Pun müharibələri — Vikipediya

Pun müharibələri
Hannibalın Alplardan keçməsi
Tarix E.ə. 264E.ə. 146
Yeri Qərbi Aralıq dənizi hövzəsi, İspaniya, Fransanın cənubu, İtaliya, Siciliya, Şimali Afrika.
Nəticəsi Karfagenin darmadağın edilməsi
Münaqişə tərəfləri

Roma Respublikası

Karfagen dövləti

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pun müharibələri (e.ə. 264–146, adı punlardan, yəni karfagenlilərdən gəlir) — Karfagenlə Qədim Roma arasında əvvəlcə Siciliyada, sonra Aralıq dənizinin bütün qərb sahilində hökmranlıq uğrunda müharibələr.

1-ci Pun müharibəsi (e.ə. 264–241) Siciliya uğrunda aparılırdı. Romalılar dənizdə bir sıra qələbələr (e.ə. 260, 256, 251, 241) qazandılar. E.ə. 241 ildə Roma Siciliyanı (Sirakuza və ətrafından başqa) və bəzi adaları, sonra isə SardiniyaKorsikanı ələ keçirdi. 2-ci Pun müharibəsi (e.ə. 218–201) Karfagenin qisas cəhdindən doğmuşdu. E.ə. 218 ildə Hannibalın ordusu Alpı keçirdi və Po dərəsinə daxil oldu. Trazimen gölü (e.ə. 217) və Kann (e.ə. 216) yaxınlığındakı vuruşmalarda Roma ordusu darmadağın edildi. E.ə. 212 ildən romalılar təşəbbüsü ələ keçirdilər. Metavr çayı yaxınlığında (e.ə. 207) qələbə qazanan romalılar Zama yaxınlığındakı həlledici vuruşmada Hannibalın ordusunu darmadağın etdilər (e.ə. 202). E.ə. 201 ildə bağlanmış müqaviləyə görə Karfagen Afrikadakı ərazisi ilə kifayətləndi, donanmadan məhrum oldu, böyük təzminat verməyə məcbur edildi. 3-cü Pun müharibəsində (e.ə. 149–146) Karfagen məğlub oldu və dağıdıldı (e.ə. 146), sakinləri isə kölə kimi satıldı. Pun müharibələr nəticəsində Roma Aralıq dənizinin ən güclü dövlətinə çevrildi.

Müharibənin səbəbləri[redaktə | mənbəni redaktə et]

İtaliyanın istila edilməsindən sonra Romanın təcavüzkar baxışları, artıq neçə ildir Roma ilə Karfagen arasında uğrunda mübarizə getdiyi, Siciliyaya yönləndi. E.ə III əsrin 60-cı illərinəcən Karfagen demək olar ki bütün adanı işğal etmişdi. E.ə 289-cu ildə Sirakuza qarşı onların cənubi italyan muzdluları qalxdılar,mamertinlilər, hansı ki Messana şəhəri ilə birlikdə adanın bütün şimal-şərq hissəsini zəbt etdilər. Mamertinlilərlə mübarizəni Sirakuzun çarı olandan Qiyeron başçılıq etdi. E.ə 265-ci ildə o düşməni döyüşdə məğlub etdi və Messananı mühasirəyə aldı. Çıxılmaz vəziyyətə düşən mamertinlilər iki hissəyə bölündülər: bir hissəsi Karfagenə müraciət etdi, o birisi - Romaya. Karfagenlilər özlərini birinci çatdırdılar, lakin romalılar Messanaya daxil olan oradan pun qarnizonunu sıxışdırıb çıxardılar. Bu Birinci Pun müharibəsinin başlanğıcı oldu (e.ə 264–241-ci illər).

Birinci Pun müharibəsi[redaktə | mənbəni redaktə et]

Tərəflərin qüvvələri müxtəlif idi. Karfagen dənizdə üstünlüyə malik idi, Romanın isə heç donanması yox idi. Roma həm də sayca üstün idi və Karfagenli muzdlular romalılardan keyfiyyətsiz olmasalar da, onlar, romalıların polis yığma qoşununa nisbətən, olduqca daha az etibarlı və idarəolunan idilər. Karfagenin daha güclü süvari qoşunu vardı, başqa bir üstünlük onun sabit komandan heyəti idi. Nəhayət Karfagenin daha böyük maddi qaynaqları vardı. Siciliyadaki müharibə romalılar üçün uğurla başladı. E.ə 264–263-cü illərdə onlar Karfagenlilərin və Sirakuzun birləşmiş qüvvələrini darmadağın edərək, Sirakuz hakimi Qiyeronu onlarla anlaşma və ittifaq bağlamağa məcbur etdilər. E.ə 262-ci ildə Karfagenin Siciliyadaki dayaqlarından biri Aqriqent zəbt olundu. Lakin tezliklə aydınlaşdı ki, dənizdə ağalığı təmin etməmiş Karfagen üzərində qələbə mümkün deyil. Çox qısa vaxt ərzində Roma donanma tikir. E.ə 260-cı ilin yazında Mila yaxınlığından romalılar dənizdə ilk qələbəyə nail olurlar, və 256 ildə Afrikaya böyük donanma göndərirlər. Eknom burnu yaxınlığında Karfagenlilər yenə məğlubiyyətə uğrayırlar. Romalılar Afrikaya enirlər və bir neçə şəhəri zəbt edirlər. Karfagen məğlubiyyət həddində idi, lakin gücünü toplayaraq punlar konsul Requlun böyük desant ordusunu darmadağın edirlər. Afrikadakı məğlubiyyətdən sonra Roma donanması iki dəfə dənizdə ştorma düşüb məhv olur. Ancaq 250 ildə romalılar Panorm yaxınlığında qələbə qazanırlar, və indi Karfagenin Siciliyada iki böyük dəniz istehkamı qalır– DrepanaLilibey. Buna baxmayaraq Roma bu uğuru gerçəkləşdirə bilmədi. 247 ildə Siciliyaya istedadlı Karfagenli sərkərdə Qamilkar Barka gəlir. Öz bazalarına dayanaraq Qamilkar romalıların hucumunu tamamilə iflic edir. Az qüvvələrlə və xərclərlə Karfagenlilər uğurla düşmənin tükənməsi üçün müharibə aparırdı. 242 ildə dövlətə borc vermiş, xüsusi şəxslərin vəsaiti hesabına, yeni donanma tikilir, 241 ilin martında isə konsul Lutasi Katul Karfagenliləri Eqat adaları yaxınlığında məğlub edir və Qamilkarın Afrika ilə əlaqəsini kəsir. Karfagen sülh bağlamağa məcbur olur. E.ə 241-ci ilin müqaviləsinə görə Karfagenin bütün Siciliya mülkləri Romaya keçir. Karfagen 3200 talant kontribusiya verməyə məcbur olur.

E.ə 241-ci ildən sonra tərəflər yeni müharibəyə hazırlaşmağa başladılar. Karfagenlilər İspaniyada güclü baza yaradırlar. Roma əleyhinə siyasətin başında, Qamilkarın, onun yeznəsi Qazdrubalın, sonra isə oğulları Hannibal, Qamilkar və Maqonun başçılığı altında, Barkidlər partiyası durdu. Roma da fəal xarici siyasət aparırdı. E.ə 238-ci ildə o Karfagenin daxili siyasi çətinliklərindən istifadə edərək Sardiniyanı zəbt etdi. E.ə 225-222-ci illərdə romalılar, qall tayfaları olan boyiinsubrları məğlub edərək Po çayı vadisini istila etdilər. Şimalda, Romanı Tsizalpin Qalliyasının əsas şəhəri olan Mediolanla(gələcək Milan) birləşdirən Flamini yolu adlandırılan yol tikildi. İlliriya müharibələri (e.ə 230–228 və 220–219) gedişində romalılar Adriatik dənizinin şərq sahili zolağını zəbt etdilər və oranı illiriyalı piratlardan təmizlədilər. Bu Romanın Balkanlarda ilk zəbtləri idi. Bu uğurlar Makedoniya ilə mübahisəyə təkan verdilər.

İkinci Pun müharibəsi[redaktə | mənbəni redaktə et]

Müharibənin Karfagen üçün uğursuz nəticəsi ölkədə kəskin sosial ziddiyətlər yaratdı - muzdlu əskərlərin, liviyalı kəndlilərin və qulların üsyanı(Karfagen muzdlularının e.ə 241–239-ci illər üsyanı)dövləti fəlakət həddinə gətirdi. Görkəmli sərkərdələr və siyasi xadimlər Matos, SpendiyaAvtaritin rəhbərliyi ilə üsyançılar qurudan Utikanı, Hippon-Diariti və Karfageni mühasirəyə aldılar. Bu böhranlı vəziyyətdə Karfagen hökuməti üsyanın yatırılmasını Qamilkar Barkaya tapşırdı. Uzun və çətin kampaniya nəticəsində o üsyançıları darmadağın etdi. Üsyanın yatırılmasından sonra fəal işğalçı siyasətini tələb edən, Karfagenin tacir-sənətkar dairələrinə başçılıq edən Qamilkar Barkanın nüfuzu xeyli artdı. Qamilkar Barkanın fikrinə görə Roma ilə yeni müharibənin dayaq mövqeyi, ərazisində Karfagenin müttəfiqləri olan, İspaniya olmalıydı. E.ə 237-ci ildə o Pireney yarımadasına endi və onun məqsədyönlü işğalına başladı. Onun ölümündən sonra bu siyasəti onun yeznəsi, Karfagen demokratik hərəkatının rəhbərlərindən biri Qasdrubal davam etdirdi, onun ölümündən sonra isə Qamilkar Barkanın oğlu Hannibal. Karfagenin demokratik təbəqələri Hannibalın ali baş komandanlığda təsdiq olunmasını, ciddi müqavimət göstərən oliqarxiyadan tələb etdi. Nəticədə Karfagendə hərbi diktatura yarandı; siyasətin əsas istiqamətlərini İspaniyada olan Hannibal müəyyən edirdi. E.ə 221–220-ci illər ərzində Hannibal İbera(Ebro) çayından cənuba bütün Pireney yarımadasını zəbt etdi. E.ə 219-cu ildə Hannibal, Romanın müttəfiqi olan, İspaniya şəhəri Saquntu zəbt etdi, və bu İkinci Pun müharibəsinə bəhanə oldu(e.ə 218–201 illər) Romalılar Karfagenə kombinasiyalı zərbə endirmək niyyətində idilər. Konsul Publi Sçipionun komandanlığı altında ordulardan biri İspaniyaya göndərildi, ikincisi konsul Semproni Lonqun komandanlığı altında Afrikaya istiqamətləndi. Bu niyyət Hannibalın strateji planı ilə iflic edildi. Ən əvvəldən o müharibəni İtaliyaya köçürmək qərarına gəldi. Öz taktiki üstünlüyünə dayanaraq, Hannibal romalıları darmadağın edib və iflasa uğradaraq, italik ittifaqını dağıtmaq və Romanı kapitulyasiyaya məcbur etmək istəyirdi. Roma əleyhinə koalisiyaya qalların, Sirakuzun və Makedoniyanın qatılması əlavə amil oldu. Romalıların dənizdə ağalığına görə Hannibal quru yolla QalliyaAlplar arasından getmək qərarına gəldi. E.ə 218-ci ilin mayın əvvəlində Hannibal Yeni Karfagendən çıxaraq şimala doğru hərəkət etdi. O Pireneyləri keçib tezliklə Rodana(müasir Rona) yaxınlaşdı, və burada İspaniyaya yollanan Sçipionla qarşılaşır. Toqquşmadan uğurla qaçaraq, Hannibal Alplara yaxınlaşır. Polibinin dediklərinə görə Hannibalın ordusu 90 min piyada və 12 min atlıdan ibarət idi. Karfagenilərin fillərdən ibarət korpusu da vardı. Pireneylərdən İtaliyaya qədər yol, romalıların yerli müttəfiqləri ilə yaxud sadəcə yerli tayfalarla mübarizədə keçdi. Bu dağ silsiləsindən 15 günlük keçid yürüşün ən çətin mərhələsi olur, Hannibalın xəritələri yox idi, və o yerli bələdçilərə güvənməli idi. Çox guman ki karfagenlilər yolda ordunun yarısını və fillərin çoxusunu itirdilər. Ordunun yarısı çətin şəraitdə məhv olur, və ancaq senyabrın sonunda, 20 min piyada və 6 min atlısı olan kiçik ordu ilə Po çayı vadisinə daxil olur. Burada onun ordusuna romalılar tərəfindən bu yaxınlarda tabe edilən qallar qoşuldu. Hannibalın niyyəti tamamilə həyata keçir. Roma ordusu gecikdi və Hannibalın Rodan(Rona)çayı üzərindən keçməsinə əngəl ola bilmədi. E.ə 218-ci ilin sonunda Hannibalın ordusu Pada(Po)çayının yuxarı axarında peyda oldu. Tisian yanında romalıların suvariləri, 218 ilin dekabrında isə Trebi yanında Sçipionun və Lonqun birləşmiş orduları Hannibal tərəfindən darmadağın edilir. O, Trebi yanındakı vuruşmada ilk dəfə, sonralar Kann vuruşmasında parlaq nəticə verən - cinahdan alma - taktikini istifadə edir. E.ə 217-ci ildə konsul Qay Flamininin komandanlığı altında romalı ordusu Etruriyadaki Arresi şəhəri yaxınlığında Karfagenlilərin cənuba yolunu kəsir. Bir neçə gün ərzində Hannibal Arno çayının bataqlıqlı vadisi ilə dolanaraq, romalıların arxalarında peyda olur. Flamini onları qovmağa başlayır. Hannibal Trazimen gölü yaxınlığında pusqu qurur. Burada e.ə 217-ci ilin 21 iyununda göl ilə ona yaxınlaşan dağların arasında romalıların 30 minlik ordusu məhv edilir. Flamininin özü də öldürülür. İkinci konsul da məğlub olur. Roma təşviş içində Hannibalın Romaya varmasını gözləyir, ancaq Hannibal İtaliyanın cənubuna doğru hərəkət edir. Romalılar komandanlığı diktator təyin olunan Kvint Fabiya verirlər. Fabi müharibənin üsulunu dəyişir. O romalı sərkərdələrdən, yeni üsul tətbiq edən ilk sərkərdə olur. Diktator Hannibalın ardınca yürüyürdü, onu kiçik toqquşmalarla narahat edərək həlledici vuruşmadan qaçırdı(buna görə o "Kunktator" yəni yavaşlayan, ayamasını almışdı). Fabinin strateqyası özünü doğruldan yeganə strateqiya idi, ama o müharibənin üzanmasına və kəndlilərin müflis olmasına aparırdı və buna görə də Romada narazılıqla qarşılanırdı. E.ə 216-cı ildə demokratların lideri və hucum taktikasının tərəfdarı Mark Terrensi Varron və aristokrat Emili Pavel konsul seçilirlər. Romalılar Hannibala həlledici döyüş verməyə qərara alırlar; e.ə 216-cı ilin avqustun 2 də ordular Apuliyada Kann yaxınlığındakı düzdə görüşürlər.

Kanna döyüşü[redaktə | mənbəni redaktə et]

Romalıların sərəncamında 80 min piyada və 6 min suvari vardı. Vuruşma romalıların dəhşətli məğlubiyyəti ilə nəticələndi: romalı ordu dövrəyə alındı və 70 min adam döyüş meydanında qaldı. Bu Romanın və onun müttəfiqlərinin qaynaqlarının 1/3 idi. Döyüşdə Emili Pavel öldürüldü, Varron isə ordunun qalıqları ilə qaçdı. Məğlubiyyət Romanı fəlakət həddinə gətirdi, və ancaq inanılmaz cəhdlər hesabına senat bu vəziyyətdən qurtula bildi. Bütün qüvvələr səfərbər olundu. E.ə 215-ci ilə qədər romalıar 20-25 leqion saxlayırdılar, iki legion azad olunmuş qullardan ibarət idi. Kann məğlubiyyətinin başqa təhlükəli nəticəsi İtaliyanın cənubunun Hannibalın tərəfinə keçməsi oldu: ilk növbədə samnitlərin, lukanlarınapulların; 216-cı ilin payızında Karfagenlilərə Kapuya qoşuldu. Əksinə Orta İtaliya Romaya sadiq qaldı. Kann Roma üçün yaxşı dərs oldu. Böyük vuruşmalardan qaçaraq və düşməni kiçik toqquşmalarla yoraraq, romalılar yavaş-yavaş, lakin mütəmadi olaraq Hannibalı cənuba sıxışdırırdılar. E.ə 214-cu ildə romalılar Hannibalı Noladan sıxışdırdılar və Lukaniyada hucuma keçdilər. E.ə 214–211-ci illərdə hər iki tərəf Apuliyada, LukaniyadaSamnidə mövqe müharibəsi aparırdılar. Ancaq,tezliklə Roma yeni uğursuzluqlara uğradı. Hannibalın böyük anti-Roma ittifaqının yaradılması yolundaki çabaları həyata keçməyə başladı. Müharibə bütün Qərbi Aralıq dənizi hövzəsini bürüdü. E.ə 211-ci ildə Karfagenlilər əlavə yardım alaraq, İspaniyadakı romalı qoşunlarını məhv etdi; 214-cü ilin yayında Sirakuzda Karfagen yönlü partiya qalib gəldi. Karfagenlilər bundan istifadə edərək, adanın böyük parçasını tutdular. Təxminən eyni vaxtı Hannibal, Romaya qarşı hərbi əməlyyatlara başlayan, makedoniyalı çar V Filiplə saziş bağladı. Romalılar müdafiə olunurdular. Onlar, Filipi neytralize edən yunan şəhərlərinin güclü koalisiyasını yarada bildilər. E.ə 211-ci ildə romalılar iki illik mühasirədən sonra Sirakuzu aldılar. Talan vaxtı Sirakuzun müdafiəsinin təşkilatçısı məşhur alim Arximed öldürüldü. Karfagenlilər Siciliyadan sıxışdırıldılar. E.ə 211-ci ildə romalılar Kapuyanı mühasirəyə aldılar, Hannibalın mühasirəni qırmaq cəhdləri puç oldu. Romalı qoşunların Kapuyadan yayındırmaq məqsədi ilə Hannibal nümayişkaranə surətdə Romaya yaxınlaşdı. Roma həndəvərində Karfagenlilərin görünməsi şəhərdə təşviş yaratdı. Lakin Hannibal qüvvəsinin yetərsizliyini anlayaraq, şəhərə hucum etməyə cəhd etmirdi. Romalılar Kapuyanın mühasirəsini kəsmədilər, Hannibal Romadan uzaqlaşdı, Kapuya isə süquta uğradı. Kapuyanın süqutu Hannibalın İtaliyadakı müttəfiqlərinin ondan uzaqlaşmasına səbəb oldu. İki ildən sonra romalılar Tarenti aldılar. E.ə 210-cu ildə Roma, 218-ci ilin konsulunun oğlu gənc sərkərdə Publi Sçipionun başçılığı ilə hucuma keçdi. İspaniyaya göndərilərək, o Barkidlərin ispan dövlətinin mərkəzi Yeni Karfageni zəbt edərək, e.ə 207-ci ilədək Karfagenliləri İspaniyadan sıxışdırdı. İtaliyada müharibə uzandı. Romalılar Hannibalı Bruttiyə sıxışdırdılar. Onun üzərində hər kiçik qələbə romalılara baha otururdu. İtaliyadakı çoxillik müharibə onun insan və maddi qaynaqlarının tükənməsinə aparırdı. Hannibalın strateqiyası az qaldı Romanın məğlubiyyətinə gətirsin. E.ə 208-ci ildə romalıların üzərində ölümcül təhlükə asıldı: Hannibalın qardaşı, Qasdrubalın güclü ordusu Alpları keçərək onun köməyinı yollandı. Ama e.ə 207-ci ilin yazında Metavr çayında Karfagenlilər məğlub oldular, Qasdrubal isə döyüşdə həlak oldu.

Müharibənin sonu. Zama döyüşü[redaktə | mənbəni redaktə et]

İspaniyadan qayıdan Sçipion yeni hərəkət planı təklif etdi. O müharibənin Afrikaya köçürülməsinə nail oldu. E.ə 204-cü ildə Sçipionun ordusu Utika yaxınlığında sahilə endi. Romalıların uğurları Karfagen hökumətini Hannibalı İtaliyadan geri çağırmağa məcbur etdi. E.ə 202-ci ilin payızında Sçipion və onun müttəfiqi Numidiya çarı Masinissa Karfagendən cənubda yerləşən Zamada

border=none Əsas məqalə: Zama döyüşü
Hannibal üzərində qələbə qazandılar. Karfagen məğlub oldu.

E.ə 201-ci ildə Roma və Karfagen, Romanın qələbəsini və Karfagenin məlubiyyətini bildirən müqavilə bağladılar. Sonuncu Afrikadan kənarda olan bütün mülklərindən imtina etdi, bütün gəmilərini və fillərini təhvil verdi, və 10 min talant kontribusiya ödədi. Bundan başqa Karfagen Romanın icazəsi olmadan müharibə aparmaq hüququndan məhrum edildi. Karfagenin sərhədində onun qəddar düşməni olan Masinissanın çar olduğu Numidiya çarlığı yarandı.

Üçüncü Pun müharibəsi. Karfagenin dağıdılması.[redaktə | mənbəni redaktə et]

Karfagenin Masinissa ilə mübahisəsindən istifadə edən romalılar yeni müharibəyə başladılar. Üçüncü Pun müharibəsi (e.ə 149-146)belə başladı. E.ə 149-cu ildə 80 minlik romalı ordusu Karfageni mühasirəyə aldı. İki il uğursuz mühasirədən sonra romalı ordunun başında Publi Korneli Sçipion Kornelian durdu. E.ə 147-ci ildə o şəhərin həndəvərini aldı və Qazdrubalın səhra ordusunu darmadağın etdi. E.ə 146-ci ilin yazında Karfagen alındı. Senatın əmri ilə şəhər qazıldı, onun durduğu yerə lənət oxundu. 55 min Karfagenlini qul kimi satıldı. Karfagenin keçmiş mülkləri Romanın Afrika əyalətinə çevrildi.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • История Древнего Мира. Расцвет Древних Обществ. Главная редакция восточной литературы Москва 1989 səh. 445-448