Qüdrət Muğanlı — Vikipediya

Qüdrət Muğanlı
Qüdrət Balakişi oğlu Məlikov
Təxəllüsü Muğanlı
Doğum tarixi
Doğum yeri Sabirabad, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (79 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Balakişi Məlikov
Anası Bilqeyis Məlikova
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti
İxtisası jurnalist
Fəaliyyəti "Sumqayıt" qəzetinin baş redaktoru
Əsərlərinin dili azərbaycan dili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2005
"Tərəqqi" medalı — 2009
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qüdrət Muğanlı (23 iyul 1941, Sabirabad27 oktyabr 2020) — Azərbaycan jurnalisti, Azərbaycan YazıçılarJurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2005).

Həyatı[redaktə | mənbəni redaktə et]

Qüdrət Məlikov Sabirabad şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedoqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini və "Jurnalist Sənətkarlığı" İnstitutunu bitirmişdir. Ali siyasi təhsil almışdır. 1969-cu ildən Sumqayıt şəhərində yaşamış və "Sumqayıt" qəzeti redaksiyasında işləmişdir. Qəzetin baş redaktoru olmuşdur.

Azərbaycanda ilk mətbuat orqanı olan "Əkinçi" qəzetinin naşiri Həsənbəy Məlikov (Zərdabi) nəslindən olan Qüdrət Muğanlı bir çox publisistik yazıların və oçerklərin müəllifidir.

Şeirləri respublikanın dövri mətbuatında, "Sumqayıt — 50", "Bu yurdun aşılmaz dağları qala", "Sevgi məktubları", "Bizdən sizə qalan sözdür", "Bu da bir ömürdü", "Həzin nəğmələrdə yaşayan şəhər" almanax və toplularında çap olunmuşdur. "Unuda bilməzsən məni", "Səni ürəyimdə yaşadacağam" və başqa kitabların müəllifidir.

Qüdrət Muğanlı Azərbaycan Yazıçılar BirliyininAzərbaycan Jurnalistlər Birliyinin üzvü olmuşdur. "Həsən bəy Zərdabi" mükafatı və "Qızıl qələm" media mükafatı laureatıdır. "Zərdabi" diplomu ilə təltif olunmuşdur.

1991-ci ildə SSRİ Jurnalistlərinin VII qurultayının nümayəndəsi olmuşdur.

21 iyul 2005-ci ildə Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür.

Sumqayıt şəhərinin 60 illiyi münasibətilə 16 noyabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Qüdrət Muğanlı 27 oktyabr 2020-ci ildə 79 yaşında vəfat etmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Əməkdar jurnalist Qüdrət Məlikov vəfat edib". apa.az (az.). 27 oktyabr 2020. 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 oktyabr 2020.