Tədqiqat stansiyası — Vikipediya

Tədqiqat stansiyası — elmi-müşahidə təyinatlı obyekt, əsasən Şimal Buzlu okean, Antarktika, və dreyf edən buzlaqlar üzərində yerləşir.

Şimal tədqiqat stansiyaları (Arktika) şimal yarımkürəsinin 60°-90° arasında, cənub tədqiqat stansiyaları isə cənub yarımkürəsinin 60°-90° arasında yerləşən ərazilərdə yerləşir. İstisnalar nadir hallarda müşahidə edilir.

Tədqiqat stansiyaları sistematik olaraq Meteoroloji, Geofiziki, Geomaqnit, Hidroloji və müəyyən zamanlarda isə BiolojiTibbi müşahidələr aparılır. Tez-tez geoloji tədqiqatlar aparılır. Qlyasiologiya araşdırmaları əsasən Antarktida ərazilərində aparılır. Stansiyalarda əsasən alimlər yaşayır.

Arktikada yerləşən tədqiqat stansiyaları[redaktə | mənbəni redaktə et]

İlk tədqiqat stansiyaları 1910-ci illərdə: Vayqaç adasının şimalı, Yaqorski yarımadasının şimalında, Yamal yarımadasının Mare-Sale burnunda. Daimi qütb müşahidələri Yaqorski Şar boğazında aparılmışdır.[1] 1915-ci ildə Dikson adasında stansiya fəaliyyətə başlamışdır.

1923–1924 illərdə Matoçkin Şar boğazı, 1931–1932 illərdə isə Jelaniya burnunda yeni stansiyalar inşa edilir. 1930-ci illərdə isə ruslar tərəfindən stansiya şəbəkələri yaradılır.

2012-ci il məlumatına görə[2] Şimal dəniz yolu boyunca hazırda 16 tədqiqat stansiyası fəaliyyət göstərir (SSRİ dönəmində 67 stansiya).

Dreyf edən buzlar üzərində yerləşən stansiyalar[redaktə | mənbəni redaktə et]

1937 ildə SSRİ tərəfindən Arktikada stansiya təşkil edilir. Bu stansiya dreyf edən buzlaq üzərində yerləşən ilk stansiya olur ("Şimal Qütbü-1" ("ŞQ-1")). Buzlağa ilk enişi Otto Yuleviç Şmit təşkil edir. Stansiyada dörd qütb işçisi olmuşdur: İvan Dmitreviç Papanin (stansiya rəhbəsi), E. T. Krenkel (radist), Y. K. Federov (maqnitoloq), Pyotr Petroviç Şirşov (hidroloq). Stansiya buzların üzərində 275 gün fəaliyyət göstərmişdir.

Vostok Antarktika stansiyası

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Stansiya hazır ki, Amderadan 37–38 km şimal-qərbdə yerləşir
  2. "Rusiya Arktikasının dənizləri". Təbiət. № 6, 2013. 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-21.