Qız qalası əfsanəsi (film, 1923) — Vikipediya

Qız qalası əfsanəsi
Fayl:Qız qalası əfsanəsi (film, 1923).jpg
Janr dram
Rejissor Vladimir Ballyuzek
Ssenari müəllifi N.Breslav-Lurye
Baş rollarda Sofiya Jozeffi
Vaqram Papazyan
Hənəfi Terequlov
İsmayıl Hidayətzadə
Yevgeni Muromski
İbrahim Azəri
Rza Darablı
Kazım Ziya
Ağasadıq Gəraybəyli
Operator Vladimir Lemke
Rəssam Vladimir Ballyuzek
İstehsalçı AFKİ
İlk baxış tarixi 27 may 1924
Filmin digər adı Şərq ekzotikası
Filmin növü tammetrajlı bədii film
Müddət 54,5 dəqiqə
Ölkələr SSRİ SSRİ
Dillər səssiz (titrlər azərbaycancaruscadır)
İl 1923
Bölüm sayı 2
Texniki məlumatlar 8 hissə
1527 metr
2 seriya
35 mm
Rəng ağ-qara
IMDb ID1407280/?ref_=fn_al_tt_1

Qız qalası əfsanəsi — rejissor Vladimir Ballyuzekin 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsində ekranlaşdırdığı tammetrajlı səssiz bədii film. Film 2011-ci ildə kinorejissor Hüseyn Mehdiyevin layihəsi əsasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi; Rusiya Dövlət Kinofilmləri Fondu və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə Azərbaycan Kinorejissorlar Gildiyasında bərpa olunmuşdur.

Məzmun[redaktə | mənbəni redaktə et]

Köhnə Bakı. Səməd xan çox narahatdır. Arvadı hamilədir. Xana xəbər verirlər ki, uşaq anadan olur, ana isə vəfat edir. Qəzəblənmiş xan uşağa belə baxmayıb əmr edir ki, uşağı saraydan uzaqlaşdırsınlar. Körpə qız təbiətin qoynunda bir qarının evində böyüyür, gözəl bir qız olur. Xan ova çıxarkən qızı Gülnarla (Sofiya Jozeffi) rastlaşır, onu tanıyır. Qızını saraya gətirir, Gülnarın sevdiyi oğlanı da (İsmayıl Hidayətzadə) saraya çağırırlar. Gülnar anasının libaslarını geyinərkən xanda şəhvət hissi oyanır. O, Gülnarın simasında vəfat etmiş arvadını görür. Hisslərini cilovlaya bilməyən ata nəhayət, ürəyini qızına açır. Gülnar bu biabırçılığa dözməyib xanın onun üçün tikdirdiyi Qız qalasından özünü dənizə atıb faciəli surətdə həlak olur.

Film haqqında[redaktə | mənbəni redaktə et]

Film Bakıda Xəzər dənizinin sahilində ucalan XII əsrin tarixi memarlıq abidəsi — Qız qalası ilə bağlı Azərbaycan xalq əfsanələri motivləri əsasında çəkilmişdir. Film mövzu və süjetcə maraqlıdır. Sözsüz və səssiz olmasına baxmayaraq, hadisələrin gedişi aydın və anlaşıqlı idi. Bununla belə filmdə süjetlə möhkəm bağlı olmayan əlavə məhəbbət xətləri, üsyan epizodları verilmişdir. Rejissor Azərbaycan xalqının tarixini, onun mədəniyyətini və məişətini yaxşı bilmədiyindən bu mövzunun real traktovkasına və milli koloritinə mənfi təsir göstərmişdir.

Filmin çəkilişlərinə 1923-cü ilin may ayında başlanılmışdı.[1]

Filmin çəkilişlərində 1500 adam iştirak etmişdir.

Filmdə aktyorlar Ağasadıq Gəraybəyli, Möhsün SənaniRüstəm Kazımovun oynadıqları ilk rollarıdır.

Film "Qız qalası" əfsanəsi əsasında çəkilmişdir.

Film 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi; Rusiya Dövlət Kinofilmləri Fondu və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə Azərbaycan Kinorejissorlar Gildiyasında bərpa olunmuşdur.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: N.Breslav-Lurye
Quruluşçu rejissor: Vladimir Ballyuzek
Quruluşçu operator: Vladimir Lemke
Quruluşçu rəssam: Vladimir Ballyuzek
Qrim rəssamı: Georgi Parisaşvili
Rejissor köməkçisi: Məmməd Əlili

Rollarda[redaktə | mənbəni redaktə et]

Sofiya Jozeffi — xanın arvadı Cəvahir; xanın qızı Gülnar
Vaqram Papazyan — Səməd xan
Hənəfi Terequlov — Şirvan xanı
İsmayıl Hidayətzadə — Zöhrab
Yevgeni Muromski — Gülnarın sevgilisi Kərim
İbrahim Azəri — Səməd xanın vəziri
Rza Darablı — Səməd xanın vəkili
Kazım Ziya — molla
O.Zərifyan — münəccim
Ağasadıq Gəraybəyli — həkim
B.Anqarskaya — Cəvahirin qulluqçusu
Ələkbər Hüseynzadə — əyan
Möhsün Sənani — döyüşçü
Georgi Parisaşvili
N.Breslav-Lurye
Hacıməmməd Qafqazlı — əyan
Məcid Şamxalov
Rüstəm Kazımov
Xeyri Əmirzadə

Filmin bərpa heyəti[redaktə | mənbəni redaktə et]

Layihənin rəhbəri: Hüseyn Mehdiyev
Bəstəkar: Fərəc Qarayev
Dialoqların mətni: Ramiz Rövşən
Redaktor-ekspert: Ayaz Salayev
Montaj: Elşad Rəhimov
Səs operatoru: Teymur Kərimov
Musiqi redaktoru: Rauf Əliyev
Redaktor: Aysel Əliyeva
Təsvirin redaktoru: İqrar Əşrəfzadə
Assistent: İsmayıl Qasımov
Maliyyə: Asiyat Ağayeva
İcraçı prodüser: Şahirə Tacəddin

Sitatlar[redaktə | mənbəni redaktə et]

— Koqda Deviçya Başnya Stoyala u samoqo morya volnı laskali yeya mraçnıye stenı.
— Vo dvortse xana Sameda usluqi qotovili komnatu novobraçnım.
— Qurani Kərim: Beregis yedinokrovnoy jenşinı, sladkoy, kak myod i yadovitoy, kak zmeya.
— Gyulnar kajdoye utro smotrela iz okna. Ona tak boyalas uvidet pervıye kamni

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Газ. "Бак. рабочий". 7 октябрь 1923 г.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Газ. "Бакинский рабочий". 16 января 1924 г.
  • "Pravda" qəzeti, 2 aprel 1924-cü il.
  • Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
  • Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 35-36.
  • Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 19-20.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]