Qız Qalası su anbarı — Vikipediya

Qız Qalası su anbarı
Qız Qalası su anbarı?
Ölkələr  Azərbaycan
 İran



YerləşməsiAzərbaycan
RegionAZE
RayonCəbrayıl
Tikilmə tarixi1999 - 2008
Tökülən çayAraz
Axan çayAraz
Su sistemiKür → Xəzər dənizi
BəndiQız qalası SES
?  °C
?  °C
Yanvarda orta t.?  °C
İyulda orta t.?  °C
İllik yağıntı?  mm
?
?
Qız Qalası su anbarı (Azərbaycan)
Qız Qalası su anbarı (Qarabağ)

Qız QalasıİranAzərbaycan arasındakı beynəlxalq sərhəddə yerləşən Araz çayı üzərində tikilmiş su anbarı.[1] Qız Qalası su anbarı Xudafərin hidroqovşağından 12 km aşağı hissədə yerləşir. Cəbrayıl rayonu ərazisini əhatə edir. 1993-cü ildən 2020-ci ilin 18 oktyabr tarixinə qədər su anbarı eyni adlı Su Elektrik Stansiyası ilə birlikdə Ermənistan Respublikasının nəzarəti altında olmuşdur. Su anbarı Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilib.[2] Qız Qalası su anbarı vasitəsi ilə 12 min hektar ərazinin su ilə təmin olunması nəzərdə tutulur.[3]

Tarixi[redaktə | mənbəni redaktə et]

Qız Qalası hidroqovşağının məqsədi hidroelektrik enerji istehsalı və suvarmadır. Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında baş tutan razılaşması ilə layihəsi hazırlanmışdır. Layihələndirmə 1982-ci ildə sona çatmış, 1990-cı illərin əvvəllərində yenidən işlənmişdi.[1]. Ermənistan KİV-lərinin verdiyi məlumata görə, İran Ermənistanla layihəni başa çatdırmaq üçün gizli bir razılaşma imzalanmışdır[4].

1992-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tapşırığı əsasında ekspert bu su qovşağı ilə bağlı texniki vəziyyətin qənaətbəxş olmaması səbəbindən təkmilləşdirmə işlərinə dair layihələr işləyib, hazırlayıb. Qarabağ müharibəsi nəticəsində Azərbaycan torpaqlarının Ermənistan qoşunları tərəfindən işğalından sonra Azərbaycan Respublikası və İran İslam Respublikası arasında bu istiqamətdə əməkdaşlıq dayandırılıb. Sonrakı dövrlər ərzində “Qız Qalası” su qovşağının və su elektrik stansiyalarının tikintisi yalnız İran İslam Respublikası tərəfindən aparılıb.[5]

Hidroqovşaq mövzusu 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra yenidən gündəliyə çıxmışdı. 1994-cü ilin 28 iyun — 2 iyul tarixlərində H.Əliyevin İrana beş günlük ilk rəsmi səfəri zamanı layihənin həyata keçirilməsi haqqında memorandum imzalanmışdır.[6]

T.Gəncəliyevin sözlərinə görə, 2016-cı ilin fevralında isə Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləri arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su qovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət bu sazişdə ən yüksək səviyyədə əks olunub:

2016-cı ildə su snbarı məsələsi yenidən gündəmə gəlmiş və həmən ilin fevral ayında Azərbaycan ilə İran arasında beynəlxalq saziş imzalanmışdır.[7] Bu sazişlə Azərbaycan Respublikası ilə İran İslam Respublikası Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlığın əsası qoyulmuşdur.[8]

2020-ci ilin 18 oktyabr tarixində su anbarı eyni adlı Su Elektrik Stansiyası Azərbaycan ordusu tərəfindən Ermənistan Respublikasının işğalından azad olunmuşdur.

İranın Şərqi Azərbaycan vilayətində sərhəddə Araz çayı üzərində yerləşən su anbarının inşası ilə əlaqədar 3,65 trilyon rial (təxminən 86,9 milyon dollar) vəsait ayrılması nəzərdə tutulmuşdur. İran tərəfi 21 mart 2021-ci il martın 21-nə qədər anbarı su ilə doldurmaq fikrindədir. Hazırda Qız Qalası su anbarının ətrafında betonlama və sairə işlər həyata keçirilməkdədir. Su anbarında inşa işlərində 90% irəliləyiş var.[9]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Reducing Transboundary Degradation of Kura-Aras River Basin" (PDF). National Report of Islamic Republic of Iran. National TDA-Islamic Republic of Iran. June 2006. 8. 26 February 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 April 2012.
  2. ""Azərbaycan Respublikası Hökuməti ilə [[İran İslam Respublikası]] Hökuməti arasında [[Araz çayı]] üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə" (PDF). 2021-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-17.
  3. "İran Qız Qalası su anbarından istifadəyə hazırlaşır". 2021-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-15.
  4. Hayrumyan, Naira. "На что намекает Иран". lragir.am (rus). 24 April 2016. 15 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 December 2020. Напомним, что Худаферинская ГЭС строится на реке Аракс, на границе Ирана и Карабаха, в соответствии с договором между Ираном и Арменией, заключенным в 2007 году.
  5. "Tural Gəncəliyev: "Xudafərin" və "Qız Qalası" su qovşaqları ilə bağlı məsələ ən yüksək səviyyədə tənzimlənir". 2020-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
  6. "Xudafərin üçbucağı". 2020-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
  7. ""Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU". 2021-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
  8. "Araz çayı üzərində Xudafərin və Qız Qalası hidroqovşaqların tikintisi davam etdiriləcək". 2017-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
  9. "İran Qız Qalası su anbarından istifadəyə hazırlaşır". 2021-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-15.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]