Portuqaliya eskudosu — Vikipediya

Portuqaliya eskudosu
Kod və simvol
ISO 4217 kodu PTE
Simvol
Dövriyyə ərazisi
Emitent ölkə
Əvəzedici və paralel vahidlər
Kiçik Centavo
Dövriyyədə olan sikkə və əsginaslar
Sikkələr 1$, 5$, 10$, 20$, 50$, 100$, 200$
Əsginas 500$, 1,000$, 2,000$, 5,000$, 10,000$
Tarixi
Dövriyyəyə buraxılma 22 may 1911
Sikkə və əskinasların buraxılması və istehsalı
Mərkəzi bank Portuqaliya Mərkəzi Bankı
  bportugal.pt
Əskinasları çap edən Imprensa Nacional-Casa da Moeda
  incm.pt
İnflyasiya
İnflyasiya 2.8% (2000)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eskudo Portuqaliyanın rəsmi valyuta olaraq avronu 1999-cu ildən etibarən istifadəsinə qədərki rəsmi valyutası idi. Eskudonun istifadəsi 2002-ci ildən etibarən tamamilə dayandırılmışdır. Beynəlxalq valyuta kodu PTE idi. Eskudonun işarəsi dollar işarəsinə çox oxşardır. Lakin dollar işarəsindən fərqli olaraq yuxarıdan aşağıya doğru iki sətirdən ibarətdir.

Eskudo ilk dəfə 1911-ci ildə istifadə edilmişdir. Avro keçidində istifadə olunan paritet 1 Avro=200 Eskudo olmuşdur.

Dəmir pullar olaraq dövriyyədə: nadir olan 1, 5 və 10 eskudo və müntəzəm istifadə edilən 20, 50, 100 və 200 eskudo mövcud idi. Kağız pullar formasında isə dövriyyədə 500, 1000, 2000, 5000 və 10 000 eskudo mövcud idi. 2000-ci ildə inflyasiya nisbəti 2.8% olub[1]

1 eskudonun qabaq və arxa tərəfi

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "worldpress.org". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-12.