Preşern günü — Vikipediya

Preşern günü
sloven. Prešernov dan
Ölkə
Növ Dövlət bayramı
Tarix 8 fevral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Preşern günü (sloven. Prešernov dan) və ya Sloveniya Mədəniyyət bayramı (sloven. Prešernov dan, slovenski kulturni praznik) — fevral ayının 8-də qeyd olunan Sloveniya dövlət bayramı.[1] Bayram böyük Sloveniya şairi Franse Preşernin 8 fevral 1849-cu ildəki vəfatının ildönümündə keçirilir. Bayram 1945-ci ildə slovenlərin milli şüurlarının artdığı vaxtda təqdim olunmuşdur.[2] 1991-ci ildə 8 fevral istirahət günü elan edildi.[3] Fevral ayının 7-də bayram ərəfəsində mədəniyyət və incəsənət sahəsində mühüm nailiyyətlərə görə Preşern mükafatı mərasimi keçirilir.[4]

Tarixi[redaktə | mənbəni redaktə et]

8 fevral İkinci Dünya Müharibəsi dövründə əlamətdar tarixə çevrilməyə başlamışdır, belə ki o vaxtlar 7 fevral Ümumslavyn Birliyi Günü kimi qeyd olunurdu.[5] 8 fevralın Sloveniya mədəniyyət bayramı elan olunması təklifini, Sloveniya Azadlıq Cəbhəsinin mədəniyyət işçisi Boqomil Gerlants tərəfindən 1945-ci ilin yanvar ayında Çrnomel şəhərində irəli sürülmüşdür.[6] Sloveniya Milli Azadlıq Şurası Rəyasət Heyətinin 1 fevral 1945-ci il qərarı ilə 8 fevral Mədəniyyət bayramı elan olundu.[2] Bayram YSFR dövründə də Sloveniya Sosialist Respublikasında dövlət bayramı hesab olunurdu, eyni zamanda Karintiya (Avstriya) və İtaliyada sloven icmaları tərəfindən də qeyd olundu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Holidays and Days off in the Republic of Slovenia Act: Official Consolidated Text" (PDF). Protocol of the Republic of Slovenia. 30 November 2005. 3 March 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 6 February 2011.
  2. 1 2 Gabrovšek, D. "Slovenski kulturni praznik". Naš časopis [Our Newspaper] (Slovenian). XII (106). Vrhnika: Zavod Ivana Cankarja za kulturo, šport in turizem Vrhnika [Институт культуры, спорта и туризма имени Ивана Цанкара в городе Врхника]. 1984-01. səh. 6. 2019-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-20.
  3. Naglič, Miha. "Prešernov dan". Gorenjski glas (словенский). GG Plus. 2008-02-03. 2012-12-24 tarixində arxivləşdirilib.
  4. "Завтра будет присуждена Премия имени Ф. Прешерна". Словенское агентство новостей. 2009-02-07. 2012-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-06.
  5. Smolej, Viktor. Prešeren in narodnoosvobodilna vojna // Kronika: časopis za slovensko krajevno zgodovino [The Chronicle: The Newspaper for the Slovene Place History] . 3 (словенский). № 1. Zgodovinsko društvo za Slovenijo [Историческое словенское объединение]. 1955. 6.
  6. Globočnik, Damir. Prešeren in likovna umetnost. Celjska Mohorjeva družba. 253. ISBN 978-3-7086-0169-4.