Qızılca — Vikipediya

Qızılca
XBT-10-KM B05, B05.9
XBT-9-KM 055[1][2]
DiseasesDB 7890
MedlinePlus 001569
MeSH D008457
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qızılca — qızılca virusunun yaratdığı yüksək yoluxucu, peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəlik.[3][4][5][6]

Simptomlar adətən yoluxmuş şəxslə təmasda olduqdan 10–12 gün sonra başlayır və 7–10 gün davam edir.[7][8] İlkin simptomlar adətən 40 °C (104 °F)-dən yuxarı qızdırma, öskürək, burun axmasıiltihablı gözlərdir.[3][9] Simptomların başlamasından iki və ya üç gün sonra ağızda Koplik ləkələri kimi tanınan kiçik ağ ləkələr meydana gələ bilər.[9] Adətən üzdə başlayan və sonra bədənin qalan hissəsinə yayılan qırmızı, yastı səpgilər adətən simptomların inkişafından 3–5 gün sonra başlayır.[9] Əsas fəsadlara ishal (8% hallarda), ortaqulaq iltihablanması (7%) və pnevmoniya (6%) daxildir.[4] Daha az hallarda epileptik tutma, korluq və ya beynin iltihabı baş verə bilər.[4][7]

Qızılca, yoluxmuş insanların öskürməsi və asqırması ilə bir insandan digərinə asanlıqla keçən, hava-damcı yolu ilə yoluxulan xəstəlikdir.[7] Xəstəlik son dərəcə yoluxucudur: xəstəliyə qarşı immuniteti olmayan və yoluxmuş bir insanla eyni yaşayış məkanını paylaşan on nəfərdən doqquzu yoluxur. İnsanlar xəstəliyi səpgilərin başlamasının dörd gün əvvəlindən dörd gün sonrasına qədər başqalarına yoluxdura bilərlər.[4] Qızılca çox vaxt uşaq xəstəliyi kimi qəbul edilsə də, hər yaşda insana təsir edə bilər.[10] Əksər insanlar xəstəliyə bir dəfədən çox tutulmur.[7] Şübhəli hallarda qızılca virusunun yoxlanılması ictimai sağlamlıq üçün vacibdir.[4] Qızılcanın heyvanlarda mövcudluğu məlum deyil.[11]

1985–1992-ci illər arasında ABŞ-də qeyd edilmiş halların yalnız 0,2%-ində ölüm halı baş vermişdir.[4] Lakin qida çatışmazlığı yaşayan insanlarda bu nisbət 10%-ə qədər ola bilər.[7] İnfeksiyadan ölənlərin əksəriyyəti beş yaşından kiçikdir.[11]

Qızılca peyvəndi xəstəliyin qarşısının alınmasında effektivdir və olduqca təhlükəsizdir.[7][12] Peyvənd 2000–2017-ci illər arasında qızılcadan ölüm hallarının 80% azalması ilə nəticələnmiş və 2017-ci ildən etibarən bütün dünyadakı uşaqların təxminən 85%-i ilk dozanı qəbul etmişdır.[11]

Birinci sırada Afrika və Asiyanın inkişaf etməkdə olan bölgələri olmaqla[7] hər il təxminən 20 milyon insan qızılcaya yoluxur.[3] Qızılca ölümlə nəticələnə bilən xəstəliklər arasından peyvəndlə qarşısı alına bilənlərdən biridir.[13][14] Qızılcadan 1980-ci ildə 2,6 milyon insan,[7] 1990-cı ildə isə 545 000 nəfər ölüb. 2014-cü ilə qədər qlobal peyvənd proqramları qızılcadan ölənlərin sayını 73.000-ə endirib.[15][16] Buna baxmayaraq, immunizasiyanın azalması səbəbindən 2017-ci ildən 2019-cu ilə qədər xəstəlik və ölüm nisbətləri artmışdır.[17][18][19]

Simptomlar[redaktə | mənbəni redaktə et]

Simptomlar adətən yoluxmadan 10–14 gün sonra başlayır.[20][21] Klassik simptomlara dörd günlük qızdırma, öskürək, rinit (burnun iltihabı, qızdırma, asqırma), konyunktivit (qırmızı gözlər) və səpgi daxildir.[22] Qızdırma tez-tez olur, adətən təxminən bir həftə davam edir və tez-tez 40 °C (104 °F) qədər yüksəlir.[23]

Qızıca üçün xarakterik hallardan biri ağız içərisində görünən Koplik ləkələridir. Bu ləkələr qısamüddətlidir və buna görə də nadir hallarda müşahidə olunur.[22] Koplik ləkələri adətən yanaqların içərisində, azı dişlərin qarşısında görünən kiçik ağ ləkələrdir.[21] Onlar "qırmızı fonda duz dənələri" kimi görünürlər.[24] Bu ləkələrin xəstə maksimum yoluxuculuğa çatmamışdan əvvəl fərqinə varılması xəstəliyin yayılmasının qarşısını almağa kömək edə bilər.[25]

Xarakterik qızılca səpgisi klassik olaraq qızdırma başlayandan bir neçə gün sonra başlayan qırmızı, yastı səpgi kimi təsvir edilir. Qulaqların arxasından başlayır, əvvəl baş və boyuna, bir neçə saatdan sonra isə geri qalan bədənə yayılır. Qızılca səpgisi ilkin simptomlardan iki-dörd gün sonra görünür və səkkiz günə qədər davam edir. Səpgilərin yoxa çıxmazdan əvvəl rəngini qırmızıdan tünd qəhvəyiyə dəyişərək "ləkə"yə çevrildiyi qeyd edilir.[26] Ümumiyyətlə, qızılca adətən üç həftədən sonra yox olur.[23]

Qızılcaya qarşı peyvənd olunmuş, lakin qoruyucu imuniteti tam olmayan insanlar dəyişdirilmiş qızılca forması ilə qarşılaşa bilərlər.[27] Modifikasiya olunmuş qızılca daha yüngül və daha az xarakterik simptomlarla (qısa müddətli seyrək və diskret səpgi) ilə xarakterizə olunur.[27]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Disease Ontology (ing.). 2016.
  2. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  3. 3,0 3,1 3,2 "Measles". Merck Manual Professional. Merck Sharp & Dohme Corp. Sentyabr 2013. 23 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2014. (#first_missing_last)
  4. 4,0 4,1 4,2 4,3 4,4 4,5 Atkinson, William. Epidemiology and Prevention of Vaccine-Preventable Diseases (12). Public Health Foundation. 2011. 301–23. ISBN 9780983263135. 7 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2015.
  5. Guerra FM, Bolotin S, Lim G, Heffernan J, Deeks SL, Li Y, Crowcroft NS. "The basic reproduction number (R0) of measles: a systematic review". The Lancet Infectious Diseases. 17 (12). December 2017: e420–e428. doi:10.1016/S1473-3099(17)30307-9. PMID 28757186. 10 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2022.
  6. "Measles (Red Measles, Rubeola)". Dept of Health, Saskatchewan. 10 February 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 February 2015.
  7. 7,0 7,1 7,2 7,3 7,4 7,5 7,6 7,7 "Measles Fact sheet N°286". World Health Organization. November 2014. 3 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2015.
  8. Bope, Edward T.; Kellerman, Rick D. Conn's Current Therapy 2015. Elsevier Health Sciences. 2014. 153. ISBN 9780323319560. 2017-09-08 tarixində arxivləşdirilib.
  9. 9,0 9,1 9,2 "Measles (Rubeola) Signs and Symptoms". Centers for Disease Control and Prevention. 3 November 2014. 2 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2015.
  10. Selina, SP; Chen, MD. Measles (Hesabat). Medscape. 6 June 2019. 25 September 2011 tarixində arxivləşdirilib.
  11. 11,0 11,1 11,2 "Measles fact sheet". World Health Organization. 2019-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-20.
  12. Russell, SJ; Babovic-Vuksanovic, D; Bexon, A; Cattaneo, R; Dingli, D; Dispenzieri, A; Deyle, DR; Federspiel, MJ; Fielding, A; Galanis, E. "Oncolytic Measles Virotherapy and Opposition to Measles Vaccination". Mayo Clinic Proceedings. 94 (9). September 2019: 1834–39. doi:10.1016/j.mayocp.2019.05.006. PMC 6800178. PMID 31235278.
  13. Kabra SK, Lodha R. "Antibiotics for preventing complications in children with measles". The Cochrane Database of Systematic Reviews. 8 (8). August 2013: CD001477. doi:10.1002/14651858.CD001477.pub4. PMC 7055587 (#bad_pmc). PMID 23943263.
  14. "Despite the availability of a safe, effective and inexpensive vaccine for more than 40 years, measles remains a leading vaccine-preventable cause of childhood deaths" (PDF). 12 December 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 February 2019.
  15. GBD 2015 Mortality and Causes of Death Collaborators. "Global, regional, and national life expectancy, all-cause mortality, and cause-specific mortality for 249 causes of death, 1980-2015: a systematic analysis for the Global Burden of Disease Study 2015". Lancet. 388 (10053). October 2016: 1459–1544. doi:10.1016/S0140-6736(16)31012-1. PMC 5388903. PMID 27733281.
  16. GBD 2013 Mortality Causes of Death Collaborators. "Global, regional, and national age-sex specific all-cause and cause-specific mortality for 240 causes of death, 1990-2013: a systematic analysis for the Global Burden of Disease Study 2013". Lancet. 385 (9963). January 2015: 117–71. doi:10.1016/S0140-6736(14)61682-2. PMC 4340604. PMID 25530442.
  17. "Measles cases spike globally due to gaps in vaccination coverage". World Health Organization (WHO). 29 November 2018. 24 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2018.
  18. "U.S. measles cases surge nearly 20 percent in early April, CDC says". Reuters. 16 April 2019. 15 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 April 2019.
  19. "Measles – European Region". World Health Organization (WHO). 8 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 May 2019.
  20. "Pinkbook Measles Epidemiology of Vaccine Preventable Diseases". Centers for Disease Control and Prevention (CDC). 15 November 2016. 7 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 May 2018.
  21. 21,0 21,1 "Measles". Merck Manuals Professional Edition. January 2018. 16 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 May 2018.
  22. 22,0 22,1 Biesbroeck L, Sidbury R. "Viral exanthems: an update". Dermatologic Therapy. 26 (6). November 2013: 433–8. doi:10.1111/dth.12107. PMID 24552405.
  23. 23,0 23,1 Ludlow M, McQuaid S, Milner D, de Swart RL, Duprex WP. "Pathological consequences of systemic measles virus infection". The Journal of Pathology. 235 (2). January 2015: 253–65. doi:10.1002/path.4457. PMID 25294240.
  24. Steichen O, Dautheville S. "Koplik spots in early measles". CMAJ. 180 (5). March 2009: 583. doi:10.1503/cmaj.080724. PMC 2645467. PMID 19255085.
  25. Baxby D. "The diagnosis of the invasion of measles from a study of the exanthema as it appears on the buccal mucous membraneBy Henry Koplik, M.D. Reproduced from Arch. Paed. 13, 918-922 (1886)". Reviews in Medical Virology. 7 (2). July 1997: 71–74. doi:10.1002/(SICI)1099-1654(199707)7:2<71::AID-RMV185>3.0.CO;2-S. PMID 10398471.
  26. "Symptoms of measles". National Health Service (NHS). 2010-01-26. Archived from the original on 2011-01-31.
  27. 27,0 27,1 Hamborsky, Jennifer; Kroger, Andrew; Wolfe, Charles, redaktorlar Epidemiology and prevention of vaccine-preventable diseases (13th). Atlanta, GA: Centers for Disease Control and Prevention. 2015. 211. ISBN 978-0-9904491-1-9. OCLC 915815516.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]