözüylə əlaqəli deyil - adın kökündə "gəbr"[1] sözü durur ki, əvvəllər, ilkin olaraq "atəşpərəst", daha sonralar isə "qeyri-müsəlman", həmçinin "kafir" mənalarını qazanmışdır. Azərbaycan dilindəki "gavur"[2] sözü də elə həmin "gəbr" sözündən qaynaqlanır.

Vaxtilə Orta Şərqin müsəlman əhalisi arasında həmin qeyri-müsəlman əhalinin yığcam şəkildə, müsəlmanlardan nisbətən aralıda yaşadıqları yerlər üçün "gəbristan" adı istifadə edilirdi. [3]Fərziyyə etmək olar ki, ola bilsin elə Qobustan adı da əslində bu ifadədən yaranıb.

Tarixi[redaktə | mənbəni redaktə et]

Qobustan, Şamaxı, Hacıqabul, GöyçayAğsu rayonlarının ərazisindəki obaları əhatə etmişdir.

Mahalın naibi Məlik Baxış idi.

Əhalisi[redaktə | mənbəni redaktə et]

1821-ci ildə 27 obada (Ərəbqədim, Ərəbbalaoğlan, Şıx Zahirli Çul, Şıx Zahirli Şəkər, Kəlağaylı / Kalağaylı, Xilə / Əmircan, Təklə Səfi, Yekəxana Talıb, Qaracagözlü, Ərəbcəbrəli, Təklə Hacı Məmməd Hüseyn, Cəmcəmli, Kürdəmiç / Kürdəmiş, Ərəbşahverdi, Təklə Mirzəbaba, Mərəzəli, Kürkəndi, Qurbançı, Təsin, Yekəxana İbrahim, Həmyə / Həmyəli, Xıdırlı, Şorbaçı, Siyəzənli, Poladlı, Çaylı, Udulu) 1172 ailə yaşayırdı.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Qəbiristan mahalının sakinləri əkinçilik və maldarlıqla məşğul olurdular.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://obastan.com/az/search/?q=g%C9%99br
  2. "Arxivlənmiş surət". 2017-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-14.
  3. https://doi.org/10.1080%2F0959641032000127597

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]